Sübh
namazı
Şəhidin dostları
İbrahimlə birgə bir minik maşını ilə Tehrandan
Kermanşaha getdik. Gecə idi, hələ Kermanşaha
çatmamışdıq. İbrahim tez-tez yuxudan diksinib qol saatına
baxırdı.
Təəccüblə dedim: "Nə olub, ağa İbrahim?"
– Kermanşahda sübh azanı saat dörddədir, gərək
namazımızı əvvəl vaxtda qılaq.
Bir neçə dəqiqədən sonra yenidən oyandı, daha yatmadı
və sürücüdən bir çayxananın önündə saxlamasını xahiş
etdi. Sübh namazını ilk vaxtda cəm halda qıldıq, sonra
arxayınlıqla yolumuza davam etdik.
1982-ci ilin yayı idi. İbrahim Tehranda müalicə
olunurdu. Hər gün birlikdə harasa gedirdik. O vaxt
İbrahimin
gördüyü
əsas
iş
Allah
bəndələrinin
problemlərini həll etmək idi.
Bir axşam birlikdə heyətə getdik, sonra Bəsic uşaqları
ilə oturduq. Gecə məhəllə gənclərindən bir neçəsi ilə
danışmağa başladı və çox dolayı yolla onlara nəsihət
verdi.
Təxminən gecə saat iki idi. İbrahim kimi mən də
yorulmuşdum. Səhərdən bayırda idik. Dedim ki, evə gedib
yatmaq istəyirəm, sən nə fikirləşirsən?
– Mən getmirəm. Qorxuram yuxuya qalım və sübh
namazım qəzaya getsin. İstəyirsənsə, sən get.
Sonra ətrafa baxdı. Küçənin başında yerə bir soyuducu
kartonu düşmüşdü. Onu götürüb Məhəmmədi məscidinə
getdi. Məscidin girişində təxminən ikimetrlik bir yer vardı.
Kartonu sərib üstünə uzandı.
142
- İki saatdan sonra sübh azanıdır. Məscidə camaat
namazına gələnlər məcbur qalıb məni oyadacaqlar.
Sonra sevincək əlavə etdi: "Beləcə həm namazım
qəzaya getməyəcək, həm də camaat namazında iştirak
edəcəyəm".
Sonra arxayın şəkildə orada yatdı.
Onun sübh namazına bu qədər əhəmiyyətli yanaşması
mənə qəribə gəlirdi. O, yeniyetmə çağında da sübh
namazını cəm halda qılmaq üçün Salman məscidinə
gedirdi.
O hadisədən illər ötdü. İbrahimin sübh namazı məsələsi
məni dəfələrlə düşündürmüşdü. Biz hər axşam televizorun
qarşısında oturub saatlarla film və futbol izləyir, sübh
namazımızın qəzaya getməsinə fikir vermirik, sonra da
şəhidlərin yolunu davam etdirdiyimizi iddia edirik.
Sonralar bir yerdə belə oxudum: "Bir nəfər İmam
Sadiqin (ə) yanına gəlib dedi: "Mən böyük bir günah
eləmişəm, nə edim?" İmam buyurdu: "Əgər dağ boyda
olsa, Allah bağışlayar". O adam "dağdan da böyükdür" –
deyib hansı günahı etdiyini dedi.
Günahı çox böyük idi, amma İmam Sadiq (ə) cavabında
buyurdu: "Mən düşündüm ki, bəlkə sübh namazın qəzaya
getdiyi üçün belə deyirsən".
|