Şiyakuh
Hüseyn Qəzənfəri
1981-ci ildə ordunun xüsusi təyinatlı bölməsində
xidmət edirdim. Ordunun Zülfüqar briqadasının silah-
sursat təminatı mənə tapşırılmışdı.
Xüsusi təyinatlı Zülfüqar briqadası ordunun nümunəvi
əməliyyat birləşmələrindən biri idi və çoxlu şəhid
vermişdi. Bu briqadanın döyüşçüləri Bəsic ruhiyyəli idilər,
əksər əməliyyatlarda korpus və Bəsicdən olan
döyüşçülərlə çiyin-çiyinə vuruşurdular.
Briqadanın komandir və döyüşçülərinin xüsusən
müharibənin ilk illərindəki qəhrəmanlıqlarının müxtəlif
səbəbləri vardı. Bu səbəblərdən biri də İbrahim Hadi adlı
bir cəsur döyüşçünün əməliyyatlarda onlarla birgə iştirak
etməsi idi.`
Vəzifəmin tələbinə uyğun olaraq, 1981-ci ildə hər gün
Gilanqərb, İslamabad və digər şəhərlərə gedib-gəlirdim.
Zülfüqar briqadası Gilanqərbdə yerləşmişdi.
Mən o zamana aid xatirələrimi elə o vaxt yazmışam.
Buna görə dəqiq şəkildə söyləyə bilərəm. 1981-ci ilin 23
sentyabrında Gilanqərbdən çıxanda Sərab bulağı adlı bir
yerdə çoxlu insanın toplaşdığını gördüm. Maşından enib
onlara yaxınlaşdım. Döyüşçülər Sərab bulağına çimməyə
gedirdilər. Yaxınlaşanda gördüm ki, bir qrup döyüşçü
zorxana idmanı ilə məşğuldur, digərləri də tamaşa edirlər.
Meydançanın kənarında yaraşıqlı bir gənc zərb vurub
ucadan gözəl şeirlər oxuyurdu. Hamı toplaşmışdı və
onların idmanından həzz alırdı.
Dostlarımdan birinə dedim: "Bu gənc kimdir? Necə
qəşəng səsi var!"
108
Təəccüblə dedi: "Onu tanımırsan?! Tehrandan İbrahim
Hadidir, qərb bölgəsinin qəhrəmanı”.
İllər ötsə də İbrahimlə ilk görüşüm hələ də yadımdadır.
Ondan sonra onu yenə görmək istəyirdim. Bir neçə
gündən sonra bir işdən ötrü Gilanqərbə korpus uşaqlarının
yanına gedəndə dedim: "Ağa İbrahim Hadini görə
bilərəm?"
Korpusun uşaqları məni tanıyırdılar. Onlar dedilər:
"İbrahim Şəhid Əndərzqu partizan dəstəsi ilə Bazideraza
getdi. Ola bilsin orada partizan əməliyyatı həyata
keçirilsin".
Onu görməyi o qədər istəyirdim ki, Bazideraza getdim.
İmam Həsən (ə) bölgəsi adlanan bir yerdə korpusun
uşaqlarını gördüm. Onlara yaxınlaşanda aralarından mənə
doğru gələn ilk adam İbrahimin özü idi.
Salam verib məni qucaqladı və halımı soruşdu. Sanki
illərdir məni tanıyırdı. Bir qədər söhbətdən sonra dedim:
"Mən sizi ziyarət etmək istəyirdim. Əgər əlimdən bir iş
gəlirsə, qulluğunuzdayam".
Ondan sonra onu bir neçə dəfə də Gilanqərbdə gördüm.
Hər dəfə məni səmimi qarşılayırdı.
Nəhayət, Mətləülfəcr əməliyyatına hazırlıq başlandı.
Daha yemək-yatmaq bilmirdim. Səngər və anbarları
əməliyyat yerinə yaxınlaşdırmalı idik. Hər gün təmas
xətində idim və əziz dostumu görürdüm.
Mətləülfəcr əməliyyatı dekabrın 11-də baş tutdu və iki
gün ərzində əksər məqsədlərinə nail oldu: düşmən sərhəd
şəhərlərdən uzaqlaşdı və bir çox bölgələr azad olundu.
Biz
yalnız
Bazideraz
və
Şiyakuhda
bütün
məqsədlərimizə nail ola bilmədik. Baziderazın macərası
genişdir, Şiyakuh isə Gilanqərbə yaxın bir dağdır və onun
ən uca zirvəsindən bütün bölgə görünür.
109
Şiyakuh İraq üçün xüsusi əhəmiyyətə malik idi. Buna
görə də bütün əməliyyat boyu ən güclü müqavimətlə orada
rastlaşdıq.
Korpusun seçilmiş uşaqları, Camal Tacik kimi
komandirlər orada şəhadətə qovuşdular, amma Şiyakuhun
hamısı azad edilmədi.
Dağın yarısı bizim əlimizə keçdi, zirvəsi və qərb
yamacı isə düşmənin əlində qaldı.
Əməliyyatdan sonra Zülfüqar briqadasının üçüncü və
dördüncü batalyonları Şiyakuha və onun ətrafına
yerləşdilər.
Fevralın 4-də Şiraz könüllülərindən iki batalyon
Zülfüqar döyüşçüləri ilə yerlərini dəyişdilər. Üçüncü və
dördüncü batalyonlar gecə ikən geri çəkilib məzuniyyətə
hazırlaşdılar.
Canlı qüvvənin yerdəyişməsindən xəbər tutan düşmən
qüvvələri həmin gecə hücuma keçib səhərə qədər atəş
yağdırdılar.
Səhər çağı həmin iki batalyonun komandir və
əsgərlərinin bir qismi geri qayıtdı. Mən hələ bölgədə idim.
Nə baş verdiyini soruşanda dedilər: "Şiyakuh süqut etdi,
bütün canlı qüvvəmiz sıradan çıxdı..."
Onların komandirləri ilə birgə Zülfüqar briqadasının
qərargahına getdik. Onlar briqada komandiri polkovnik
Əliyariyə izah etdilər ki, biz hələ mövqe və səngərlərdə
yerləşməmiş hücuma məruz qaldıq.
Briqada komandirinin çadırından çıxanda fikirləşirdim
ki, Şiyakuhun azadlığından ötrü necə qanlar töküldü, indi
isə asanlıqla əldən verdik.
Dördüncü batalyonun komandiri mayor Cəfərinin nə
qədər narahat olduğu yaxşı yadımdadır. O deyirdi: "Kaş
bu yerdəyişməni etməyəydik!"
110
Üçüncü batalyonun komandiri mayor Toxmaçı da orada
dayanmışdı və nə edəcəyini bilmirdi.
Uzaqdan iki motosiklet bizə yaxınlaşdı. Birinci
sürücünü görən kimi sevinib ona doğru getdim. Mənim
səmimi dostum İbrahim idi.
Motosikletlərdən dörd nəfər endi. İbrahim çox hirsli
olsa da, mənimlə gülərüzlə görüşüb-öpüşdü, sonra
soruşdu: "Polkovnik buradadır?"
– Bəli. Buyurun.
Dördü də içəri girdi. İbrahimin yanındakı üç nəfər
danışmağa başladı. Onlar həmin gecə Şiyakuha hücum
etməli
olduğumuzu söyləyir və əsaslandırırdılar.
Deyirdilər ki, indi bu işi görməsək, gələn günlərdə düşmən
maneələr quracaq və əməliyyata imkan olmayacaq.
Polkovnik dedi: "Bu, mənim səlahiyyətimə görə bir
qərar deyil. Gərək...”
İbrahim onun sözünü kəsib dedi: "Cənab polkovnik,
əgər siz edə bilməzsinizsə, biz hücum edərik". Polkovnik
Əliyari İbrahimin üzünə baxıb dedi: "Yox, əzizim, biz
sizin yanınızdayıq. İcazə verin düzgün qərar qəbul edək.
Mən bir saata sizə xəbər verəcəyəm".
İbrahim və dostları briqadanın həyətində bir ağacın
altında oturub polkovnikdən xəbər gözləyirdilər. Mən
onlara yaxınlaşdım və bir qədər söhbət etdik. Onunla
gələnlərin korpus komandirləri olduqlarını təxmin
edirdim, çünki bölgəyə dair yaxşı məlumatları vardı.
İbrahim onları mənə təqdim etdi. Motosikletdə
İbrahimin yanında oturan gənc Həmədan korpusunun
komandiri mühəndis Mahmud Şahbazi idi.
111
O birilərin biri Möhsün Vəzvayi, digəri də Əli
Müvəhhid Daneş idi.
3
Bir saatdan sonra xəbər öyrənmək üçün polkovnikin
yanına getdim. Polkovnik Əliyari soruşdu: "Biz özümüz
hücum edərik" – deyən gənci tanıyırsan?"
Məndən öncə mayor Toxmaçı dedi: "Mən onu yaxşı
tanıyıram. O, Baziderazın pəhləvanı kimi tanınır. Cənab
polkovnik, bu gənc ikimizi də çiyninə qoyub Baziderazın
başına aparıb gətirər. O, Gilanqərbə gələndən zorxana
idmanı təşkil edib. Mən də onun məşqlərində iştirak
etməyə çalışıram. Çox sağlam gəncdir".
Polkovnik təsdiq əlaməti olaraq başını yellədi və dedi:
"Şəxsi heyətin məzuniyyətini ləğv edin. Bu gecə hücuma
keçirik".
3
Onların hər üçü qərb cəbhəsinin mənəviyyatlı komandirlərindən
idilər və sonralar şəhid oldular.
|