Salam olsun İbrahimə


partizan  əməliyyatında yaralanıb əsir düşən bir iraqlını çiynində öz



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə47/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   43   44   45   46   47   48   49   50   ...   67
Salam-olsun-İbrahimə-2


partizan 
əməliyyatında yaralanıb əsir düşən bir iraqlını çiynində öz 
mövqelərimizə  qədər  gətirib.  Onu  təhvil  verəndən  sonra 
qarnında  güclü  ağrı  başlayıb  və  xəstəxanada  kor 
bağırsağını əməliyyat ediblər. 
Həkim  ona  demişdi:  "Nə  üçün  bunu  etdin?  Sən  dağda 
uzun  yolu  belə  gedə  bilməzsən".  O  da  demişdi:  "Ehtiyac 
var idi. Yaralı idi və onu heç kim geri gətirə bilmirdi". 
Biz bundan xəbərsiz idik. İbrahim Tehrana qayıdandan 
uzun  müddət  sonra  əşyalarının  arasında  bir  neçə  rentgen 
fotosu  gördüm.  Nə  olduğunu  soruşanda  hadisəni 
danışmağa məcbur oldu. 
Son dəfə Tehranda yanında olanda halı çox dəyişmişdi. 
Bəzi  günlər  xörək  yemirdi.  Biz  etiraz  edəndə  deyirdi: 
"Gərək bədəni hazırlayım". 


 
148 
Soyuq  qış  gecələrində  quru  yerdə  və  balışsız  yatırdı. 
Yenə etiraz edəndə deyirdi: "Gərək bu bədən uzun müddət 
torpaqda qalmağa alışsın". 
Bizimlə  son  vidasını  çox  yaxşı  xatırlayıram.  Heç  vaxt 
belə deyildi. Çox güclü mənəvi halda idi. 
Vəlfəcr-hazırlıq  əməliyyatından  öncə  motosikletlə  evə 
gəlib dedi: "Gedirəm. Dua elə ki, qayıtmayım”. 
Narahat  olduğumu  görüb  əlavə  etdi:  "Bu  camaat  hələ 
birləşməyib.  Bilmirəm  niyə  belədirlər.  Mən  bu  dünyadan 
heç  nə  istəmirəm,  hətta  bir  qarış  torpaq  da.  Əgər  layiq 
olsam və  Allahın  imtahanından  keçə bilsəm,  istəyirəm ki, 
bədənim Allah yolunda parça-parça olsun və ruhum həzrət 
Zəhranın (ə) ruhuna qonşu olsun". 


 
149 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin