Salam olsun İbrahimə


Düşmən mövqelərinin arxası



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə38/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   34   35   36   37   38   39   40   41   ...   67
Salam-olsun-İbrahimə-2

Düşmən mövqelərinin arxası 
Mühəndis Əhməd Ustad Baqir 
Mətləülfəcr  əməliyyatının  hazırlıq  işləri  çox  tez  bitdi. 
Biz  düşmənin  Bostan  cəbhəsinə  təzyiqini  azaltmaqdan 
ötrü cəld əməliyyata hazırlaşdıq. 
Gilanqərb 
korpusunda 
bir 
partizan 
əməliyyatı 
hazırlanmışdı.  Qərara  gəlmişdik  ki,  seçilmiş  bir  qrup 
əməliyyatdan  öncə  düşmən  cəbhəsinə  getsin,  əməliyyat 
başlayan  kimi  düşmən  briqadasının  artilleriyasına  və 
komandir  qərargahına  hücum  etsin.  Bu  iş  orta  cəbhədə 
əməliyyatın  qələbəsinə  və  məqsədlərə  çatmasına  çox 
kömək edəcəkdi. 
Bu  məqsədlə  on  beş  nəfər  seçildik.  Qrupun  rəhbərliyi 
İbrahimin  dostlarından  olan  Şəhid  Əli  Xürrəmdelə 
tapşırıldı. 
Əməliyyatdan  iki  gün  öncə  İbrahimlə  birgə  yola 
düşdük.  İbrahim  bizi  sərhəd  dərələrinin  arasından  ötürüb 
qayıtdı. Hər birimizdə silahdan əlavə böyük bir bel çantası 
da  vardı.  Ağa  Xürrəmdeldə  bir  PRC  ratsiyası  vardı  və 
onunla əlaqə saxlayırdı. 
Biz  təmas  xəttindən  10  km.  aralandıq,  düşmən 
artilleriyasının  və  komandir  qərargahının  yaxınlığında  bir 
təpədə  yerləşdik.  Gündüzlər  istirahət  edir,  gecələr 
işləyirdik. 
Qərara  gəldik  ki,  əməliyyat  başlayan  kimi  hücum  edib 
düşmənin  topxanasını  sıradan  çıxaraq,  sonra  düşmənin 
fikir mərkəzi olan komandir qərargahına hücum edək. 
Həyəcan  dolu  iki  gün  keçdi.  Biz  bir  növ  fədailər  idik, 
qayıtmaq  ehtimalımız  çox  az  idi.  Digər  tərəfdən,  on  beş 
nəfərin hamısı güclü və hazırlıqlı döyüşçülər idi. 


 
124 
Düşmən  mövqelərində  dərə  və  təpələrin  arasında 
gizləndiyimiz  iki  gün  ərzində  yeməyimiz  balıq  və 
badımcan  konservindən  ibarət  idi.  Yadımdadır,  badımcan 
konservi  çox  yağlı  idi,  qızdırmağa  da  bir  şey  yox  idi. 
Birinci  tikəni  ağzıma  qoydum,  ancaq  uda  bilmədim. 
Fikirləşdim ki, quru çörək yesəm, daha yaxşıdır. 
1981-ci ilin 11 dekabrında əsas əməliyyat başlandı. Biz 
öncəki  gecələrdə  bütün  kəşfiyyat  işlərini  görmüşdük,  ağa 
Xürrəmdel  hamının  vəzifəsini  müəyyən  etmişdi.  Hücum 
planı da yaxşı hazırlanmışdı. 
Qəribə  anlar  idi.  Orta  cəbhədə  düşmən  topxanasını 
məhv  etmək  üçün  hücum  əmrini  gözləyirdik,  lakin 
ratsiyadan heç bir xəbər gəlmirdi. Ağa Xürrəmdel bir neçə 
dəfə əlaqə saxladı, komandir isə əmr etdi ki, hələ gözləyin. 
Düşmən  topxanasındakı  hərəkətlilikdən  və  atışmadan 
bildik ki, Şiyakuh bölgəsində ağır döyüş başlayıb. 
Əməliyyatın  başlanmasından  iki  gün  ötdü,  amma  bizə 
heç  bir  əmr  verilmədi.  Yavaş-yavaş  ərzağımız  da  bitirdi. 
Nə qədər  əlaqə saxlayırdıqsa, deyirdilər ki, hələ  gözləyin, 
Şiyakuhda  problem  yaranıb  və  orta  cəbhədən  irəliləmək 
imkanı yoxdur. 
Nəhayət,  əməliyyatın  ikinci  günü  axşam  vaxtı  qısa  bir 
əlaqə  yaradıldı.  Bizə  bildirdilər  ki,  əməliyyatın  baş 
komandanlığının  əmrinə  əsasən  siz  heç  bir  iş 
görməməlisiniz. 
Bu  xəbəri  eşidəndə  bütün  dostlar  şoka  düşdülər. 
Dostların  bir  neçəsi  qrup  komandirinə  dedi:  "İraq  tərəfi 
bütün  yolları  bağlayıb,  bizim  nə  irəli  yolumuz  var,  nə  də 
geri. Ərzağımız da bitib. Bu o deməkdir ki..." 
Dostların  başqa  biri  dedi:  "Ən  yaxşı  iş  budur  ki, 
hücuma  keçək;  ya  şəhid  olarıq,  ya  da  əsir  düşərik,  amma 
ən azı düşmən artilleriyasını məhv etmiş olarıq". 


