Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə24/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   20   21   22   23   24   25   26   27   ...   67
Salam-olsun-İbrahimə-2

Seyidl
ərə hörmət 
Seyid Kamal Sadat Şəkərabi 
Bir  məhəllədə  yaşayırdıq.  Atam  qədim  məddahlardan 
idi və İbrahim Hadinin atası Məşhədi Hüseynlə qədimdən 
dost idi. 
İbrahimin  qardaşı  mərhum  Əsğər  ağa  da  mənim 
qardaşımla dost idi və həmişə bir  yerdə idilər.  Mənim bu 
ailə ilə tanışlığım belə başlandı. 
Bir  gün  ağa  İbrahim  bizə  gələndə  hamının  önündə 
ikiqat  əyilib  atamın  əlini  öpdü.  Mən  təəccübləndim.  O, 
güləş  çempionu  idi,  bütün  məhəllə  onu  tanıyırdı.  Ağa 
İbrahim  dedi:  "Siz  seyidlər  həzrət  Zəhranın  (ə) 
övladlarısınız, sizə hörmət etmək vacibdir". 
Get-gəllər  yavaş-yavaş çoxaldı. Bir gün atam  İbrahimə 
dedi: "Mənim bu oğlumu da zorxanaya apar". 
İbrahimin tövsiyəsi ilə həmin axşam atamla birgə Hacı 
Həsənin  zorxanasına  getdik.  Ondan  sonra  o  mənəvi 
mühitin idmançılarından birinə çevrildim. 
İbrahim  mənimlə  elə  təvazökarlıqla  rəftar  edirdi  ki, 
xəcalət  çəkirdim.  Hər  dəfə  içəri  girəndə  ayağa  qalxıb 
deyirdi:  "Seyidlərin  salamatlığı  üçün  salavat!"  Sonra  da 
mən girmədən meydançaya girməzdi. 
Zorxananın  mürşidi  də  ucadan  "seyidlərin  cəddinə 
salavat" – deyirdi və bundan sonra idmana başlayırdıq. 
İbrahimin  rəftarına  görə  seyid  olmağımla  fəxr  etməyə 
başladım. Onun xarakterləri və davranış tərzi mənə və bir 
çox  idmançıya  təsir  edirdi.  Hamı  onu  çox  istəyirdi.  Hər 
yerdə İbrahimin pəhləvan ruhiyyəsindən söhbət gedirdi. 


 
78 
Orada  Abbas  ağa  adlı  bir  adam  vardı,  mərhum 
Teyyubun  nişan  çəkəni  olmuşdu.  O  da  İbrahimə  çox 
hörmət edirdi. 
O  günlərdə  haraya  gedirdiksə,  İbrahim  məni  pul 
xərcləməyə  qoymur  və  deyirdi:  "Seyid  övladına  xidmət 
etməyə də ləyaqət lazımdır". 
Nəhayət,  inqilab  qələbə  çaldı  və  sonra  müharibə 
başlandı.  Mən  onu  gec-gec  görürdüm.  Cəbhədən  gələndə 
də daim fəaliyyətdə idi. 
Bir  dəfə  Fəth  komitəsi  məhəlləsində  onu  gördüm, 
oturub  söhbətləşdik.  İnqilabın  və  quruluşun  gələcəyinə 
görə narahat idi. 
Maraqlı  fikirləri  vardı,  ictimai  və  siyasi  məsələlərdə 
çox  püxtələşdiyi  hiss  olunurdu.  O  zaman  mən  də  pasdar 
idim, ancaq siyasi məsələləri onun qədər bilmirdim. 
O,  inqilabın  problemlərini  çox  yaxşı  təhlil  edir, 
düşmənlərin 
xalqın 
inqilabi 
ruhiyyəsini 
sıradan 
çıxarmalarından qorxurdu. 
İbrahim  fəqih  rəhbərin  yalnız  qalacağından  da  nigaran 
idi.  Digər  tərəfdən  bəzi  inqilabçıların  hərəkətlərindən  və 
bəzi radikallıqlardan narahat olurdu. 
Yaxşı  yadımdadır,  belə  deyirdi:  "Düşmən  ən  mühüm 
məsələləri  xalqın  gözündə  dəyişdirməyə  və  xalqı  laqeyd 
etməyə çalışır. Belə olsa, inqilab daxildən məhv olar". 
Müharibənin  birinci  ilində,  ramazan  ayının  23-cü 
gecəsində  birlikdə  əhya  mərasiminə  getdik.  Yolda 
məhəllənin  bir  çox  uşaqlarını  gördük,  futbol  oynayırdılar. 
Hamısı  İbrahimə  hörmətlə  salam  verdi.  Keçəndən  sonra 
mənə  dedi:  "Seyid  can,  gör  gənclərin  başı  necə  qarışıb. 
Axı  ramazan  ayının  23-cü  gecəsində  futbol  oynayarlar?! 
Bunlar  İslamın  və  inqilabın  gələcəyidirlər,  Qədr  gecəsi 
oyun oynamamalı, nə etdiklərini bilməlidirlər". 


 
79 
Sonra  narahat  halda  əlavə  etdi:  "İnqilabdan  bir  neçə  il 
keçir,  hələ  gəncləri  yaxşı  yönləndirə  bilməmişik. 
Qorxuram elə bir gün gələr ki, inqilabın və İslamın yalnız 
adı qalar". 
Sonra da dedi: "Allah bizim aqibətimizi xeyirli eləsin!" 
Bir  müddətdən  sonra  yarası  sağaldı  və  cəbhəyə 
hazırlaşdı. Siması çox nurani olmuşdu. Ona dedim:  "Ağa 
İbrahim,  Allah  eləməmiş,  şəhid  olsan,  hamımız  yetim 
qalarıq". 
Gülümsəyib  dedi:  "Bu  nə  sözdür?!  Ümidin  Allaha 
olsun,  hamımız  gedəsiyik.  Sən  Zəhra  balasısan,  Allah 
yanında  hörmətin  var.  Allahı  ananın  haqqına  and  ver  ki, 
inqilaba  və  imama  kömək etsin.  Özün  də  bu inqilab  üçün 
bacardığın qədər çalış". 
Həmin  ilin  sonlarında  şəhadət  xəbəri  yayıldı.  Yalnız 
mən  yox,  onun  bütün  dostları  yetim  qaldı.  Növbəti  ildə 
zorxana bağlandı. Hacı Həsən deyirdi: "İbrahimsiz buranın 
səfası yoxdur". 


 
80 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin