Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə50/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   46   47   48   49   50   51   52   53   ...   67
Salam-olsun-İbrahimə-2

Q
əmli günlər 
Kumeyl kanalından xilas olanların biri 
Kanalın  sirli  sükutunu  pozan  yeganə  səs  İbrahimin 
növhələri  idi.  O,  gözəl  səsi  ilə  kanalın  yorğun  dostlarına 
yeni  can  bağışlayırdı.  Qan,  yara,  aclıq  və  susuzluq 
arasında  İbrahimin  zümzümələri  insanı  rahatladırdı. 
Məzlum  ananın  müsibətindən  oxuyan  səs  kanaldakılara 
mənəvi güc verirdi. 
Bu  nəğmələrlə  həyat  kanala  yenidən  qayıtdı  və  hamı 
cana gəldi. 
İbrahimin  azanından  sonra  hələ  bədəndə  azca  taqəti 
qalanlar  özlərini  kanalın  divarına  yapışdırır  və  divarın 
köməyi ilə ayağa qalxıb namaz qılırdılar. 
Yaralılar  daha  mənəvi  halla  çətinliklə  üzüqibləyə 
çevrilir,  qanlı  alınlarını  eşq  və  bəndəlik  əlaməti  olaraq 
kanalın torpağına qoyurdular. 
Məncə,  Allah  məhz  belə  insanlar  yaratdığına  görə 
mələklər önündə fəxr etmişdi.  
Namaz qılandan sonra Şəhid Seyid Cəfər Tahiri Quran 
oxuyur,  hətta  təfsir  edirdi.  Uşaqlar  Seyid  Cəfərin  gözəl 
Quran  səsini  eşidəndə  yenidən  cana  gəldilər  və  öz 
haqlılıqlarına əmin oldular. 
Bəzi uşaqlar cib Quranlarını çıxarıb Seyid Cəfərlə birgə 
oxuyur və səssizcə ağlayırdılar. Bəziləri də karandaş və ya 
qələm  tapıb  mümkün  olan  hər  hansı  şeyin  üzərinə 
vəsiyyətnamə yazırdılar. 
Kanalda  hərə  bir  duanı  zümzümə  edib  sızlayırdı; 
bəziləri  Təvəssül  duası  oxuyurdular,  bəziləri  Aşura 
ziyarətnaməsi.  Bəziləri  də  yavaşca  mərsiyə  oxuyub 
ağlayırdılar. 


 
159 
Kanalda  sudanlı  bir  əsir  vardı.  O,  uşaqların  Quran 
oxuduğunu  görəndə  çox  heyrətlə  dedi:  "Məgər  siz  də 
Quran 
oxuyursunuz?! 
Bizə 
demişdilər  ki,  sizi 
atəşpərəstlərlə müharibəyə aparırıq". 
Həmin əsir uşaqların müsəlman olduğuna əmin olandan 
sonra  israrla  xahiş  edirdi  ki,  onu  özümüzlə  aparaq.  O 
deyirdi ki, mən böyük səhv etmişəm. 
*** 
Uşaqlar  süngü  ilə,  hətta  əllə  kanalın  divarını  qazıb 
qalxmaq  üçün  pilləkən  düzəldirdilər.  Onlar  öz  güclərini 
göstərmək  və  Səddamın  əsgərlərinin  yaxınlaşmasının 
qarşısını  almaq  üçün  hərdən  sürətlə  pillələrdən  qalxıb 
onlara atəş açırdılar. 
Bəəs  komandosları  hündür  və  bədənli  idilər,  görəndə 
adamı  vahimə  basırdı.  Onlar  bizə  doğru  irəliləmək 
istəyəndə  düşmən  bütün  atəşini  kanala  yönəldirdi  ki, 
asanlıqla  yaxınlaşa  bilsinlər.  Bu  zaman  uşaqların  kanalın 
divarından  atəş  açmaları  çox  çətinləşirdi.  Bəzi  aslan 
uşaqlar  komandoslara  qarşı  kreativ,  eyni  zamanda 
şəhadətli üsuldan istifadə edirdilər. 
Komandosların hücumundan öncə onlar könüllü şəkildə 
kanaldan çıxıb düşmənə doğru təxminən 60 metr irəliləyir, 
sonra  şəhid  cəsədlərinin  arasında  gizlənib  onların  gəlişini 
gözləyirdilər. 
Ondan  sonra  uyğun  bir  fürsətdə  muzdurlara  ya  atəş 
açır,  ya  da  əl  qumbarası  atırdılar.  Beləliklə  onları  bir-bir 
ovlayır  və  ya  geri  çəkilməyə  məcbur  edirdilər.  Bu  üsulla 
başqa iki nəfəri də əsir tutub kanalın içinə gətirdilər. 
*** 
Kanaldakı  uşaqların  müqaviməti  sayəsində  düşmənin 
ağır əks-hücumu dəf edildi. Şübhəsiz ki, bu cəsarət İslam 


