Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə33/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   29   30   31   32   33   34   35   36   ...   67
Salam-olsun-İbrahimə-2

Cahanşah 
Əli Sadiqi 
Şəhər həyatından həftələrlə ayrı düşüb cəbhə şəraitində 
yaşamaq nisbətən ağır işdir. Bəzi dostlarımız belə mühitdə 
uzun  müddət  qala  bilmirdilər.  Yaxşı  yadımdadır,  bəzi 
döyüşçülər  bir  müddət  cəbhədə  qalandan  sonra 
depressiyaya və ya digər psixoloji xəstəliklərə düşürdülər. 
Belələrinin dərmanı kollektiv işlər idi. Bu işlər həm də 
psixoloji  xəstəliklərə  qarşı  profilaktik  tədbir  sayılırdı. 
Oyun  oynamaq,  zarafat  etmək  və  deyib-gülmək  bu 
baxımdan yaxşı təsir bağışlayırdı. 
İbrahim  bu  sahədə  usta  idi.  İbrahimin  və  digər 
dostlarının  zarafatları  hamını  güldürürdü.  Bekar  olanda 
həmişə kollektiv oyunlar keçirirdi. 
Bir  dəfə  korpusdakı  dostlarımız  cənubdan  Gilanqərbə 
gəldilər.  İbrahim  bəzi  dostlarla  birgə  onların  yanında 
oturmuşdu.  Oradan eşidilən  yeganə səs isə  gülüş səsi idi. 
Onlara  yaxınlaşanda  İbrahimə  dedim:  "Nə  iş  görürsən?!" 
Zarafata  dedi:  "Ağlamağımızı  istəyirsən?!"  Sonra  da  çox 
adi şəkildə ağlamağa başladı və gözlərindən yaş axdı. 
Bir 
gün 
Əndərzqu  dəstəsinin  döyüşçüləri  ilə 
oturmuşduq.  İranın  mərkəzi  şəhərlərindən  birinin  cümə 
imamı  döyüşçüləri  görməyə  gəlmişdi.  Günorta  idi.  O, 
dəstəmaz  almaq  üçün  üst  paltarlarını  çıxardı.  İbrahim 
dərhal icazə alıb onun paltarlarını geyindi və dostlarımızın 
birinə yaxınlaşıb diksindirdi. 
İbrahimin  yaxın  dostları  arasında  Kermanşahdan  bir 
nəfər var idi. Onların dostluğu maraqlı idi. 


 
105 
Boyu  təxminən  iki  metr  olardı,  özü  də  enlikürək  və 
bədənli gənc idi. Onu ilk dəfə İbrahimlə Kermanşaha Hacı 
ağa İslamini görməyə gedəndə görmüşdüm. 
İbrahim  onu  bizə  təqdim  edib  dedi:  "Ağa  Cahanşah 
bizim  dostlarımızdandır".  Cahanşahla  əl  görüşəndə 
İbrahim mənim arxamdan nə işarə verdisə, əlimi elə sıxdı 
ki, indi də yadıma düşəndə əlimin bütün sümükləri ağrıyır. 
Qışqırıb  əlimi  geri  çəkdim.  Bütün  barmaqlarım  bir-birinə 
yapışmışdı. 
Həmin  axşam  İbrahim,  Cahanşah,  Hacı  İslami  və  mən 
bir yerdə qaldıq. Bizə yeddi ədəd bişmiş toyuq və yumurta 
gətirdilər.  Biz  üçümüzə  bir  toyuq  yedik,  Cahanşah  isə 
təkbaşına  altı  toyuğu  çörəklə  yedi.  Şamdan  sonra  da  bir 
mürəbbə şüşəsi götürüb qaşıqlamağa başladı. 
Yavaşca  İbrahimə  dedim:  "Bu  dostun  nə  edir?!  Bu 
qədər yemək olar?!" 
İbrahim  çox  soyuqqanlılıqla  dedi:  "Bu  axşam  rahat 
yatmaq istəyir, ona görə həmişəkindən az yedi". 
Cahanşah  yeməkdən  sonra  jim  eləməyə  başladı, 
dostlarından biri də belində oturdu. Sanki o qədər  yemək 
yeməmişdi. 
Ertəsi gün oradan qayıtdıq. 
*** 
Bir  müddətdən  sonra  İbrahimlə  Kermanşaha  getdik. 
Xəbər gəldi ki, bir yerdə yerli sakinlərdən bir neçəsi ilə iki 
döyüşçü  arasında  mübahisə  yaranıb  və  dalaşmalarına  az 
qalıb. 
Sakinlərin  biri  dedi:  "Bizimkilər  ən  güclü  dostlarından 
birini gətirməyə gediblər". 
Çox  qorxdum.  Bilirdim  ki,  qarşıdurma  yaransa,  aranı 
sakitləşdirmək  çətin  olacaq.  İbrahimlə  özümüzü  oraya 
çatdırdıq. Bir qədər sonra sakinlərin bir qismi bir lotu ilə 


 
106 
bizim 
qərargahımıza 
dalaşmağa 
gəldilər. 
Onlar 
yaxınlaşdıqca  İbrahim  də  onlara  sarı  getdi  və  ucadan 
qışqırdı: "Cahanşaha eşq olsun!" Hamısından ucaboy olan 
Cahanşah yaxınlaşıb bizimlə görüşüb-öpüşdü.  
Sakinlər  mat-məəttəl  bizə  baxırdılar.  İbrahim  yerli 
sakinlərlə  bir-bir  əl  verdi,  görüşüb-öpüşdü.  Xülasə,  bu 
dostluq bir davanın sülhə çevrilməsinə səbəb oldu. 
Cahanşah  həmin  il  Tehrana  getdi  və  pis  bir  əməlinə 
görə həbs olundu. 
O,  həbsxanada  nəzarətçiyə  demişdi:  "Bu  qandalı 
qolumdan aç, biləyimi ağrıdır, yoxsa özüm açaram". 
Nəzarətçi  gülmüş,  Cahanşah  da  qollarını  aralayıb 
qandalı  qırmışdı.  O,  orada  qədim  ikitümənlik  metal  pulu 
da  məhbusların  gözü  önündə  əymişdi.  İnanın  ki,  ən 
güclülər yarışına çıxsaydı, birinci yeri tutardı. 
Növbəti  ildə  dostlarımız  Cahanşahın  avtomobil 
qəzasında  dünyadan  köçdüyünü  bildirdilər.  Mən  və  digər 
döyüşçü dostlar buna inanmadıq, zarafata dedik: "Adi bir 
maşın o boyda adamı öldürə bilməz". 
Dedilər:  "Təsadüfən,  Həmədan  magistralında  bir  TIR 
yük maşını ilə toqquşub". 


 
107 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin