Cazib
ə qüvvəsi
Məhəmməd Xurşidi
Müharibənin əvvəlləri idi. Mən Şəhid Məhəllati
avtobanındakı Məhəmmədi məscidinin Bəsicində idim.
Evimiz də təxminən məscidin arxasında yerləşirdi.
Məhəlləmizə yeni bir ailə köçdü. Bir neçə gündən sonra
döyüşçü geyimində olan uzun saqqalı bir gənc həmin evə
girdi. Əvvəl elə bildim ki, bəlucdurlar. Çünki saqqalı çox
uzun idi. Buna görə onların məhəlləmizə gəlməsinə
sevinmədim. Onun cəbhə komandirlərindən olduğunu
bilmirdim. Ertəsi gün evdən çıxan kimi mənə salam verdi.
Mən də salamını aldım və bir az utandım. O məndən
böyük idi.
Biz axşamlar dostlarımızla birgə küçənin başına yığışıb
söhbət edirdik. Bu gənc hər dəfə keçəndə təbəssümlə bizə
baxıb salam verirdi.
Kim olduğunu bilmirdim, barəsində heç bir məlumatım
yox idi. Bildiyim yalnız döyüşçü olması idi. Bir dəfə
Məhəmmədi məscidinin Bəsic sədrinə dedim: "Bizim
məhəlləmizə bir gənc gəlib, uzun saqqalı var. Məncə,
bəlucdur. Onu məscidə gətirmək istəyirəm, yaxşı
adamdır".
– Hə, gətir.
Ertəsi gün yenə salam verib bizə yaxınlaşdı, bir qədər
bizimlə deyib-güldü.
Mən ona dedim: "Biz namaza Məhəmmədi məscidinə
gedirik, siz də buyurursunuz?"
– Gözüm üstə!
Sonra birlikdə məscidə getdik. Bir nəfəri məscidə və
Bəsicə cəlb etdiyimə görə sevinirdim. Yolda məhəlləmizin
100
bəzi gəncləri bizə təəccüblə baxırdılar. Onların bəzisi
mənim yeni dostumun zahiri görkəmini məsxərə də
edirdilər.
Mən bir nəfəri məscidə gətirdiyimi düşünürdüm. Lakin
məscidə girən kimi hamı yaxınlaşıb onunla görüşüb-
öpüşür və cəbhənin vəziyyətini soruşurdu.
Bəsicin sədri də onu görən kimi yaxınlaşıb dedi: "Bəh-
bəh! Ağa İbrahim, xoş gəlmisən!"
Deməyə bir sözüm yox idi. Deyəsən onu təkcə mən
tanımırdım.
Ondan sonra İbrahim Hadi Məhəmmədi məscidinə tez-
tez gəldi, bizim dostluğumuz da gücləndi. Məscidin Bəsic
uşaqlarının hamısı ondan kiçik idi. İbrahim onlara bir növ
böyük sayılırdı. O, məscid uşaqları ilə bacardığı qədər
işləyirdi. Cümə gecələri səhərə qədər məsciddəki dostları
ilə bir yerdə olurdu, onları sübh namazını camaatla
qılmağa həvəsləndirirdi. Namaz qılınan kimi bir qazan
həlimlə uşaqların yanına gəlirdi. Özünün heç nəyi yox idi -
nə motosikleti, nə maşını. Amma nəyi vardısa, ixlasla
digərlərinə xərcləyirdi. Dostunun bir köhnə avtomobili
vardı. Bəzi cümə axşamları maşını məscidə gətirib
uşaqları mindirir, Şah Əbdüləzim ziyarətgahına və ya
Behişti-Zəhra (ə) məzarlığına aparırdı.
Get-gedə İbrahimin adı məhəllədə dillər əzbəri oldu.
Küçədə avaralanan və birinci gün uzun saqqalına görə
İbrahimi ələ salan gənclər bir-bir ona cəzb olundular.
Onun cazibə qüvvəsi möhtəşəm idi. Həmişə gülərüzlə
birinci salam verərdi.
İbrahim heç kimlə, hətta satqın adamlarla da kobud
rəftar etməzdi, hərəni bir yolla özünə cəlb edərdi. Küçənin
gənclərinin çoxu idman vasitəsilə ona cəzb olundular.
İbrahimin güləş çempionu olduğunu zorxanada öyrəndik.
101
O özü barədə heç nə demirdi və bu onun şəxsiyyətinin
cazibəsini daha da artırırdı.
İş elə bir yerə çatdı ki, axşamlar təxminən iyirmi nəfər
küçənin başında toplaşırdıq və İbrahim bizə maraqlı
söhbətlər edirdi. Özü olanda məclisimizi rövnəqləndirib
danışırdı, olmayanda da biz onun haqqında danışırdıq.
İbrahim Fəthülmübində yaralandı. Ayağının yarası
sağalana qədər bir neçə ay Tehranda qaldı. O, həmin
dövrdə məhəlləmizin bir çox gənclərini dolayı yollarla
hidayət etdi. Belə ki üç aydan sonra cəbhəyə qayıtmaq
istəyəndə inqilabla və İslamla heç bir əlaqəsi olmayan
gənclərin bir qismini özü ilə apardı. Onları elə yetişdirdi
ki, bəziləri batalyon və kəşfiyyat komandiri oldular.
