Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə28/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   24   25   26   27   28   29   30   31   ...   67
Salam-olsun-İbrahimə-2

Dörd n
əfər 
Mürtəza Parsayian 
Bir çox döyüşçülər hesab edirlər ki, bizim müharibəmiz 
Bəni-Sədrin  gedişindən  sonra  müqəddəs  müdafiəyə 
çevrildi,  döyüşə  mənəviyyat  qatıldı,  dini  məsələlərə 
əhəmiyyət  verildi.  Lakin  mən  düşünürəm  ki,  biz 
müharibənin  ilk  günlərində  Sərpol  Zəhab  cəbhəsində 
İbrahimin sayəsində müqəddəs müdafiə həzzini yaşamağa 
başladıq.  İbrahim  şəraiti  uyğun  görən  kimi  Əhli-beytdən 
oxuyub döyüşçülərin mənəviyyatını gücləndirirdi. 
İlk  günlərdə  Sərpol  Zəhabda  Qırmızıdəsmallıların 
yerləşdiyi  evdə  komandirlərin  iclası  keçirildi.  İclasda 
adətən  Əsğər  Vüsali,  Əsğərin  müavini  Əli  Teymuri, 
İbrahim Hadi və pilot Şirudi iştirak edirdi. İclasdan sonra 
İbrahim məddahlıq edirdi, bütün şəxsi heyət toplaşıb onun 
gözəl səsini dinləyirdi. 
Bir  gün  Əsğər  məni  Əbuzər  qarnizonuna  göndərdi. 
Sərpol  Zəhaba  iclasa  gəlməsi  üçün  pilot  Şirudiyə  məktub 
apardım. Ağa Şirudi dedi: "Deyin ki, bizim dostumuz ağa 
İbrahim  mütləq  orada  olsun".  Dedim:  "Baş  üstə!  O  da 
iştirak edəcək". 
Günlər ötdü. İbrahimin mənəviyyatı şəxsi heyətə böyük 
təsir  edirdi.  Mənəviyyatının  zirvəsini  düşmənlə  rəftarda 
görürdük. Onun əsirlərlə rəftarı hamıya örnək idi. 
Yadımdadır,  elə  ilk  günlərdə  Kürəmuş  dağında  dörd 
əsir  tutduq.  Biz  şəhərin  əvvəlində  bir  evə  yerləşmişdik. 
İbrahimlə birgə onları evə gətirdik. Bir neçə gündən sonra 
Əbuzər qarnizonuna aparacaqdıq. Həyətdə dəmir qapılı bir 
otaq  vardı.  Uşaqlar  təklif  elədilər  ki,  əsirləri  oraya  salıb 
qapısını qıfıllayaq. 


 
87 
İbrahim  isə  qəbul  etməyib  dedi:  "Bunlar  bizim 
qonaqlarımızdır". 
Mən  dedim:  "Ağa  İbrahim,  nə  danışırsan?!  Bunlar 
müharibə əsirləridir, qaça bilərlər". 
İbrahim dedi: "Biz yaxşı davransaq, əmin ol ki, heç bir 
iş görməzlər". 
Əsirlərin  qollarını  açıb  evə  gətirdi,  süfrə  açdı.  Mən 
çörək  və  konserv  gətirdim.  Konservlər  az  idi.  İbrahimin 
təklifi ilə özümüz hər iki nəfərə bir konserv  yedik, əsirlər 
isə  hərəyə  birini.  Onlar  öz  yediklərimizdən  də  çoxunu 
onlara verdiklərimizi görür və başa düşürdülər. 
İki  gün  ötdü.  İbrahim  mənə  dedi:  "Hamamı  qızdır". 
Dediyini  etdim.  Dörd  dəst  alt  paltar  tapıb  əsirləri  bir-bir 
hamama  göndərdi.  Özü  həmin  gün  axşamüstü  Əbuzər 
qarnizonuna getdi. 
Bu  zaman  əsirləri  aparmağa  bir  maşın  gəldi.  Onlar 
ağlayır,  getmək  istəmir  və  tez-tez  İbrahimin  adını 
çəkirdilər.  Ratsiya  ilə  əlaqə  saxladım  və  İbrahim  qayıtdı. 
İraqlı  əsirlər  bir-bir  onunla  görüşüb-öpüşdülər  və 
sağollaşdılar.  Onlar  yalvarırdılar  ki,  İbrahimin  yanında 
qalsınlar, amma qanun buna icazə vermirdi. 
Maşına minəndən sonra da gözləri İbrahimdə idi, ondan 
ayrılmaq istəmirdilər. 
İbrahim bütün bu işləri ixlasla görürdü, heç vaxt özünü 
göstərmək  və  ya  sevdirmək  istəmirdi.  Onun  zahiri  və 
batini eyni idi. 
Həmin  əsirlərin  indi  harada  olduqlarını  bilmirəm, 
amma  şübhəm  yoxdur  ki,  daha  bizə  düşmən  kimi 
baxmırlar. 
*** 
Mən  çoxlu  şəhidlərlə  münasibətdə  olmuşam,  amma 
İbrahimə  bənzəyəni  az  görmüşəm.  Bəzilərində  İbrahimin 


