Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə37/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   33   34   35   36   37   38   39   40   ...   67
Salam-olsun-İbrahimə-2

Allahu-
Əkbər 
Mühəndis Əhməd Ustad Baqir 
İbrahimlə  yoldaşlıq  bizim  əxlaq  və  rəftarımızı 
bütünlüklə dəyişdirdi. Biz elə bir adamı örnək görürdük ki, 
dünya və bütün dəyərli nemətləri onun gözündə heç idi. 
İbrahimin  qiymətli  Şah  Maqsud  təsbehi  aldığını 
dəfələrlə  görmüşdüm.  O  təsbeh  İbrahimin  əlinə  həqiqətən 
yaraşırdı. Lakin dostlardan kimsə "nə gözəl təsbehin var" 
–  deyən  kimi  ona  bağışlayırdı.  Dəfələrlə  hətta  köynəyini 
də  bağışlamışdı.  Mənim  gözəl  bir  üzüyüm  var  idi,  anam 
Məşhəddən  almışdı.  Onu  ehtiyatla  saxlayırdım.  Nəhayət, 
bir  gün  bir  döyüşçü  üzüyümə  baxdı  və  çox  xoşu  gəldi. 
Üzüyümü  çıxarıb  ona  hədiyyə  verdim.  O  anda 
fikirləşdiyim  yeganə  şey  İbrahimin  əməlləri  idi.  Əmin 
idim  ki,  o  olsaydı,  eyni  işi  görərdi.  Bunlar  onun 
hərəkətlərinin dolayı təsiridir. 
İbrahimdən  öyrəndiyim  və  mənim  üçün  çox  səmərəsi 
olmuş  dərslərin  biri  də  Allahu-Əkbər  dərsidir.  Bu  gözəl 
zikri  namazda  dəfələrlə  təkrarlamışdım,  amma  İbrahim 
onun  əsl  həqiqətinə  diqqət  yetirirdi.  O  deyirdi:  "Bilirsən 
Allahu-Əkbər  nədir?!  Yəni  Allah  sənin  düşündüyün  hər 
şeydən  böyükdür;  Allah  düşünə  biləcəyin  hər  şeydən 
əzəmətlidir.  Yəni  Onun  kimi  başqa  heç  kəs  bizə  kömək 
edə  bilməz.  Allahu-Əkbər  odur  ki,  bu  qədər  böyük  Allah 
bizim  yanımızdadır.  Biz  kimik  ki?!  Ən  ağır  şəraitlərdə 
bizə kömək edən Odur". 
Buna  görə bizə öyrətmişdi ki, hər bir şəraitdə, xüsusən 
çıxılmaz vəziyyətdə qaldıqda Allahu-Əkbər qışqırın. 


 
121 
Özü əməliyyatlarda həmin zikrlə böyük qəhrəmanlıqlar 
yaradırdı. O deyirdi ki, bu zikrlə sizin Allaha təvəkkül və 
etimadınız çoxalır. 
1982-ci  ildə  yaralandığına  görə Tehrana  getdi.  Müslim 
ibn  Əqil  əməliyyatında  bizim  batalyonumuz  Miyantəng 
adlı  bir  bölgəni  ələ  keçirməli  idi.  Üç  bölük  bir 
istiqamətdən irəliləməli idik. 
Bizim  bölüyümüz  ortada  idi.  Bəzi  səbəblərə  görə 
komandirlər  bizim  bölüyümüzə  çox  da  güvənmir, 
məqsədlərimizə  nail  olacağımızı  düşünmürdülər.  Buna 
görə  sağ  və  solumuzdakı  bölüklərin  komandirləri  ilə 
danışdılar ki, öz bölgənizi azad edəndən sonra orta hissəni 
də təmizləyin. 
Döyüş başlandı. Biz minalanmış sahə ilə qarşılaşdıq və 
bir  neçə  şəhid  verdik.  Bizim  istiqamətimizdə  əməliyyat 
ağır  gedirdi.  Sağ  və  solumuzdakı  bölüklərin  vəziyyəti  də 
eyni idi. 
Biz  irəlilədik,  amma  qarşıda  düşmənin  pulemyot  və 
minomyot  səngərləri  yolumuzu  bağladı.  Onları  ələ 
keçirsəydik,  gerisində  problemimiz  olmayacaqdı,  lakin 
onlar güclü müqavimət göstərirdilər. 
Düşmənlə  məsafəmiz  20  metrdən  az  idi.  Biz  bir  neçə 
səngərdə sıxışıb qalmışdıq, başımızı qaldıra bilmirdik. 
Birdən İbrahimi, onun Allahu-Əkbər şüarını xatırladım. 
Öz-özümə  dedim  ki,  İbrahim  burada  olsaydı,  mütləq 
“Allahu-Əkbər”  qışqırıb  hücuma  keçərdi.  Biz  on-on  beş 
nəfər  idik.  Uşaqlara  dedim:  "Uşaqlar,  inamla  “Allahu-
Əkbər” qışqırın”. 
Hamımız ucadan qışqırmağa başladıq. 
Birdən  iraqlıların  pulemyotunun  səsi  kəsildi.  Birtəhər 
başımızı  qaldıranda  gördük  ki,  hamısı  təpədən  üzüaşağı 
qaçır. 


 
122 
Orta  səngərləri  təmizlədik,  az  sayımızla  və  Allahu-
Əkbərin  gücü  ilə  sol  istiqaməti  də  azad  etdik,  sonra  sağ 
tərəfə  keçdik.  Allahu-Əkbər  qışqıran  kimi  düşmən  dərhal 
geri çəkilirdi. Qələbəsinə heç bir ümid bəslənməyən bölük 
İbrahimin  öyrətdiyi  dərslə  digər  bölüklərin  tapşırıqlarını 
da yerinə yetirdi. 
*** 
Yadımdadır, əməliyyatlara gedəndə bacardığımız qədər 
silah-sursat  götürürdük.  İbrahim  isə  təxminən  silahsız 
gedirdi.  Onun  Allaha  qəribə  inamı  var  idi.  Səbəbi 
soruşanda deyirdi:  "Döyüş başlayanda kifayət  qədər silah 
tapacağıq". 
O  deyirdi:  "İlk  atəşlərdən  sonra  bəziləri  vurulub 
yıxılırlar  və  silahları  istifadəsiz  qalır.  O  vaxt  biz  götürüb 
istifadə  edərik.  Mən  silah  yerinə  başqa bir  şey  götürməyə 
çalışıram". 
Doğru deyirdi. Silahsız gəldiyini və döyüş başlayandan 
sonra  yerə  yıxılanların  silahlarını  götürdüyünü  dəfələrlə 
görmüşdüm. 


 
123 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin