Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə61/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   57   58   59   60   61   62   63   64   ...   67
Salam-olsun-İbrahimə-2


əllim 
Müharibə vaxtı mənə və sinif  yoldaşlarıma böyük təsir 
göstərən  bir  müəllimim  vardı.  Onun  şagirdlərinin  çoxu 
namazqılan idi və cəbhəyə gedirdi. 
Bir gün ona dedim: "Sizin kimi müəllimimiz olduğuna 
görə Allaha şükür edirəm". 
–  Siz  bundan  ötrü  Şəhid  İbrahim  Hadiyə  dua 
etməlisiniz. Məni bu işə o sövq etdi. 
Biz Əsğər Vüsali ilə dost idik. Mən inqilabın əvvəlində 
çətin müəllimlik testindən keçə bilmədim. Şəhid Vüsalinin 
yas  məclisində  İbrahimi  görüb  salamlaşdım.  Məni 


 
192 
uzaqdan  tanıyırdı.  Nə  işlə  məşğul  olduğumu  soruşdu. 
Dedim  ki,  Pedaqoji  universitetin  ağır  testindən  keçə 
bilmədim. 
Ertəsi  gündən  mənim  işlərimlə  maraqlanmağa  başladı. 
Bir  müddət  Təhsil  nazirliyinin  Kadrlar  şöbəsi  ilə 
əməkdaşlıq  etmiş  və  seçim  zamanı  həddən  artıq 
tələbkarlığa  görə  onlardan  ayrılmışdı.  Qısası,  biz  indi  o 
böyük şəhidin zəhmətləri sayəsində müəllimlik edirik. 
İş stolu 
İnqilabın  əvvəlləri  idi.  İbrahim  komitədə  çalışırdı. 
Komitələrin  fəaliyyət  dairəsi  çox  geniş  idi.  Xalq  çoxlu 
problemlər  üçün  komitələrə  müraciət  edirdilər.  Mən 
İbrahimin  çalışdığı  komitəyə  getdim.  Yan-yana  bir  neçə 
otaq vardı. Hər otağa bir stol qoyulmuşdu və arxasında bir 
nəfər oturub müraciətləri qəbul edirdi. 
İbrahimin  oturduğu  otağa  girdim.  Digər  otaqlardan 
fərqli  olaraq,  iş  stolu  onun  arxasında  idi.  O,  öz  stulunu 
stolun önünə qoymuşdu, müraciət edənlərin stulu da onun 
önündə idi. 
Onun  otağının  nə  üçün  fərqləndiyini  soruşanda  dedi: 
"Stolun  arxasında  oturanda  daxilimdə  qürur  hiss  etdim. 
Düşündüm ki, belə olsa, xalqdan uzaqlaşaram. Buna görə 
stulumu bu tərəfə keçirdim ki, xalqa yaxın olum". 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin