Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə27/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   23   24   25   26   27   28   29   30   ...   67
Salam-olsun-İbrahimə-2

Azan 
Mürtəza Parsayian  
Qırmızıdəsmallılarla  birgə  Sərpol  Zəhaba  gələn  kimi 
İbrahimlə  rastlaşdım.  Əsğər  Vüsali  yaxınlaşıb  İbrahimi 
qucaqladı və sonra şəhərin vəziyyəti barədə söhbət etdilər. 
Şəhərdəki  çox  azsaylı  canlı  qüvvənin  idarəsi  Əsğərə 
tapşırıldı.  Əsğər  Qırmızıdəsmallılardan  əlavə  özü  ilə 
təxminən əlli kürd peşmərgəsi də gətirmişdi. 
Hələ  şəxsi  heyət  nizam-intizama  salınmamış  İraq 
ordusunun  bir  zirehli  briqadasının  və  bir  neçə  piyada 
batalyonunun Sərpola doğru gəldiyini eşitdik. 
Sərpol  Zəhabın  süqutu  Əbuzər  qarnizonunun  və 
Kermanşah  rayonunun  süqutu  demək  idi.  Onu  qorumaq 
olduqca vacib idi. 
Əsğər  dərhal  şəxsi  heyəti  həssas  bölgələrə  yerləşdirdi. 
Kürdüstanda  əldə  etdiyi  təcrübəyə  əsaslanaraq  düşmən 
tanklarının  şəhərə  yaxınlaşmasını  gözlədi.  Sonra  Əsğərin 
əmri  ilə  əlimizdəki  silahlarla  və  məhdud  imkanlarla 
hücuma keçdik. 
Yadımdan  çıxmaz,  İbrahim  səngərlərin  birindən 
dayanmadan qumbara atırdı. 
Döyüşçülərin  qəhrəmanlığı  nəticəsində  İraq  ordusu 
Sərpol  Zəhabdan  geri  çəkilməyə  məcbur  oldu,  amma 
onların  artilleriyası  bizim  mövqelərimizi  dayanmadan 
bombalayırdı. 
Bir  çox  döyüşçülərin  qorxduğu  o  şəraitdə  İbrahim 
hamını ruhlandırırdı. 
Günorta mənə dedi: "Mən dama çıxıram". 
Şəhərin  girişində  bir  evin  damına  çıxdı.  Düşmənlə 
məsafəsi  çox  deyildi.  Sonra  səyyar  meyvəsatanların 


 
84 
səsucaldanına  bənzər  bir  səsucaldanı  ağzına  yaxınlaşdırıb 
azan verməyə başladı.  
Səsi  bütün  bölgəyə  yayıldı.  İbrahimin  azanı  ən  çox  öz 
döyüşçülərimizə müsbət təsir edirdi. Onlar bu mənəvi səsi 
eşidib ruhlanırdılar. Əlbəttə, İbrahim həmişə və hər yerdə 
azan  verirdi.  Hər  azan  verəndə  də  Əsğər  Vüsali  deyirdi: 
"Afərin! Afərin! Bu, döyüşçülərimizi yaxşı ruhlandırır". 
Həmin gün İbrahim azan verəndə düşmən topxanasının 
atəşi  gücləndi.  Bəziləri  dilləndilər  ki,  İbrahim,  indi  azan 
vaxtı deyil. O isə azanını sona çatdırdı. 
Yadımdadır,  Kürdüstanda  inqilab  düşmənlərinin 
mühasirəsinə düşəndə də azan vermişdi. Hər tərəfdən atəşə 
məruz qalanda və mənim kimi bir yeniyetmə tir-tir əsəndə 
İbrahim  dama  çıxıb  səsucaldanla  azan  verirdi.  O  azanın 
şəxsi heyəti necə ruhlandırdığını təsəvvür edə bilməzsiniz. 
Hətta  inqilab  düşmənləri  də  təəccübləndilər.  Onlar  bizim 
ruhdan  düşdüyümüzü  və  tezliklə  təslim  olacağımızı  zənn 
edirdilər.  Lakin  düz  qarşılarından  belə  gözəl  azan  səsinin 
gəlməsi düşmən təzyiqinin azalmasına səbəb oldu. 
Həmin  gün  düşmən  Sərpol  Zəhaba  da  hər  tərəfdən 
hücuma  keçmişdi.  Şəhərə  nəzarət  edən  yüksəkliklər 
düşmənin  əlində  idi.  Onlar  bu  mövqelərdən  istifadə  edib 
şəhəri dəqiq atəşə tuturdular. 
Belə bir şəraitdə İbrahim gündə üç dəfə hündür bir yerə 
çıxıb  azan  verirdi.  O,  hər  azan  verəndə  düşmənin  atəşi 
güclənirdi. Onlar azan səsindən qorxurdular. 
Yadımdadır, bir gün Əsğər Vüsali, İbrahim və başqa bir 
neçə nəfərlə oturmuşduq. Bir nəfər İbrahimə etirazla dedi: 
"Nə  üçün  hər  bir  şəraitdə,  hətta  mühasirəyə  düşdükdə  də 
azan verirsən; özü də ucadan və düşmənin qarşısında?" 
Bu sual çoxlarını düşündürürdü, amma verməyə cəsarət 
etmirdilər. Hamı cavab gözləyirdi. 


 
85 
İbrahim bir qədər fikirləşib yalnız bir neçə cümlə dedi 
və bununla hamı cavabını aldı. 
–  Məgər  İmam  Hüseyn  (ə)  Kərbəlada  mühasirədə 
deyildi?!  Nə  üçün  azan  verdi  və  düz  düşmənin  önündə 
namaz qıldı? 
Bir  qədər  dayanıb  əlavə  etdi:  "Biz  düşmənlə  azana  və 
namaza görə vuruşuruq". 


 
86 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin