Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə36/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   32   33   34   35   36   37   38   39   ...   67
Salam-olsun-İbrahimə-2

İdeal şəxsiyyət 
Mühəndis Əhməd Ustad Baqir 
Tərbiyə  elminin  böyükləri  deyirlər  ki,  bir  gənci  yaxşı 
yetişdirmək və istədiyin yola gətirmək istəyirsənsə, birinci 
onun  qəlbini  fəth  eləməlisən.  Gərək  gənc  səni  bir  ideal 
kimi qəbul etsin. 
Bu  ekspertlərə  görə,  gənc  elə  bir  adamı  örnək  qəbul 
edir ki, ən azı bu xüsusiyyətlərin birinə malik olsun: gözəl 
siması olsun, idmançı olub digərlərinin bacarmadığı işləri 
görə bilsin. Üçüncüsü budur ki, yaxşı səsi olsun. Müğənni 
və  məddahlar  istər-istəməz  gənclərə  örnək  olurlar.  Ən 
mühümü  budur  ki,  bir  gəncin  qəlbini  fəth  etmək  üçün 
gərək  yaxşı  əxlaqın  olsun  və  gənclərin  fikirlərinə  hörmət 
edəsən.  Gərək  zarafatcıl  və  deyib-gülən  olasan.  Elə 
olmalısan ki, gənc sənin yanında olmaqdan həzz alsın. 
Bu  ekspert  fikirlərini  yan-yana  qoyanda  əmin  olun  ki, 
ağa İbrahim Hadinin şəxsiyyəti canlanır. 
İbrahimin  yaraşıqlı  və  mənəvi  çöhrəsi  var  idi,  üzünə 
baxanda  insanı  cəlb  edirdi.  Onun  idmanı  haqda  isə 
danışmasaq  da  olar.  Yadımdadır,  mən  onunla  ilk  dəfə 
rastlaşanda jim edirdi. Mən də saymağa başladım: Bir, iki, 
üç... otuz bir, otuz iki... yüz, iki yüz, üç yüz... 
Əməlli  başlı  yoruldum.  Onun  jimi  bizim  yol 
yeriməyimiz  kimi  idi.  Yol  yeriyəndə  heç  kim  addımlarını 
saymır və bununla öyünmür. İbrahim belə jim edirdi. 
O  həmçinin  voleybol,  güləş,  stolüstü  tennis  və  digər 
idmanlarda  da  usta  idi.  Yadımdadır,  tək  əllə  atəş  açırdı. 
Silahın qundağını çiyninə qoymurdu, o qədər güclü idi ki, 
tək əllə tutub atəş açırdı. 


 
117 
İbrahimin  çox  gözəl  səsi  vardı  və  çoxları  onun  səsinə 
vurulmuşdu.  Bəzən  Əhli-beytin  mədhinə  qəzəllər 
oxuyurdu. Məddahlığına söz ola bilməzdi. 
Gilanqərbdə  bir  Quran  qiraətçimiz  vardı,  təcvid 
qaydalarını  da  yaxşı  bilirdi.  İbrahim  isə  Quranı  xüsusi 
yanğı  ilə  oxuyurdu.  Hamı  İbrahimin  Quran  oxumasından 
həzz  alırdı.  Zarafat  və  gülüşdə  də  birinci  idi.  İki  saat 
yanında  otursaydıq,  yenə  yorulmazdıq.  Yalnız  mən  yox, 
bütün dostlar onun haqqında belə düşünürlər. 
Hamı  İbrahimi  bir  örnək  kimi  qəbul  edirdi.  Korpus 
komandiri  bir  iş  görmək  üçün  məntiqi  dəlil  gətirirdi  ki, 
digərləri  razılaşsınlar.  İbrahimin  isə  heç  bir  işdən  ötrü 
dəlilə ehtiyacı yox idi. O, "mən bu işi görmək istəyirəm" – 
deyən  kimi  hamımız  arxasınca  qaçırdıq.  Çünki  hamımız 
onu qəbul edirdik. 
Digər  tərəfdən,  İbrahimin  şəxsiyyəti  örnək  olmaq 
gücündə  idi.  O,  bütün  əməllərinin  İslama  uyğun olmasına 
çalışırdı. 
Müharibənin  əvvəllərində  iki  qrup  önə  çıxdı:  Biri 
dindar  uşaqlar  idilər  və  onlara  Məktəbi  deyilirdi,  ikinci 
qrupun uşaqlarına isə Dadaşməşdi deyirdilər. 
Dadaşməşdilərin  də  qayda-qanunları  var  idi,  çox  mərd 
və qeyrətli idilər.  Bəzən  onlarda  lotu əlamətləri,  söyüş və 
digər  işlər  də  görünürdü,  iş  vaxtı  isə  çox  cəsarətlə 
mübarizə aparırdılar. 
Mən bəzi dostlardan fərqli olaraq, İbrahimi ikinci qrupa 
daxil  edirəm.  O,  bir  dadaşməşdi  idi.  O,  öz  hərəkətləri  ilə 
bizi  dolayı  yolla  tərbiyə  etdi.  O,  bütün  döyüşçülərə  əsl 
örnək  idi.  Cəsarətlə  deyə  bilərəm  ki,  heç  kim  İbrahimlə 
yoldaşlıqdan ziyan görmədi. 
Bekar olanda deyib-gülür, oyunlar təşkil edib uşaqların 
vaxtını doldururdu. Yeri gələndə böyüklər və komandirlər 


