Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə46/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   42   43   44   45   46   47   48   49   ...   67
Salam-olsun-İbrahimə-2

O günl
ər... 
Şəhidin bacısı 
İbrahimdən  danışmaq  mənə  çox  çətindir.  Onun  evdə 
qaldığı  qısa  dövrü  yadıma  saldıqca  narahat  olur  və 
depressiyaya düşürəm. Bizim həyatımızın əfsanəvi və qızıl 
dövrü həmin dövr idi. Onun yoxluğu həyatımızı iflic etdi. 
Lakin  Allahdan  kömək  istəyib  onun  yeni  dostlarına  bəzi 
xüsusiyyətlərini söyləməyə çalışacağam. 
İbrahimin  yanındakı  həyat  dövrüm  qısa,  amma  çox 
ibrətli  idi.  O  mənə  yalnız  qardaş  deyil,  həm  də  müəllim 
idi. Onun bütün hərəkətlərində dərs vardı. 
O,  üzərinə  düşən  işləri  vaxtında  yerinə  yetirirdi. 
Həyatda  proqramı  vardı  və  işləri  bölmüşdü.  Bacı-
qardaşlarına  bir  şey  öyrətmək  istəyəndə  yalnız  söhbət  və 
nəsihətlə  kifayətlənmirdi.  Əvvəlcə  öyrədirdi,  çox  vaxt 
dolayı  yolla  başa  salırdı,  sonra  da  işin  nəticəsinə  nəzarət 
edirdi. 
İbrahim  hicab  və  yaxşı  işlərə  dəvət  üçün  əvvəlcə  öz 
ailəsindən  başladı.  O,  əməlləri  ilə  yaxşı  işlərə  dəvət 
etməyin yollarını bizə öyrədirdi. 
Yadımdadır, hədiyyə hazırlayıb mənə verir və deyirdi: 
"Yeni  namaza  başlayan  və  hicaba  keçən  dostlarına 
hədiyyə  ver".  O  vaxt  kimsə  bu  məsələlərə  diqqət 
yetirmirdi. 
Bizə  elə  sevimli  idi  ki,  sözlərini  dəlil-sübutsuz  qəbul 
edirdik. 
Evdən  çıxanda  yaxın  bir  dost  kimi  deyirdi:  "Hicab 
xanımın  qalası  və  qoruyucusudur,  onu  yaxşı  saxla".  Elə 
dəlil göstərirdi ki, həqiqətən qəbul edirdik. 


 
146 
O  deyirdi:  "Əgər  xanımlar  naməhrəmlə  münasibətə 
məhdudiyyət  qoysalar,  ailələrdə  ülfət  olduqca  çoxalar. 
Əgər  pərdə  saxlansa,  naməhrəm  heç  bir  şeyə  cəsarət 
etməz". 
O  həmişə  deyirdi:  "Hicaba  hörmət  edin,  bu  sizin  üçün 
hüzur və yaxşı işlərə dəvət etməyin ən yaxşı yoludur". 
İbrahim qonaqpərvərliyə də çox əhəmiyyətli yanaşırdı, 
qonaqları  ən  yaxşı  şəkildə  qarşılayırdı,  amma  dəbdəbəyə 
sərt  müxalif  idi.  O  deyirdi:  "Əgər  bir-birimizin  yanında 
rahat  olmağımızı  istəyiriksə,  dəbdəbədən  qaçmalıyıq.  Biz 
bir qonaqlıqdan ötrü özümüzü əziyyətə salmamalıyıq. Get-
gəli  və  qohumları  ziyarəti  dinin  əmrlərinə  uyğun  şəkildə 
və  dəbdəbəsiz  həyata  keçirməliyik  ki,  ailələr  arasında 
əlaqə həmişə qorunsun". 
Xeyir  işlərdə  həmişə  birinci  olardı.  Səhərdən-axşama 
qədər  Allahın  razılığından  ötrü  çalışmağı  sevirdi.  Bir 
dəftərçəsi vardı, işlərini yazırdı. Allahdan ötrü daha çox iş 
gördüyü günlərdə daha çox sevinirdi. Yadımdadır, bir dəfə 
mənə  dedi:  "Bu  gün  mənim  ən  yaxşı  günümdür.  Bu  gün 
Allah  kömək  elədi,  bir  neçə  bəndənin  problemini  yoluna 
qoya bildim". 
Heç bir dünya işinə könül verməzdi, onu Allah naminə 
bir  insanın  qəlbini  sevindirməkdən  başqa  heç  bir  şey  razı 
salmırdı. 
Yeni paltar geyinmir və deyirdi: "Nə vaxt hamı yeni və 
gözəl paltar geyinə bilsə, mən də geyinərəm". 
Tətillərə  görə  camaatın  neft  tapmadığı  günlərdə  böyük 
neft  kanistrlərini  götürüb  evlərə  gedirdi.  Bir  dəfə  gördüm 
ki, əlində böyük bir araba var. Arabanın içi neft kanistrləri 
ilə  dolu  idi.  Onu  küçələrdə  itələyə-itələyə  aparıb  camaata 
neft verirdi. 


 
147 
İnqilab günlərində ondan çox nigaran qalırdıq. Evə gec 
gəlirdi.  Dostları  ilə  birgə  damda  ucadan  “Allahu-Əkbər” 
qışqırırdılar. Atışma səsi hər an onlara yaxınlaşırdı və biz 
qorxurduq. 
Bir  axşam  evə  gecikdi.  Komendant  saatı  vardı.  Birdən 
qapını möhkəm döydü. Qapını açan kimi içəri tullandı. Bu 
anda ona doğru bir atəş açıldı. Həmişəki soyuqqanlılığı ilə 
dedi: "Əsgər yaxşı nişan aldı, amma gülləsi boşa getdi!" 
Arzularından  biri  bu  idi  ki,  bir  gün  İslam 
respublikasında  azan  veriləndə  hamı  işini  saxlayıb  azan 
versin,  namaza  və  Allahla  danışmağa  getsin.  Yəni  Allah 
insanları Özünə sarı çağıranda hamı ibadətə başlasın. 
Özü  namaz  qılmağa  həmişə  məscidə  gedirdi.  Məscidə 
gedə  bilməyəndə  də  evdə  camaat  namazı  təşkil  edirdi. 
Cibində  kiçik  bir  darağı  vardı.  Namaz  vaxtı  saç  və 
saqqalını səliqəyə salıb Allahla danışmağa hazırlaşırdı. 
Yəqin 
eşitmisiniz 
ki, 
İbrahim 
bir 
Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin