Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə58/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   54   55   56   57   58   59   60   61   ...   67
Salam-olsun-İbrahimə-2

Böyük insandan 
qısa xatirələr 
Ayaqyalın 
Nəşriyyatın  ofisinə  kitab  almağa  gəlmişdi.  Deyirdi  ki, 
bu  axşam  heyətimizin  məclisi  var,  şam  yeməyi  ilə  birgə 
onların ruhlarını da qidalandırmaq istəyirəm. 
Bir  qədər  “Salam  olsun  İbrahimə”  kitabı  aldı. 
Kitabların  birini  götürüb  həsrətlə  Şəhid  Hadinin  üzünə 
baxdı. Təbəssüm edib öz-özünə dedi: "Gör insan haralara 
çata bilir!" 
Təəccüblə ona baxdım. 
– Siz ağa İbrahimi tanıyırsınız? Ondan xatirə bilirsiniz? 
Bir  neçə  dəqiqə  fikrə  getdi,  sonra  dedi:  "İnqilabdan 
öncə  Ziba  xiyabanında  yaşayırdıq.  Təxminən  bütün 
məhəllə  İbrahimi  tanıyırdı.  İbrahim  gözəl  əxlaqı  ilə 
hamıya kömək edirdi. Onun gözündə dünyanın dəyəri yox 
idi.  Kimsə  İbrahimə  "köynəyin  nə  qəşəngdir"  –  desəydi, 
inanın ki, alt geyimi olsaydı, elə oradaca köynəyini çıxarıb 
ona bağışlayardı. 
Bir  gün  bekar  idim,  gedib  küçənin  başında  oturdum. 
Hava  çox  isti  idi.  Fikirləşdim  ki,  evdə  ventilyatorun 
altında  otursam,  daha  yaxşı  olar.  Getmək  istəyəndə  Ziba 
xiyabanı  tərəfdən  İbrahimin  gəldiyini  gördüm.  Öz-özümə 
dedim  ki,  onunla  görüşüm,  sonra  gedərəm.  Yaxınlaşanda 
gördüm  ki,  ayaqyalındır.  İsti  havada  ayaqları  yana-yana 
gəlirdi.  Ayaqlarını  tez-tez  yerə  qoyub-götürür,  kölgəliklə 
gəlməyə çalışırdı. Təəccüblə ona baxırdım. Fikirləşdim ki, 
yəqin məsciddə ayaqqabılarını oğurlayıblar. Mənə çatanda 
salamlaşıb  görüşdük.  Tez  kölgəyə  çəkildi.  Ayaqlarını 
göstərib  dedim:  "Bəs  ayaqqabıların  hanı?  Bu  istidə  necə 


 
189 
ayaqyalın  gəzirsən?!  Dayan,  sənə  bir  çəkələk  gətirim. 
Yoxsa ayaqqabılarını məsciddə oğurlayıblar?” 
– Yox, özüm birinə verdim. 
Təəccübləndim. 
–  Kimə?  Axı  adam  bu  havada  ayaqqabısını  hədiyyə 
verib özü ayaqyalın qalar?! 
O  qədər  sual  verdim  ki,  axırda  deməyə  məcbur  oldu. 
Adətən belə işləri heç kimə deməzdi. 
Üzümə  baxıb  dedi:  "Məscidin  önündə  bir  qoca 
dilənçilik  edirdi.  Durumu  çox  pis  idi.  Ayaqqabılarının 
altını göstərib cırıldığını və geyinməyə bir şeyi olmadığını 
dedi.  Dedi  ki, bu  istidə ayağım  yanır.  Mənim  də  üstümdə 
pul yox idi, ayaqqabılarımı çıxarıb ona verdim". 
Çəkələk gətirməmi gözləmədi, sağollaşıb getdi”. 
Metal qab 
Gecə  saat  iki  idi.  Məhəmmədi  məscidinin  önündə 
reyddə idik. 
İstirahət  vaxtı  İbrahim  Hadi  və  başqa  bir  neçə  nəfərlə 
birgə  məscidin  pilləkəninin  üstündə  oturub  söhbətə 
başladıq.  Birdən  yerindən  qalxdı,  bizdən  yüz  metr 
aralıdakı küçəyə qaçdı, oturub əlini kanala uzatdı və sonra 
qayıtdı. 
Təəccüblə soruşdum: "Ağa İbrahim, nə olub?" 
– Heç nə. Kanala bir metal qab düşmüşdü,  səs  salırdı. 
Götürdüm ki, yatmış insanlara əziyyət olmasın. 
O  öz  işləri  ilə  biz  yeniyetmələrə  Bəsic  üzvü  olmaq  və 
düzgün yaşamaq dərsi öyrədirdi. 
 


 
190 
Çarpayı 
Yenə  gecə  yuxudan  oyananda  İbrahimin  quru  yerdə 
yatdığını  gördüm.  Ona  yataq  sərmişdik,  amma  gecənin 
yarısı  məsciddən  qayıdanda  yenə  palazın  üstündə 
yatmışdı. 
Onu  səsləyib  dedim:  "Dadaş  can,  hava  soyuqdur, 
donarsan. Nə üçün yataqda yatmırsan?" 
– Ehtiyac yoxdur. 
Yenə  israr  edəndən  sonra  dedi:  "Mənim  dostlarım  indi 
Gilanqərb  cəbhəsində  soyuqdadırlar.  Onların  vəziyyətini 
bir qədər dərk etmək istəyirəm”. 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin