Vaqif Qurbanov,
Pedaqoji elmlər namizədi, dosent
Şamil Vəliyev – 50
Hələ bunlar nədir ki...
Mən Şamillə tələbəlik dostuyam. Pedoqoji universitetin filologiya fakültəsində
eyni dövrdə oxumuşuq. Şamil məndən yuxarı kursda idi. Amma 3 illik yaş və kurs
fərqinə baxmayaraq, dostlaşmışdıq. Şamilin 50 yaşı olur, dostluğumuzun 30. Bu 30 ildə
bədnəzərdən uzaq,göz dəyməsin bir dəfə də bir-birindən inciməmişik,yəqin inşallah
Allah verən ömrün qalan payında da incimərik.
5
Eyni dövrdə aspiranturada oxuyurduq, mən rəhmətlik Xeyrulla Məmmədovun
aspirantı idim, Şamil – Kamal Talıbzadənin. Indi istəməsin, Xeyrulla müəllim də, hamı
kimi, Şamilin xətrini çox istəyirdi. Çünki, Şamil istəməli oğlandır. Bu istəyi o, öz
mədəniyyəti, kübarlığı, elmi, savadı, mərhəməti və mehribanlığı ilə qazanıb.
Səhərdən axşamacan Axundov kitabxanasında dissertasiyamız üçün material
toplayırdıq. Kitabxana açılanda ora girir, bağlananda oradan çıxırdıq. Yay ayları
bulvarda ədəbi söhbətlər eləyə-eləyə dənizkənarı parkı o baş, bu baş eləyəndən sonra
masa ətrafında dincimizi alaraq çay nuş edərdik.
Şamil elə həmin söhbətlərdə öz intellekti, bədii təfəkkürü, poetik düşüncələri ilə
diqqəti cəlb eləyirdi.
Elə beləcə elm yollarında qədəmlərini atan Şamil akademik Kamal Talıbzadə
məktəbində yetişərək peşəkar, nüfuzlu, istedadlı ədəbiyyatşünas alim kimi özünü elmi-
ədəbi ictimaiyyətə tanıtdırdı.
Şamilin məndə üç kitabı var: ”XX əsr Azərbaycan ədəbi tənqidində poeziya
problemləri(1895-1917)”, “Fyuzat ədəbi məktəbi” və “Nizaməddin Şəmsizadə haqında
– Azərbaycanşünas alim”. Hər üç əsər elmi-nəzəri kamilliyi,problemin həlli, orijinal
üslubu ilə diqqəti cəlb edir. Şamil Vəliyev faktoqrar alimdir. Bütün elmi müddəalarda
faktlara söykənir. Onun araşdırmalarında sözcülük və çürükçülük yoxdur. Şamil ildə
say artırmaq üçün kitab sərgiləyən müəlliflərdən deyil. Müasir aforizimlə desək: ”Az
yazır, saz yazır”. Sadaladığımız üç əsərdən birincisində Azərbaycan ictimai-mədəni və
bədii fikrinin inkişafında əhəmiyyətli mərhələ təşkil edən XX əsin əvvəlləri haqqında
mükəmməl elmi-nəzəri təsəvvür yaradılması üçün həmin dövr ədəbi tənqidinin
sənətkarlıq xüsusiyyətlərini araşdırır. Istedadlı alim bu monaqrafiyqada ədəbi tənqidin
axtarışları, klassik ədəbi irs və müasirlik, bədii sənətkarlıq, novatorluq meyİlləri, klassik
poeziyada qəhrəman, bədii dil və uslub məsələləri, yeni şeirin ideya prinsipləri, satirik
və lirik qəhrəman tipinin yüksəlişi, forma və məzmun axtarışı, romantik qəhrəman
haqqında düşüncənin meydana gəlməsi, dünya poeziyasından bəhrələnmə səpgisində
işıqlandırır.
6
Əsərin redaktoru akademik Kamal Talıbzadə “Ön söz”də monoqrafiyanın elmi
məziyyətləri haqqında fikirlərini belə yekunlaşdırır: ”Ümumiyyətlə, tənqid tarixi və
nəzəriyyəsi ilə bağlı yazılan əsərlərdə fikir aydınlığı, intuiktiv dərk gücü, subyektiv
mülahizələr, poetika doğuracaq məntiq məqamları, obrazlı düşüncə tərzi, aydın,
anlaşıqlı təhkiyə və sakit, mülayim intonasiya və s.çox qiymətləndirilir. Bütün bu
cəhətlərin Şamil Vəliyevin əsərində olması onun istedadına dəlalət edir və Azərbaycan
ədəbiyyatşünaslığına, elmi-nəzəri fikir dünyasına zəhmətkeş bir alimin gəldiyini
təsdiqləyir. Onun gələcəkdə də diqqətəlayiq əsərlər yazacağına böyük ümidlər bəsləyir,
imzasının ümumxalq rəğbəti və elmi şöhrət qazanacağına inaniram”.
Ustadının, böyük alimin Şamilə, onun yaradıcılığına verdiyi qiymət, arzuladığı
yol özünü doğrultdu. Şamil Vəliyev ustadının xeyir-duasındakı məqamlara yetişdi; elmi
şöhrət də tapdı, ümumxalq rəğbəti də.