 
160 
döyüşçülərinin imanından irəli gəlir, onları xüsusi təyinatlı 
komandos batalyonunu geri qaytarmağa qadir edirdi. 
Buna  baxmayaraq,  Bəəs  qüvvələrinin  əks-hücumu 
şəhid  və  yaralıların  sayını  artırırdı.  Tibbi  ləvazimat 
olmadığına  görə  yardım  çox  çətin,  eyni  zamanda  təsirsiz 
olurdu. 
Uşaqlar  yaraları  bağlamaq  üçün  çəfiyələrdən  istifadə 
edirdilər.  Çəfiyə  çatmayanda  isə  çarəsiz  qalıb  şəhidlərin 
üzünə çəkdiyimiz çəfiyələri götürürdülər. 
Bəzən  yalnız  dəridən  asıla  qalmış  qolu  yaralının 
bədəninə  bağlamaq  işi  azyaşlı  bir  yeniyetmənin  üzərinə 
düşürdü. 
Yaralılar  susuzluqdan  zarıyır,  su  istəyirdilər.  Kanalın 
içi də dayanmadan raket atəşinə məruz qalırdı. 
Düşmənin  atəşi  azalanda  İbrahim  bir  neçə  nəfəri 
kanalın  iki  tərəfinə  göndərdi  ki,  uşaqları  səsləyib  hamını 
bir  yerə  toplasın.  Uşaqlar  tezliklə  divarın  dibində 
İbrahimin  ətrafına  toplaşdılar.  Sağlam  döyüşçülərin  sayı 
çox azalmışdı. 
İbrahim  dedi:  "Daha  kanal  qalmalı  yer  deyil.  Bu  gecə 
nəyin  bahasına  olursa-olsun,  əkiz  təpələrə  doğru  geri 
çəkilməliyik". 
Sonra  əlavə  etdi:  "Kanalın  mühasirədə  olduğuna,  öz 
mövqelərimizlə  aramızda  çoxlu  maneələrin  yaradıldığına 
görə gərək bir qədim və iki yeni döyüşçüdən ibarət qruplar 
şəklində  və  müəyyən  məsafələrlə  kanaldan  çıxıb  sürünə-
sürünə əkiz təpələrə doğru geri çəkiləsiniz". 
İbrahim üçnəfərlik qrupları təyin edəndən sonra hamını 
öz  yerinə  göndərdi  və  hava  qaralana  qədər  kanalı  və 
yaralıları qorumalarını tapşırdı. 
O  gün  kanalın  içində  təxminən  70  ağır  yaralı  vardı  və 
onlar geri qayıda bilməzdilər. 


 
161 
Şəxsi heyət dağılışanda bir yeniyetmə İbrahimə bir sual 
verdi: "Yaralılar da bizimlə qayıda biləcəklər? Əgər onları 
apara bilməsək, taleləri nə olacaq?" 
Hamı  mat-məəttəl  bir-birinə  baxdı.  Bu  sualın  heç  bir 
cavabı yox idi. 
İbrahim  yeniyetməyə  dedi:  "Sizin  yaralılarla  işiniz 
olmasın, mən onların yanında qalacağam". 
Həmin yeniyetmə xüsusi qətiyyətlə dedi: "Onda mən də 
qalıb son damla qanıma qədər yaralıları qoruyacağam". 
Digərləri  üçün  ağır  qərar  zamanı  idi.  Dörd  gün  aclıq, 
susuzluq, yorğunluq və mühasirə hamının taqətini almışdı. 
Kanalın küncündən biri də dilləndi: "Mən də qalıram". 
Birdən-birə hamı yekdilliklə qalmağa qərar verdi. 
İbrahim uşaqların bu qərarına deyəsən sevindi və dedi: 
"Hamımız qalıb mərd-mərdanə müqavimət göstərəcəyik". 
Bir  qədər  sonra  isə  əlavə  etdi:  "Amma  uşaqlar,  ola 
bilsin  son  ana  qədər  heç  kim  köməyimizə  gəlməsin.  Hər 
şeyi fikirləşmisiniz? Suyumuz yoxdur, yeməyimiz yoxdur, 
silah-sursatımız  yoxdur...  Şəhadət  bir  addımlığımızdadır. 
Buna hazırsınız?" 
Sanki  döyüşçülərə  yeni  can  gəldi.  Kanal  mərdlik, 
fədakarlıq  və  eşqlə  dolub-daşdı.  Hamı  yekdillikdə 
bağladığı əhdə sadiq qalacağını bildirdi. 
Hətta yüngül yaralılar da geri qayıtmağa razı olmadılar. 
Onlar  ağır  yaralıları  tək  qoymaq  istəmir  və  deyirdilər: 
"Bizim  yolumuzda  vəfasızlıq  yoxdur.  Biz  də  burada 
qalacaq,  nə  qədər  ki  yaralıları  geri  aparmamışıq, 
yerimizdən tərpənməyəcəyik!" 


 
162 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin