Mübrizələrdə keçən ömür
Seyid Cəfər Pişəvəri
Son iyirmi ilə yaxın dövrdə dünyda baş verən əsaslı siyasi dəyişikliklər
tariximizin, eləcə də mədəni dəyərlərin bir sıra problemlərinə məlum ideoloji yasaqlar
aradan qalxdığı üçün onlara yenidən baxmağa şərait yaranmışdır. Sovet-rus imperiyası
dağıldıqdan sonra dünya xəritəsində siyasi mənzərə dəyişmiş, xalqlar, xüsusilə türk
xalqları milli-mənəvi dəyərlərini yenidən öyrənib tədqiq etməyə, obyektiv meyarları,
vətənpərvərliklə təkmilləşdirib zənginləşdirməyə başlamış, bu gün də davam etdirirlər.
Hər bir xalqın maddi-mənəvi dəyərləri sırasında onun tarixi, ədəbiyyatı xüsusi yer
tutur. Millətin iqtisadi, siyasi, sosioloji, estetik xarakteristikasını verən başlıca
amillərdən biri onun tarixi və ədəbiyyatıdır.
Xalqın həyat salnaməsi, mübarizə yolu, inkişaf prosesi, milli ləyaqəti,
qəhrəmanlığı, istiqlaliyyəti, faciələri, savaşları haqqında zəngin məlumat verən onun
tarixidir. Xalqın tarixində görkəmli şəxsiyyətlərin oynadığı rol araşdırılmış və yenə də
tədqiqi ekspedisiyalar davam edir. Bu baxımdan tariximizin, ədəbiyyatımızın Qüzey
Azərbaycan qolu geniş miqyasda araşdırılsa da, Güney Azərbaycan qolu təəssüflə
qeyd edək ki, ideoloji qadağalar və uzun illər əlaqələrin zəif inkişafı səbəbindən kifayət
qədər öyrənilib nəşr edilməmişdir. Tədqiqatlara da dövrün tələnbindən doğan
sosializmin, bolşevizmin “ruhu” süni surətdə hopdurulmuşdur. Bu gün həmin tarixi
170
hadisələrə,şəxsiyyətlərə istiqlal ziyalı ilə qiymət verməyin şükürlər ki, vaxtı çatıb və
tədqiqatçı alimləri- miz də buna əməl edirlər.
Bu günlərdə tarixi həqiqətlərin,obyektiv elmi mülahizə və araşdırma-ların
ziyasından doğan bir əsər işıq üzü görüb.
“Seyid Cəfər Pişəvəri” adlanan monaqrafiyanın müəllifi Azərbaycan MEA-sı
Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, görkəmli
cənubşünas alim Əkrəm Rəhimlidir (Bije). “Nurlar” nəşriyyatında yüksək bədii
tərtibatla, beynəlxalq poliqrafik yaraşıqla çap olunan “Mübarizə burulğanında keçən
ömür: Seyid Cəfər Pişəvəri” kitabının elmi redoktorları professorlar Şövkət Tağıyeva və
Cəlil Həsənli, rəyçiləri akademik Teymur Bünyadov,professor Musa Qasımlı və bu
sətirlərin müəllifidir.
Kitabda İranın və Güney Azərbaycanın, eləcə də Qüzeyin mütəfəkkir-ziyalısı,
inqilabçı demokratı, görkəmli ictimai-siyasi dövlət xadimi S.C.Pişəvərinin həyatından
və mübarizəsindən geniş şəkildə bəhs edilir. Çoxsaylı mənbələr və sənədlər əsasında
S.C.Pişəvərinin 55 illik həyatın-dan səhifələr, Güneydəki milli-demokratik hərəkatda
onun xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonrakı həyatının son günləri
tədqiq və təhlil olunur.
Pişəvərinin ədəbi-bədii yaradıcılığı geniş tədqiq olunsa da, ictimai-siyasi
fəaliyyəti ilk dəfədir ki, fundamental şəkildə görkəmli cənubşünas alim Əkrəm
Rəhimlinin monoqrafiyasında araşdırılır. “Mübaizə burulğanında
keçən ömür:
S.C.Pişəvəri” adlanan kitabında siyasi xadimin gənclik illərindən tutmuş ictimai
fəaliyyətinin bütün dönəmləri, Milli Hökumətin yaranmasından süqutuna qədərki dövr,
bir daha müəmmalı ölümü, onun haqqında xatirələr, eləsə də Pişəvərinin səhvləri
ehtiramla nəzərdən keçirilmişdir.
Əkrəm Bije tədqiqatda çoxsaylı mənbələrdən istifadə etmişdir. Fars dilini
mükəmməl bilməsi şərqşünqas alimin bu gərgin, ağır işdə köməyinə gəlmişdir.
Cənubşünas alim Ə.Rəhimli özündən əvvəlki pişəvərişünasların əməyinə
ehtiramla yanaşmış, onların heç birini nəzərdən qaçırmamışdır.
171
Mən deyirəm ki, Pişəvərinin ictimai-siyasi fəaliyyəti haqqında yazılmış ən
fundamental, dəyərli, əhatəli əsər haqqında danışdığımız bu monoqrafiyadır. Sevindirici
odur ki, Pişəvəriyə atılan böhtan, ləkə və onun fəaliyyəti ilə bağlı təhriflərə Ə.Bije
aydınlıq gətirərək onların əsas- sızlığını sübuta yetirmişdir.
M.C.Pişəvəri irsinə, şəxsiyyətinə məhəbbət və ehtiramdan doğan bu kitabda
müəllif məqsədinə yüksək səviyədə nail olmuşdur.
M.C.Pişəvərinin uşaqlıq və gənclik illərindən tutmuş ömrünün sonunadək
ictimai-siyasi və ədəbi–bədii ideallarına sadiq qalması,müa-sirləri ilə yaradıcılıq
əlaqələri tarixi faktlara istinadən izah olunur. Göstərilir ki, vəzifə, amal və idealından
asılı olmnayaraq hər bir insanın həyatı-bioqrafiyası, gördüyü işlər, iştirakçısı olduğu
hadisələr, yaratdığı əsərlər ədəbi, təsviri, tətbiqi və ya musiqi sənət əsəri olub-olmaması
əsas deyil, ümumilikdə xalqın tarixinin müəyyən dövrü,mədəniyyət salnaməsinin
müəyyən səhifələri, ictimai-siyasi-fəlsəfi bədii fikrinin inkişafı mərhələsi ilə əlaqəlidir.
Bu baxımdan diqqət veriləndə hər bir sənətkarın dünyagörüşü və əqidəsinin, həyat
qayəsinin yaranıb formalaşmasında onun doğulub böyüdüyü, fəaliyyətə başladığı
mühitin, tarixi-ictimai-iqtisadi dövrün böyük, daha dəqiq desək, həlledici təsiri hiss
olunur. Dünyagörü-şü və həyata münasibətin formalaşmasında, fəaliyyət sahəsi peşə
seçilmə-sində mühit istiqamətverici faktor kimi əhəmiyətli rol oynayır, doğulub
böyüdüyü ailənin iqtisadi durumu, onunla ünsiyyətdə olanların əqidə və məslək
bütövlüyü, həyat idealı güclü təsir göstərir. Həmin şəxsin əhatə olunduğu, onun
ailəsinin də tərkib hissəsi olduğu mikro və makro mühit
ümumiyyətlə əqidə, əxlaq,mənəviyyat və həyat amalı üçün qaynaq, vasitə və
mənbə kimi mühüm rola malikdir. Bunu bəşər tarixində özünəməxsus yer tutan
şəxsiyyətlərin ömür yolu, həyat səhifələri təsdiqləyir. Belə tarixi şəxsiyyətlər sırasında
görkəmli siyasi və ictimai xadim olmaqla yanaşı, həm də gözəl alim, qüdrətli publisist,
istedadlı yazıçı M.C.Pişəvərinin özünəməxsus yeri vardır.
172
Kitabda M.C. Pişəvərinin bioqrafiyasını əks etdirən səhifələri vərəqlədikcə bir
daha aydın olur ki, Qüzey Azərbaycanına üz tutan soydaşlarımızın həyatı burada da xoş
keçməmişdir.
Güney Azərbaycanında dünyaya göz açan Mir Cəfər 13 yaşında olarkən dövrün
iqtisadi, ictimai bəlalrı onun ailəsini də Bakıya köçməyə məcbur etmişdi. O, Qüzey
Azərbaycanında təhsilini davam etdirməklə yanaşı, işləməyə başlamış, siyasi fəaliyyət
meydanına atılmışdır. Iran Sosial Demokrat Partiyasının Qafqazdakı təşkilatlarında
fəaliyyət göstərən M.C.Pişəvəri elə burada mətbuat aləminə qədəm qoymuş,
“Azərbaycan cüzi layənfəkki İran”, “Hürriyyət” qəzetlərində müxbir və redaktor kimi
çalışmışdılr. O, eyni zamanda iranlıların “İttihad” mədrəsəsində müəllimlik etmişdir.
1920-ci ildə İrana qayıdan Pişəvəri demokratik hərəkatın genişlənməsində fəallıq
göstərmiş, Gilan Respublikasının xari-ci işlər naziri işəmiş, İran Kommunist
Partiyasının qurultayında iştirak etmiş, “Həqiqət” qəzetinin nəşrinə də nail olmuşdur.
Irana qayıtdıqdan sonra həbs edilərək 11 il Qəsri-Qacar zindanında yatmış, 1941-ci ildə
Rza xan diktatorluğu süqut etdikdən sonra həbsdən azad edsilmişdir. Bundan sonra daha
əzm və qətiyyətlə siyasi mübarizə meydanına atılmış, “Ajir” qəzetinin nəşrinə
başlamış, “Mətbuatın azadlıq cəbhəsi” adlı leqal təşkilatın işini canlandırmış,
Azərbaycan Demokrat Firqəsini yaradaraq ona rəhbərlik etmiş, Azərbaycan Milli
Hökümətinin baş naziri olmuşdur. Bütün bunlarla yanaşı, M.C.Pişəvəri ədəbi tənqidlə
məşğul olmuş, hekayələr yazmış, ictimai-siyasi publisistikanın gözəl nümunələrini
qələmə almış, tərcüməçilik bacarığını nümayiş etdirmişdir. Azərbaycanda inqilabi
hərəkat tarixinin salnaməsi üçün mənbə, qaynaq rolu oynayan məqalə və xatirələr
yazmış, tarixi məruzə və nitqlər söyləmişdir. Qısa, lakin Azərbaycan xalqının
mübarizələr və dövlət quruculuğu tarixi, mədəniyyətinin inkişafı salnaməsi ilə sıx bağlı
olan bir ömür yaşamış, bütün varlığı ilə Azərbaycana, onun sabahı və gələcəyinə bağlı
olmuşdur. M.C.Pişəvəri 1947-ci ildə müəmmalı şəkildə avtomobil qəzasına düşüb
dünya-sını dəyişmişdir. Onun adı və fəaliyyəti bir neçə il diqqətdən kənarda qalmışdır.
173
80-cı illərdən etibarən onun əsərlərinin toplanılıb tərcümə olunmasına başlanılmış, nəşr
edilmişdir.
Monoqrafiyada M.C.Pişəvərinin bioqrafiyasının ən xırda detalları belə ilə öz
əksini tapmışdır. Bülbülə, Xırdalan, Buzovna həyatın-dan tutmuş Bakının
mərkəzindəki-Xaqani küçəsindəki mənzildə keçən günləri də işıqlandırılıb. Haqqında
görkəmli şair, yazıçı və məsləkdaşlarının xatirələri də buraya daxil edilib. Bir daha
“Qəza, ya qəsd” başlıqlı bölümdə ölümünə münasibət bildirilərək aydınlıq gətirilib.
Kitabı oxunaqlı, maraqlı edən, ona təravət verən amillərdən biri də Seyid Cəfərin
ömür yolunu əks etdirən fotoşəkillərdən ibarət albomdur.
Təvazökarlıqdan uzaq olsa da mən ilk Pişəvərişünaslardanam. M.C.Pişəvəriyə
məxsus ilk kitabın və doktorluq dissertasiyasının, eləcə də rusca monaqrafiyanın
müəllifiyəm. Müəllif tədqiqatçı zəhmətimə ehtiramla yanaşıb, böyük qiymət verib.
Halal insan olan Ə.Rəhimliyə bu diqqətinə görə təşəkkür edirəm. Kitabın capını
səbrsizliklə gözləyirdim.
Tez-tez ustada zəng vurub maraqlanırdım. Deyirdi ki, məndən çox sən
narahatsan. Mən də bildirdim ki, ay Əkrəm müəllim, ömrümün 15 ili Pişəvəriyə həsr
olunub. Cəddinə qurban olduğum Seyid Cəfər mənə çox doğmadır, özümü onun
əqrəbası, varisi hesab eləyirəm. Qoy onun haqqında çox yazılsın, çap olunsun,
unudulmasın. Adına küçəni götürdülər, Allah insaf versin, bu adı qaytarsınlar. Bircə
adını danmayan gimnaziya var, ona toxunmasınlar, Allah qorusun.
Kitabı maliyyələşdirən insanlar da sağ olsunlar. Bu Vətənə xidmətdir.
Müəllifin dili də ürəyəyatandır. Deyərdim elmi üslubda yazılan bu əsərdən bədii
uslub, bədii ruh da yan qaçmayıb. Orijinal üslub, vətəndaş qeyrəti, millət yanğısı, həsrət
duyğusu, azəri qələmi, türk qəlbilə yazılan bu monoqrafiyaya görə Ə.Rəhimliyə
cənubluların öz təbirincə deyirəm: - “Əllərin ağrımasın, yorulmayasan”... Şahanə bir
əsər yaratmısınız, ustad...
|