Uzun illər televiziyada “Qaynaqlar” verilişinin müəllifi və aparıcısı oldu. Ədəbi
irsimizinn təbliğində qələmi ilə bərabər, ekrandakı çıxışları ilə də xalqa xidmət göstərdi
və göstərir də.
Oxuculara məlumdur ki, bədii yaradıcılığım, elmi fəaliyyətimlə bərabər, uzun
illər televiziyada çalışmışam. Həmin illərdə elə gün yox idi ki, Şamil mənə baş
çəkməsin. Mütəmadi olaraq televiziyaya gələn dostum mütləq məni “yoluxurdu”. Artıq
redaksiya işçiləri onu öz həmkarları hesab edirdi. Mehribanlığı, səmimiyyəti, söhbətləri
ilə hamının məhəbbətini qazanmışdı. Mən həmişə deyirdim ki, Şamil, bax, yaddan
çıxartma ha,təxəllüsünü mən vermişəm. Gülüşürdük. Həqiqətən bir gün mən ona dedim
ki, bu “ovu” at, qurtar rus familyasından. Şamil dedi bəs nə eləyim? “Vəlili” yaxşı
çıxmır axı. Dedim, kəndinizin adı nədir? Dedi: - Körpülü. Dedim əla: Şamil Vəli
Körpülü. Türkiyədə alim var, Köprülü, sən də ol Körpülü. İki türk alimi bir təxəllüslə.
Bir səsdəyişməsi var. Eləcə qardaşım mənim sözümlə oldu Körpülü.
Bir gün mənə utana-utana dedi ki, şeirlər yazıram, bir bax. Heç kimə demə. Alıb
oxudum. Dedim, əla yazırsan. Bunlara musiqi bəstələnməlidir. Şamili apardım
Mirməmmədlilərgilə. Rəhmətlik Hikmət və xanımı Nailə Mirməmmədli də şamil
7
Körpülünün sözlərinə bir neçə nəğmə qoşdular. Populyar müğənnilərimiz ifa elədilər.
Mən də həmin mahnıları bir yerə yığıb bir konsert çəkdirdim və adıni qoydum: “Musiqi
proqramı, sözləri Şamil Körpülünündür”. Alim qardaşım oldu həm də nəğməkar şair.
Yenə qayıtmaq istəyirəm,musiqi dili ilə desək modulyasiya edirəm onun
yaradıcılığına. Şamilin şah əsəri “Fyuzat ədəbi məktəbi”dir. 70 il haqsız lənətlənən,
pantürkist bir mətbu orqan, ədəbi məktəb kimi tənqid olunan bir mövzunu Şamil
diriltdi”. Şamil Vəliyevin bu əsəri ərsəyə gətirməsi həm mövzunun ədəbi bəraət
almasına,həm də türkçülüyə, milli idealogiyamıza, Azərbaycançılığa böyük xidmətdir.
Əsərdə Fyuzat ədəbi məktəbinin təşəkkülü və inkişaf mənzərəsi
mollanəsrəddinçilərlə qarşılıqlı münasibətdə, həmçinin ümumilli inkişaf çərçivəsində
işıqlandırılır. Fyuzatçıların ideya-estetik konsepsiya formalaşdırması, klassik irs və
çağdaş ədəbi proseslə əlaqədar tədqiqatları, bədii poetika xüsusiyyətləri araşdırlır.
Onların mövqeyi və ictimai-siyasi mücadiləsi Türkiyə, İran, Rusiya, Almaniya, Fransa
və s. məmləkətlərlə ədəbi ilişgilər əhatəsində, səhnəsində aydınlaşdırılır. Fyuzatçıların
dünya romantizmi, demokratik tənzimatçılıq, məşrutə hərəkatından bəhrələnərək AXC-
nin ideoloji kursunu müəyyənləşdirməsi arxiv materialları, ədəbi-tarixi fakt və
məsələlərə söykənərək araşdırmaya cəlb olunub. “İnamla deyirəm ki, Şamilin əsəri
ölkəmizdə sivil xalq, bütöv Vətən, müstəqil dövlət, azad cəmiyyət uğrunda mübarizə
aparan həmvətənlərimiz və intellektual çevrənin adamları üçün qiymətli mənbə rolunu
oynayacaqdır” (akad.K.Talıbzadə).
Fevral ayının 22-si əziz dostumun 50 yaşı tamam olur. Ömrünün yetginlik
çağında olan alim qardaşım balaları Turalla Günelin toyunu görsün! Övladları Vətənə
layiq övlad olsunlar inşaallah!
Şamil Vəliyev filologiya elmləri doktoru, professordur. BDU-da “Mətbuat
tarixi”kafedrasının müdiri, Nizamı adına Ədəbiyyat İnstitunda baş elmi işçidir. Bu
yaxınlarda BDU-nun yubileyi ilə əlaqədar “Əməkdar jurnalist” adına layiq görülüb.
Müşfiq demişkən: “Hələ bunlar nədir ki...”
8
Şamil, arzu da real olsun gərək, sənə yüz yox,hələlik 80 il ömür arzulayıram! O
gün olsun, yubileylərini həm doğma Qarabağımızda, həm də Qərbi Azərbaycanda, sənin
doğma Körpülündə qeyd eləyək!
03.02.2010
Dostları ilə paylaş: |