 
88 
bir  çox  xüsusiyyətləri  vardı,  amma  onun  bütün 
xüsusiyyətlərini özündə cəmləyən birinə rast gəlməmişəm. 
İbrahim  hamını  sevirdi;  düşmən  əsirlərindən  tutmuş 
İranın ucqar bölgələrindən gəlmiş döyüşçülərə qədər. 
Bu  sevgi  formal  deyildi.  İbrahim  hamıya  sevərək 
xidmət  edirdi.  Bir  Allah  bəndəsinin  əziyyət  çəkdiyini 
görmək ona çox ağır idi. 
İbrahim  vəzifə  və  komandirlik  qəbul  etmirdi,  həmişə 
deyirdi:  "Dostların  biri  vəzifəni  qəbul  etsin,  biz  bütün 
gücümüzlə yanında olacağıq". 
*** 
İbrahimin mehriban qəlbi heyvanları da sevirdi. O hətta 
bir heyvanın da əziyyət çəkməsinə dözə bilmirdi. 
Bir gün  İbrahimlə birgə qərara gəldik ki, Gilanqərbdən 
Kermanşaha, oradan da Tehrana gedək. Bir mikroavtobusa 
minib Kermanşaha yola düşdük. 
Mikroavtobus  şəhərdən  çıxan  kimi  birdən  sürücü  sərt 
şəkildə əyləcə basdı və  maşına nəsə dəydi. Sürücü bir an 
dayandı, sonra hərəkətə başladı. Mikroavtobusumuz bir iti 
vurmuşdu.  İtin  ayağı  zədələnmişdi  və  axsaya-axsaya 
gedirdi. İbrahim sürücüyə dedi: "Saxla, görüm nə oldu". 
– Bir şey deyil, it idi. 
İbrahim ucadan dedi: "Saxla, enmək istəyirəm". 
Mikroavtobus  dayandı.  İbrahim  iki  nəfərin  gediş 
haqqını  verdi  və  biz  enib  itə  yaxınlaşdıq.  Zavallı  heyvan 
yeriyə bilmirdi. 
İbrahim yaxınlaşıb bir qədər ona baxdı. Sonra bir taxta 
parçası  götürdü,  yolun  kənarından  sellofan  tapıb  ayağına 
bağladı. Qısası, hətta o it də İbrahimin məhəbbətindən pay 
aldı. 


 
89 
Uzaqdan  bu  səhnəni  görən  yerli  kürdlərin  biri 
yaxınlaşıb  İbrahimə  tamaşa  etməyə  başladı.  Bundan  çox 
xoşu gəldi və ona təşəkkür etdi. 
İbrahim  ona  bir  qədər  pul  verib  dedi:  "Bu  zavallı 
heyvandan muğayat ol. İmkan olsa, ona bir az sümük tap". 
Bir 
qədər 
sonra 
İbrahimlə  birgə  başqa  bir 
mikroavtobusa mindik. 
Yolda  onun  işləri  haqda  fikirləşirdim.  O,  həqiqətən 
qəribə  şəxsiyyət  idi.  Bir  itə  görə  səfərini  gecikdirdi  və  o 
qədər əziyyət çəkdi. 
Sonralar heyvanlara sevgi haqda Peyğəmbərdən (s) belə 
bir  hədis  eşitdim:  "İtə  mərhəmət  göstərdiyinə  və  su 
verdiyinə görə bir qadının günahları bağışlandı". 


 
90 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin