Toyota
Abbas Hadi
İnqilabın əvvəlləri idi, hələ müharibə başlamamışdı.
İbrahim bir dövlət idarəsində işləyirdi. Mən də bir müddət
idi Teleradio şirkətinin mühafizə xidmətində çalışırdım.
Biz o zaman Ziba xiyabanında, Məhəmmədi məscidinin
yaxınlığında yaşayırdıq. Bir gün axşamüstü küçədə
dayanmışdım. Birdən İbrahimin gəldiyini gördüm. Onun
bu gəlişi çox fərqli idi; bahalı bir avtomobillə gəlirdi.
Ağ rəngli yeni toyota avtomobilini evin önündə saxladı.
Təəccübdən ağzım açıq qalmışdı. Yaxınlaşıb dedim: "Nə
gözəl maşındır! Haradandır? Neçəyə aldın?”
Maşının qapılarını bağlayıb evə girdi.
Onun ardınca gedib hamının yanında maşınını
tərifləməyə başladım. Sonra dedim: "Açarı ver, bir az
sürüm".
İbrahim sakit qalmışdı, heç nə demirdi. Bir qədər sonra
dilləndi: "Yox, bu maşın bizə yaramaz. Qorxuram ki, bizi
yıxar".
– Məgər motosikletdir ki, yıxılasan?!
Sözlərini yenidən təkrarlayıb dedi: "Bu maşın da bizi
yıxa, bizi hər şeydən uzaqlaşdıra bilər: Allahdan,
xalqdan... Günü sabah başqasına verəcəyəm”.
– Kimə? Bunu haradan almısan?
– Alim ağaların biri idarədə hədiyyə verdi, amma
mənim işimə yaramaz.
– Eybi yoxdur, qoy qalsın, mən istifadə edərəm. Ən azı,
anam və uşaqlar bir yerə getmək istəyəndə...
– Yox, bizə yaramaz.
64
Ertəsi gün işə maşınsız getdi. Axşamüstü qapının
zənginə çıxdım. Qapının ağzında bir kişi dayanmışdı.
Salamlaşandan sonra maşına baxa-baxa dedi: "Maşının
açarını almağa gəlmişəm. Bura ağa Hadigilin evidir,
düzdürmü?"
Təəccüblə dedim: "Bəli. Siz kimsiniz?"
– Məni ağa İbrahim göndərib. Siz də Abbas ağa
olmalısınız.
Verdiyi əlamətlərdən əmin olub açarı verdim. O da
maşınla getdi. Həmin axşam İbrahimlə çox danışdım.
Dedim ki, nə üçün özünə bir şey saxlamırsan, əlinə nə
düşür, bağışlayırsan?! Sənin də gələcəyin var, ailən var...
Adəti üzrə gülümsəyirdi. Mənə yalnız bir cümlə dedi:
"O maşının getməyi çox yaxşı oldu".
Gördüyü işlərin doğruluğuna əmin idi. Bilirdi ki,
cəmiyyətdən, xalqın arasından çıxıb sonradan dəbdəbəli
həyat tərzinə qurşananlar belə işlərdən başlayıblar; əvvəlcə
bahalı maşın, böyük ev...
Ertəsi
gün
dostu
Hüseyn
Cahanbəxşin
köhnə
avtomobilini alıb qapının önündə saxladı və dedi: "Bu da
maşın. Bir yerə getmək istəsən, maşın var".
Mən köhnə maşına etinasızlıqla həyətə girdim.
|