 
118 
qarşısında  ədəb-ərkanı  bizə  öyrədirdi.  Əlbəttə,  lazım 
olanda komandirlərə faydalı tənqidlərini də bildirirdi. 
Bütün bunlarla yanaşı deməliyəm ki, İbrahimdə çox da 
kollektiv iş ruhiyyəsi yox idi. Komandirlik etmişdi, amma 
bacardığı  qədər  vəzifədən  qaçırdı.  Komandirlərə  isə  çox 
kömək edirdi. 
O,  insanları  tanımaqda  çox  dəqiq  idi.  Bizim  çoxlu 
araşdırmadan sonra gəldiyimiz qənaəti əvvəldən bilirdi. 
Müharibənin  əvvəllərində  bəzi  qruplaşmalar  cəbhələrə 
nüfuz etdilər, bəzi  sadəlövh  adamlar  da onlara  aldandılar. 
Onların bir neçəsi Gilanqərbə gəldi. İbrahim onları çox tez 
tanıdı və bizi onlara yaxınlaşmağa qoymadı. 
İbrahimin başqa bir özəlliyi eyibləri örtməsi idi. Kimsə 
bir  səhvə  yol  versəydi,  heç  vaxt  başqalarının  yanında 
danışmazdı,  səhv  edən  adamla  əlaqəsini  də  kəsməzdi. 
Sonra bilirdik ki, təklikdə onunla danışmış və səhvini başa 
salmışdır. 
İbrahim  çoxlarına,  hətta  komandirlərə  də  sirdaş  idi. 
Onun böyük qəlbi var idi, hamı onu yaxın dost bilirdi. 
Bütün  bu  xüsusiyyətlərlə  yanaşı,  şagird  və  mürid 
həvəskarı  deyildi,  hansısa  məqsədlərə  nail  olmaqdan  ötrü 
insanları özünə yaxınlaşdırmağa nifrət edirdi. 
Həm  özünə,  həm  digərlərinə  xüsusi  məxfi  zona 
tanıyırdı.  İşlərinin  çoxluğuna  baxmayaraq,  tək  qalmaq 
üçün özünə vaxt ayırırdı, yalnız Allahla özü olurdu. Bütün 
bunlar İbrahimi örnək bir şəxsiyyətə çevirdi. 
Həyatda İbrahimi qarşıma çıxardığı üçün həmişə Allaha 
şükür  edirəm.  O,  qısa  müddətdə  mənə  düzgün  yaşamaq 
dərsini öyrətdi. Mənə elə dərslər öyrətdi ki, onların hamısı 
böyük  bir  kitab  deməkdir.  Mən  sonradan  müəllim  oldum 
və  tərbiyə  sahəsində  çoxlu  kitablar  oxudum.  Buna  görə 


 
119 
əminliklə  deyirəm  ki,  İbrahimin  şəxsiyyəti  hamıya 
örnəkdir. 


 
120 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin