Salam olsun İbrahimə


Rza  Kəhnuc şəhərinin Cameətül-Quran mərkəzinin



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə56/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   52   53   54   55   56   57   58   59   ...   67
Salam-olsun-İbrahimə-2

Rza 
Kəhnuc şəhərinin Cameətül-Quran mərkəzinin 
xanımlarından biri 
On  beş  il  öncə  hamiləliyimin  son  aylarını  keçirirdim. 
Halım  birdən-birə  pisləşdi.  Səkkizinci  ayım  idi.  Həkim 
dedi ki, bətnindəki uşaq ölüb. 
Çox  üzüldüm,  çox  ağladım.  Bir  neçə  həkimə  müraciət 
etdim. Dedilər ki, uşağın sağlamlığına yalnız bir faiz ümid 
var.  Onda  da  gərək  tez  qeysəriyyə  əməliyyatı  ilə  uşağı 
götürək. 
Həmin  axşam  İmam  Rzaya  (ə)  təvəssül  edib  dedim: 
"Övladımın  sağlamlığı  üçün  dua  etməni  istəyirəm.  Əgər 
oğlan olsa və yaşasa, adını Rza qoyacağam". 
Cərrahiyyə  əməliyyatı  baş  tutdu.  İnanılmaz  olsa  da, 
övladım sağlam dünyaya gəldi, amma çəkisi 900 qram idi. 
Uşaq  nəzir-niyazla  və  çətinliklə  böyüdü.  Gec  dil  açdı, 
üç yaşında yeriməyə başladı. 
Oğlum inkişaf mərhələlərini keçdi, amma fiziki zəifliyi 
yerində  qalırdı.  Səkkizinci  sinfə  qədər  elə  oxudu. 
Doqquzuncu  sinifdə  isə  məktəbi  uzaqda  oldu.  Yoldaşım 
dedi ki, oğlumuzun problemi var, bu qədər uzun yolu gedə 
bilməz. 
Dərs  ili  başlandı,  amma  bizim  Rza  evdə  qaldı.  Ondan 
ötrü  çox  narahat  idim.  Özü  də  çox  əziyyət  çəkirdi.  Nə 
edəcəyimi bilmirdim. 
Həmin 
günlərdə 
Kəhnucun 
Cameətül-Quran 
mərkəzinin  dərslərinə  gedirdim.  Bir  gün  bizə  bir  şəhidin 
kitabını  verib  dedilər:  "Bu  kitabı  mütləq  oxuyun.  Fəcr 
ongünlüyündə bundan müsabiqə keçirəcəyik". 


 
182 
Kitabın adı “Salam olsun  İbrahimə” idi. Həmin axşam 
kitaba başladım, o şəhidin xatirələri ilə çox ağladım. 
Gecə  kitabı  bağlayıb  balışımın  altına  qoydum,  şəhidlə 
dərdləşə-dərdləşə yuxuya getdim. Yuxuya gedəndən sonra 
qapının  açıldığını  hiss  etdim.  Şəhid  İbrahim  Hadi  içəri 
girdi  və  əlində  bir  kasa  mənə  yaxınlaşdı.  Təəccüblə  ona 
baxırdım. Kasanı mənə uzatdı. İçində püşk kağızları kimi 
bir neçə kağız vardı. 
Onların birini götürdüm. Üzərinə belə yazılmışdı: "Onu 
dəxil et". 
Təəccüblə dedim: "Onu dəxil edim? Kimə? Haraya?" 
İbrahim  Hadi  dedi:  "Sizin  900  qramlıq  övladınızı 
buraya çatdırana – İmam Rzaya (ə)”. 
Yuxudan  oyandım.  Öz-özümə  fikirləşdim  ki,  oğlumu 
necə  dəxil  edim,  onu  necə  Məşhədə  aparım.  Maddi 
vəziyyətimiz də yaxşı deyildi. Amma öz-özümə düşündüm 
ki, Allah işləri düzəldəndir, mütləq kömək edəcək. 
Ertəsi gün mərkəzə gedib yuxumu müdirə danışdım. O 
dedi: "İnşallah xeyirdir, mütləq Məşhədə get". 
– Axı həm maddi imkanımız  yoxdur, həm  də bir neçə 
dəfə Məşhədə aparmışıq, dəyişiklik olmayıb. 
– Allah istəsə, səfər imkanı yaradar. Bu dəfə Məşhədə 
gedəndə  İmam  Rzaya  (ə)  de  ki,  məni  İbrahim  Hadi 
göndərib. 
Ertəsi  gün  eşitdim  ki,  Təbliğat  komitəsi  tərəfindən 
heyət  üzvlərindən  bir  neçəsini  Məşhədə  aparacaqlar.  Biz 
də  adımızı  yazdırdıq.  Bir  neçə  gündən  sonra  püşkatmada 
mənim adım da çıxdı. 
İnanılmaz  olsa  da,  növbəti  həftə  İmam  Rzanın  (ə) 
məqbərəsində  idim,  hərəkət  problemi  olan  oğlum  Rza  ilə 
birlikdə. 


 
183 
Üzümü  ağanın  məqbərəsinə  tutub  dedim:  "Mən  Rzanı 
sənin yanına gətirmişəm. Məni buraya Şəhid İbrahim Hadi 
göndərib. Siz necə məsləhət görürsünüzsə..." 
Allahın  lütfü  və  İmam  Rzanın  (ə)  duası  ilə  Məşhəd 
səfərindən  sonra  oğlumun  halı  günbəgün  yaxşılaşdı.  O, 
məktəbə  getdi,  təhsilini  davam  etdirdi  və  indi  normal 
həyat sürür. 


 
184 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin