Hey ət İbrahim heyətdə iştirak edəndə qəribə coşqu yaradırdı.
Əhli-beyt mədhinə şeirlər oxuyanda və mərsiyə deyəndə
əlindən gələni edirdi. Bununla yanaşı, heyətdə onun xüsusi
adətləri vardı. O, məddahlıq zamanı qışqırmır, mikrofonun
səsini ucaltmağa da qoymurdu. Hələ heyətin məclisi
başlamamış səsucaldanların üzünü heyətə çevirirdi ki,
qonşular əziyyət çəkməsinlər. Həvəsli gəncləri ümumi
əzadarlığı çox davam etdirməyə qoymurdu. Çalışırdı ki,
camaat əza məclisinə görə əziyyət çəkməsin. Bu
məsələlərə çox diqqət yetirirdi. O, işıqlar yandırılmamış
heyəti tərk edirdi. Bunun səbəbini sonralar öyrəndim. Bəzi
dostlar əzadarlıqdan sonra zarafata və deyib-gülməyə
başlayır, mənəvi qazanclarını əldən verirdilər.