Hey
ət
Məhəmməd Səid Saleh
Yetmişinci illərin əvvəllərində məhəlləmizin vəziyyəti
əsla yaxşı deyildi. Məhəlləmiz dindar məhəllə olmuşdu,
amma yeni gənclər onu bərbad duruma salmışdılar. Belə
bir şəraitdə İbrahim Hadi bizim məhəlləmizə gəldi. Onlar
bizim qonşumuz olan xalasıgildə qalırdılar.
Mənim bir neçə il öncə gördüyüm İbrahim o
İbrahimdən çox fərqli idi. Qabaqkı İbrahim voleybola
həvəskar bir yeniyetmə idi, indiki isə əsl güləşçi olmuşdu.
Birdən-birə bütün məhəllə gəncləri arasında hər yerdə
İbrahimdən danışmağa başladılar, adı dillər əzbəri oldu.
Biri deyirdi ki, necə qabiliyyətli adamdır; biri deyirdi ki,
əsl pəhləvandır, güləşinə söz ola bilməz; başqa biri deyirdi
ki, bu oğlan necə də güclüdür, ayağını heç kim yerdən
qaldıra bilmir və s.
İnanın ki, məhəlləmizin bütün gəncləri birdən-birə ona
cəzb olundular. O, zorxanaya gedəndə bir dəstə gənc
arxasınca düşürdü.
And içə bilərəm ki, İbrahimin şəxsiyyəti yolunu azmış
gənclərin bir çoxunu doğru yola hidayət etdi. Həmişə pis
işlər və spirtli içkilər dalınca qaçan bir neçə gəncin
İbrahimə görə tövbə etməsinə özüm şahid olmuşam.
O zaman Abdullah Misgər də bizim məhəlləmizin
gəncləri arasında idi. Onda universiteti bitirmişdi və çox
əxlaqlı insan idi. O, şaha müxalif siyasi şəxsiyyət idi və
İbrahimin səmimi dostu sayılırdı.
Bir dəfə hamılıqla məhəllədə voleybol oynayanda
Abdullah gəlib bizə salam verdi və dedi: "Dostlar, biz
məhəllənin gəncləri üçün bir heyət yaratmaq istəyirik.
75
Məqsədimiz yalnız rövzə demək, Quran oxumaq və digər
bu kimi işlər deyil, həm də istəyirik ki, məhəlləmizin
uşaqları bir-birindən xəbər tutsunlar, ən azı, həftədə bir
dəfə bir-birimizi görək. Hamımız qəbul etdik. Həftədə bir
dəfə bir yerə toplaşırdıq. Bu heyət çox səmərəli idi.
Abdullahın özü bizə Quran öyrədirdi. Mən və o dövrün bir
çox gənci Quran oxumağı həmin heyətdə öyrəndik.
Abdullah hamımızdan savadlı olduğuna görə sonralar
Quranı təfsir etməyə və günün məsələlərindən danışmağa
başladı. Uşaqlar heyətə o qədər bağlanmışdılar ki, şəhərin
o başında olsaydılar da, düz vaxtında özlərini məclisə
çatdırırdılar.
Məclislərin sabit bir sütunu da İbrahim idi. Dostların
çoxu ona görə heyətə cəlb olundular. Yadımdadır, inqilab
günlərində oradakı bütün dostlar inqilabla və İmam
Xomeyni ilə tanış oldular. İnqilabdan sonra müqəddəs
müdafiə dövrü başlandı. Bir zaman ciddi problemlər
içində olan və hidayətlərinə heç kəsin ümid bəsləmədiyi
uşaqların çoxu İbrahimlə birgə cəbhəyə yollandı, ikisi
şəhid oldu. Mən onlardakı mənəvi dəyişikliyi görmüşdüm,
amma öncəki əməllərini nəzərə alanda fikirləşirdim ki,
görəsən o dünyada hansı vəziyyətdədirlər.
Bir gecə yuxuda həmin iki nəfəri gördüm. Çox yüksək
məqamları var idi və cənnətdə idilər.
İbrahim hər dəfə məzuniyyətə gələndə dostların
məclisini bəzəyirdi. Bir dəfə yuxuda gördüm ki, gəlib.
Ona çox darıxırdım. Səhər evlərinə getdim. Öz-özümə
deyirdim ki, axı bir yuxuya görə camaata əziyyət
verərlər?!
Bir neçə dəqiqədən sonra İbrahimin özü qapıya gəldi.
Çox sevindim. Bir-birimizi qucaqladıq.
– Haradan bildin ki, gəlmişəm?
76
– Ürəkdən ürəyə yol var. Səni o qədər istəyirəm ki, hər
dəfə gələndə yuxuda görürəm.
Vaxtı az idi. Gecə-gündüz bir yerdə olduğumuz,
voleybol oynadığımız günlər heç birimizin yadından
çıxmazdı. Birgə xatirələrimizi yada salır, deyib-gülürdük.
Yadımdadır, son dəfə cəbhəyə gedəndə xüsusi halda
dedi: "Mən gedirəm. Bir qulluğun var?"
Son görüşümüz olduğuna əmin idi. Onda da gözəl
voleybol günlərindən söz düşdü. Bir qədər dayandı. "Siz
gələnə qədər mən o tərəfdə top və tor hazırlayacağam" -
deyib getdi.
İllər ötdü. Mən Allahın lütfü ilə müxtəlif mövzularda
şeirlər yazdım və ilk şeirlərimdən birini İbrahimə həsr
etdim:
Bizim evin pəncərəsində gözəl mənəvi hal var,
Çünki küçəmizdən bir Allah adamı keçir.
Sərvi-xuraman kimi uca və qol-budaqlıdır,
Hər sözündən kamilliyə yol gedir.
O, eşq hidayətçisidir, çox pak və təmizdir,
Sanki Allahdan bir kəlamdır, bir hədisdir.
Allahın ayələri ürəklərə işıq salırsa,
O da hidayət çırağına bir nur kimidir.
Eşq şəhərində ən aşiq və ən məst olandır,
Daim vüsal arzusu ilə dolaşıb gəzir.
|