İbrahimlə qısa dostluq dövründən illər ötüb. Mən
fikirləşdikcə onun şəxsiyyətində İslamın kamil əxlaq
örnəyini görürəm. Onun bütün işləri bizə dərs idi.
Mən onun rəftarları ilə tam bir əxlaq sinfi keçmişəm.
Mənəviyyat əldə etmək üçün uyğun örnək axtaranlar
İbrahimin əxlaq və rəftarlarını özlərinə nümunə
seçməlidirlər. Bu barədə iki misal çəkəcəyəm.
Bizim məhəlləmizin məscidlərinin birində çox imanlı,
amma inqilaba müxalif bir imam vardı. O mömin qocanın
inqilabla işi olmazdı, yalnız namazını düşünürdü. Buna
görə də, onun məscidi məhəllədəki inqilab müxaliflərinin
mərkəzinə çevrilmişdi. Kim o məscidə getsəydi, deyirdilər
ki, filankəs də inqilab müxaliflərinə qoşuldu. İbrahim isə
həmin məzuniyyət dövründə bir müddət o məscidə getdi,
xüsusən sübh namazlarını orada qılırdı. Oranın imamı ilə
dostlaşmışdı və tez-tez söhbət edirdilər.
Mən Məhəmmədi məscidində bunu deyəndə bəzi Bəsic
uşaqları təəccübləndilər: "İbrahim inqilab düşmənlərinin
məscidinə gedib?!"
102
İbrahimin get-gəlindən bir müddət ötdü. Sonra xəbər
gəldi ki, həmin məscidin imamı məsciddə Bəsic yaratmaq
üçün müraciət edib.
Bir neçə gündən sonra həmin imam bir neçə şəhid
ailəsinin evinə baş çəkdi və get-gedə məhəllənin ən
inqilabçı ruhanilərindən birinə çevrildi.
İbrahim bir söz demirdi, amma mən əmin idim ki,
bunlar onun ixlaslı fəaliyyətinin nəticəsidir.
Həmin məsciddə çox fəal Bəsic yarandı, müharibə boyu
otuzdan çox şəhid verdi. Müharibənin sonuna qədər həmin
məscidin Bəsic üzvlərinin əsl dayağı imamları idi.
İbrahimin İslam əxlaqına dair nümunəvi işlərindən biri
də məhəllə sakinlərindən birini cəlb etməsidir. Bizim
məhəlləmizdə şahı sevən və inqilaba çox nifrət edən bir
ailə vardı. Ailənin başçısı yük maşını sürücüsü idi.
Bədənini şah və tac şəkilləri ilə döydürmüşdü. Oğulları
özündən pis idilər; hamısı quldur idi.
Onun oğullarından biri lap pis idi. O, hərbi xidmətə
yollandı və Xürrəmşəhr azad olunanda xidmətini bitirdi.
O, məscid uşaqlarını hamıdan pis ələ salır, quldurluq edir
və daim insanları incidirdi. O dövrdə yaşayanlar məni
yaxşı başa düşərlər. İbrahimin bu adamı necə “ovladığını”
anlamadım. Bir də gördük ki, həmin gənc küçənin başına
gəlib deyir: "Uşaqlar, bizim dostumuz ağa İbrahimi
görməmisiniz?"
Mən təəccübləndim.
– Sizin dostunuz?!
– Biz bir yerdə idmana gedəcəyik, deyəsən gecikir.
Öz-özümə dedim: Mina xiyabanının lotusu da
İbrahimlə dostlaşdı. Əgər İbrahim bir il də cəbhəyə
getməsə, daha məhəlləmizdə heç bir fasiq qalmayacaq.
103
Həmin gənc bir müddətdən sonra İbrahimlə birgə
məscidə gəldi.
Əvvəllərdə namazı yaxşı bilmirdi, amma getdikcə
öyrəndi. Bir müddətdən sonra isə onu cəbhədə gördüm.
İbrahim hər adamı kəşfiyyat bölüyünə aparmırdı, onu isə
apardı. Həmin gənc xüsusi xarakterlərinə görə öz
bacarıqlarından kəşfiyyatda istifadə etdi. İş o yerə çatdı ki,
kəşfiyyatçılar onu öz bölüklərinin ən cəsur üzvü kimi
təqdim etməyə başladılar.
İbrahimin şəhadətindən bir neçə il sonra kəşfiyyat
bölüyündəki dostlarımdan birini gördüm. Keçmişi barədə
heç nə demədən həmin şəxsi soruşdum.
Dostum dedi: "Hacını deyirsən?! Kəşfiyyat bölüyünün
əsas kadrlarından biri odur. Onunla kəşfiyyata gedənlərin
heç bir narahatlığı olmur. Həm işini yaxşı bilir, həm də
çox imanlı adamdır”.
Öz-özümə
dedim:
Afərin
sənə,
İbrahim! Sən
məhəllənin lotularını necə insanlara çevirdin!
2
2
O indi 70 faizdən yuxarı əlillərdəndir və müqəddəs müdafiə
dövrünün canlı şəhidlərindən sayılır.
|