 
125 
Hamımız ağır psixoloji vəziyyətdə idik, nə edəcəyimizi 
bilmirdik. 
Ərzaq  ehtiyatımız  təxminən  bitdi.  Biz  yaddan  çıxmış 
qüvvələr  idik,  qərargah  da  bizə  heç  bir  cavab  vermirdi. 
Geriyə  yolumuz  da  yox  idi,  keçdiyimiz  cığırlar  düşmənlə 
dolu idi. 
Məyusluğumuz  pik  həddə  çatmışdı.  Hava  yavaş-yavaş 
qaralırdı.  Yerli  bələdçi  bu  xəbərləri  eşidib  gecə  vaxtı 
bizdən ayrıldı və getdi. 
Yenidən  ratsiyadan  səs  gəldi.  Zəif  bir  səs  Əli 
Xürrəmdeli çağırırdı. Danışan  İbrahim Hadi idi. Hamımız 
ratsiyaya sarı qaçdıq. İbrahim danışmağa başladı. 
– Əli can, bütün sərhəd yolları düşmənlə doludur. Mən 
sizin  qayıtmanız  üçün  bir  neçə  yolu  yoxladım.  Yalnız  bir 
yol qalıb: Uşaqları topla və əməliyyat bölgəsinin şimalına 
doğru get. Bir neçə kilometr irəlidə uca bir dağ var. Dağın 
şərq  və  qərb  yamaclarında  düşmən  qüvvələri  yerləşib, 
zirvə isə boşdur. Mən dağın bu tərəfindən gəlirəm, siz də o 
tərəfdən gəlin, sonra birlikdə qayıdarıq. 
Uşaqların  ikisi  xəstələnmişdi.  Yağış  da  yağırdı. 
Çətinliklə hərəkətə başladıq. Yol bitmək bilmirdi. Gecənin 
yarısı dağa çatdıq. İbrahim o tərəfdə bizi gözləyirdi. O, bir 
motosiklet və bir ratsiya ilə gəlmişdi. 
Dağa çıxmağa başladıq. Çox hündür dağ idi, qurtarmaq 
bilmirdi. Biz hələ dağın yamacında olanda İbrahim zirvəyə 
çatdı  və  bu  tərəfdən  enib  bizə  yaxınlaşdı.  Bir  neçə  gün 
məyusluqdan  sonra  İbrahimi  görüb  necə  ruhlandığımızı 
təsəvvür  edə  bilməzsiniz.  Hamımız  onu  qucaqladıq. 
Qaranlıq olsa da bir anlığa dizinin qanlı olduğunu gördüm. 
– Nə olub? 


 
126 
Qaneedici  cavab  vermədi.  Başa  düşdüm  ki,  yanımıza 
gələndə  motosikletin  işığını  söndürüb  torpaq  yolla 
gəlirmiş. Bu zaman motosikleti aşıb. 
İbrahim  yaralıların  vəziyyətini  görəndə  qrupumuzu 
idarə  etməyə  başladı.  Sağlam  döyüşçülərə  bir  neçə  bel 
çantası  verdi,  özü  də  yaralı  ayağı  ilə  yaralıların  birini 
çiyninə atdı və dağda bir neçə kilometr apardı. 
Bir saatdan sonra zirvəyə çatıb öz mövqelərimizə doğru 
enməyə  başladıq.  Sübh  namazını  yolda  qıldıq  və  hava 
işıqlanmamış mövqelərimizə çatdıq. 
İbrahim  yolda  əlaqə  saxlayıb  bizi  aparmaq  üçün  bir 
vanet  maşını  istədi.  Hava  işıqlananda  vanetə  minib 
Gilanqərbə  getdik.  Yorğunluqdan  iki  gün  yatdıq.  İbrahim 
isə ayağının yarasını bağlayandan sonra başqa bir bölgədə 
fəaliyyətə  başladı.  Sanki  yorğunluğun  nə  olduğunu 
bilmirdi. 
Sonralar  qərargahdakı  dostlardan  komandirlərin  bizim 
haqqımızda  nə  düşündüklərini  soruşanda  dedilər:  "İkinci 
gecə  elan  olundu  ki,  həmin  on  beş  nəfəri  boşlayın,  orta 
cəbhədə əməliyyatı davam etdirməməliyik". 
İbrahim  dərhal  soruşub  ki,  bəs  onların  taleyi  necə 
olacaq?  Əməliyyat  komandiri  də  deyib  ki,  ən  yaxşı  halda 
əsir düşəcəklər. 
Döyüşçülərin  canına  çox  əhəmiyyətli  yanaşan  İbrahim 
qışqırmış və kobud ifadə işlətmişdi ki, əgər öz qardaşınız 
və ya övladınız da orada olsaydı, bu sözü deyərdinizmi?! 
Sonra  Hacı  Hüseyn  Allahkərəmlə  danışıb  deyibmiş: 
"Mən  onları  qaytarmaq  üçün  bir  yol  tapmağa  gedirəm". 
Hacı  Hüseyn  də  ona  bir  ratsiya  verib  deyib  ki,  əlindən 
gələni et. 
Qısası  budur  ki,  mən  və  başqa  on  dörd  nəfər,  daha 
doğrusu, on beş ailə öz gənclərinin qayıtmasını İbrahimin 


 
127 
həmin  gecə 
göstərdiyi  fədakarlığa  borcludur.  O, 
əməliyyatın  ilk  iki  gecəsində  də  yatmamışdı,  amma  bizi 
xilas etmək üçün əlindən gələni etdi. 
Bir  neçə  gündən  sonra,  yəni  Mətləülfəcr  əməliyyatının 
davamında Nar yüksəkliyi və möcüzəvi azan hadisəsi baş 
verdi. 


 
128 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin