Kanalın içi
Kumeyl kanalından xilas olmuş
döyüşçülərin biri
Vəlfəcr-hazırlıq əməliyyatında Kumeyl batalyonunun
döyüşçüləri ilə birlikdə idi. Uzun yoldan sonra onlarla
birgə Fəkkədəki ikinci kanala çatdı. O kanal sonralar
Kumeyl kanalı adı ilə məşhur oldu.
Bir neçə günlük mühasirə döyüşçülərin qüvvəsini çox
azaltdı. Batalyonun komandiri və müavini şəhadətə
qovuşdu. Fiziki və təcrübə baxımından şəxsi heyəti idarə
edə bilən yeganə şəxs İbrahim idi.
İbrahim bizə rəhbərlik edir, bizi ruhlandırırdı. Əvvəlcə
sağlam döyüşçülərə əmr etdi ki, kanalı qorumaq üçün 400
metrlik bir əraziyə yayılsınlar.
Döyüşçülər divarların kənarında mövqe seçdilər.
Patronun az olduğuna görə tapşırdı ki, yalnız dəqiq
hədəfdə olan düşmənə atəş açsınlar. Kanalın yerində bir
neçə sıra tikanlı məftil halqaları vardı. Fiziki baxımdan
güclü olan bir neçə nəfərə həmin məftilləri toplamalarını
tapşırdı. Heç bir imkan olmayan yerdə bu işi görmək çox
çətin idi.
İbrahimin növbəti işi şəhid cənazələrini toplamaq idi.
Kanalın bir hissəsi uşaqlardan aralıda idi və görünmürdü.
Uşaqlar çox çətinliklə şəhidləri oraya apardılar. Şəhid
cəsədlərini aparmaq çətin deyildi, əslində dostlardan
ayrılmaq işi çox ağırlaşdırırdı.
Dostların qəlbinə ağır qəm çökmüşdü. Bu qısa yolda
bəzi uşaqların ürəkləri dayanmağa az qaldı. Düşmən
qarşısında cəsarətlə vuruşmuş cəngavərlər şəhid
154
dostlarının cəsədlərini yerləşdirməyə aciz qalmışdılar.
Yadımdadır, heç kim danışmırdı, hamının üzündən sakit
yaş damlaları axırdı.
Uşaqların baxışları şəhidlərin məzlum üzlərinə dikilib
qalmışdı. Rəngi qaçmış və toz-torpaq dolu yanaqlarından
yavaşca yaş süzülürdü. Birlikdə yaşadığımız günlərin şirin
xatirələri bizi sakit buraxmırdı.
Həsrət və qəm-kədər içində dostların pak cəsədlərini
çiyinlərinə götürüb qəribcəsinə gözlərdən uzaq bir yerə
aparırdılar. Qəm-kədər bütün vücudlarını bürümüşdü.
Şəhidləri kanalın sonuna aparandan sonra yaralılara
təhlükəsiz bir yer tapmaq növbəsi gəldi. Kanalın yaralıları
çox idi. Bəzilərinin əl-ayaqları kəsilmişdi, bəzilərinin
qarınları və bağırsaqları bayıra tökülmüşdü. İbrahim
kanalda yaralılara təhlükəsiz bir yer axtarır, onları raket və
mərmi qəlpələrindən qorumağa çalışırdı.
Yeganə münasib yer kanalın divarlarının dibi idi.
Onların da bir hissəsi raketlərdən uçmuşdu.
İbrahim uşaqlara dedi ki, süngülərin köməyi ilə
divarları qazsınlar və kanalın müxtəlif yerlərində bir neçə
sığınacaq düzəltsinlər.
Uşaqlar tez işə başladılar. Bir saatdan sonra yaralılara
təhlükəsiz bir sığınacaq əmələ gəldi.
Kanal bir qədər adi vəziyyətə düşdü. Mən uşaqlara
yaxşı baxırdım. Xomeyninin əliəkbərlərindən heç birinin
üzündə zəiflik və qorxu əlaməti görünmürdü. Bəli, ora
ikinci kanal idi. Allahın mələkləri Allah rəsulunun (s) və
möminlər əmirinin axır zaman əsgərlərinin tamaşasına
gəldikləri yer idi. Ora yerlə göyün birləşdiyi, sonralar
Kumeyl kanalı adı ilə tanınacaq yer idi.
***
155
İbrahim partlayış səsinə yerindən diksindi. Kanaldan
boylanıb arxamızdakı əkiz təpələrə qədər hər yeri
araşdırdı. Sonra əməliyyat təcrübəsi olan bir neçə nəfəri
çağırdı.
– Geri çəkilmək, birinci kanala, oradan da öz
mövqelərimizə
qayıtmaq
üçün
yaralıları
burada
qoymaqdan başqa yol yoxdur. Sağlam uşaqlar kanaldan
çıxandan sonra minalanmış sahələrdə və tikanlı məftillərin
arasında təxminən 400 metr sürünməlidirlər. Əgər
minalardan, DŞK-ların və dördlü zenit pulemyotlarının
atəşindən qurtula bilsələr, birinci kanala çatacaqlar. Birinci
kanaldan sonra yenə bir qədər sürünə-sürünə gedib əkiz
təpələrə çatmalı, sürətlə qaçıb təpələrin arxasına
keçməlidirlər. Təpələrin bir tərəfi düşmənin əlindədir, bir
tərəfi bizdə. Uşaqlar düşmənin atəşindən ehtiyatlı
olmalıdırlar. Onlar təpələrin üstündə dayanıblar”.
Sonra isə əlavə etdi: "Gedin, bunları sağlam uşaqlara
başa salın".
İbrahimin dediyi kimi, o təpələrə çatandan sonra
qurtulmağa ümid bəsləmək olardı, amma bu yolu getməyi
yalnız çevik və gümrah insanlar bacarardılar, dörd gündür
yatmayan, yeyib-içməyən, ən ağır psixoloji vəziyyətdə
düşmənlə vuruşanlar yox.
İbrahim yaralılara baş çəkməyə getdi. Hər bir yaralının
başı üstə bir qədər oturub danışır, onu əzizləyirdi. Mən də
onun yanında idim. Bir neçə metr irəlidə ikinəfərlik bir
qrupa çatdı və onların yanında oturdu.
Həmin iki nəfərin biri azyaşlı yeniyetmə idi, kanalın
divarına söykənmişdi, o birisi isə yoldaşının ayaqları üstə
rahatca yatmışdı. İbrahim onların yanında oturdu.
Yeniyetmə İbrahimə hörmət əlaməti olaraq bir qədər
156
qalxdı. İbrahim ondan yoldaşının halını soruşdu.
Yeniyetmə çox yavaşca, amma qətiyyətlə cavab verdi.
- Dostum bir qədər öncə Allaha qonaq oldu.
Bunu deyib yavaşca onun üzünü və saçını tumarlamağa
başladı.
İbrahim təəccüblə ona baxdı, əyilib şəhidin tozlu və
qanlı yanaqlarından öpdü. Sanki daha qalxmağa taqəti yox
idi. Gözlərindən yaş damlaları axdı. Sonra şəhidin cəsədini
ehtiyatla götürüb digər şəhid cəsədlərinin yanına apardı.
İbrahim qayıdıb yeniyetməni qucaqladı. Yeniyetmə
döyüşçü dedi: "Mən dostumla uşaqlıqdan bir yerdə
böyümüşük, bir yerdə məktəbə getmişik. Müharibə
başlayanda çox əziyyətlə məktəbi buraxıb cəbhəyə
gəlmişdik.
Bizi
Kumeyl
batalyonuna
vermişdilər.
Batalyonumuz bu əməliyyatdan öncə on səkkiz gün Fəkkə
bölgəsində müdafiə mövqeyində olmuşdu. Biz orada
düşməndən on bir əsir tutmuşduq. Oradakı tapşırığımız
bitəndən sonra batalyonu geri göndərdilər ki, istirahət
üçün Dokuhəyə gedək və məzuniyyətə buraxılaq.
Səhər çağı Dokuhəyə hazırlaşanda komandir hamımızı
toplayıb dedi: "Bir neçə gündən sonra burada əməliyyat
olacaq. Diviziya komandiri sizin döyüş hazırlığınızı
nəzərə alıb bu əməliyyatda iştirak etmənizi istəyir. İmam
Xomeyni bu əməliyyatdan yaxşı nəticə gözləyir. Əgər
yorğun deyilsinizsə, bu əməliyyatda ilk hücumçu olaq”.
Uşaqlar yorğun olsalar, iki gecə Çənanə düşərgəsinin
çöllərində ağır şəraitdə yatmağa məcbur qalsalar, ailə
üzvlərini görmək üçün saniyələri saysalar da, onlar üçün
imamı sevindirməyin həzzi başqa bir şey idi. Hamı qəbul
etdi. Bəzi döyüşçülər orada soyuq havada soyuq su ilə
şəhadət qüslü verib əməliyyata hazırlaşdılar".
157
İbrahim yeniyetmənin sözlərini dinləyirdi. Ortalığa
qəribə sükut çökmüşdü.
|