S.C.Pişəvəri haqqında xatirələr
(Kərim Kəşavərz “Buxara” jurnalı , №2000, 1378-ci il (1997))
Cənab Əli Dehbaşi.
Xatirələr kitabından ki, ümid edirəm nəşr olunacaq bir qismi ki, Pişəvəriyə aiddir
nizin üçün göndərirəm. Mərhum Kərim Kəşavərzin Pişəvəriylə xüsusi əlaqəsi var idi.
Pişəvəri haqqında onun söhbətləri əvvəlcə şadlıqla başlanırdı, vəli axırda qəmlə, kədərlə
qurtarırdı. Sözsüz o düşünürdü ki, Pişəvərinin fərdi şəxsiyyəti - Bəhmən Kəşavərzinin
təbiriylə desək, bu səbəbdən ki, Azərbaycan demokrat firqəsinin fəaliyyəti yaxşı
tanınmamışdır.
Bunu da əlavə edək ki, xatirələr dördüncü dəftərdən sonra əvvəli mərhum
Kəşavərz tərəfindən lentə alınır, sonra mənim vasitəmlə, onun öz iştirakı ilə dəftərə
qeyd edilir. Belə ki, buradakı ibarələr və cümlələr çünki şifahidir. Bu cümlələr və
ibarələr həmin dəftərdəkindən fərqlidir. Mərhum Kəşavərz bir dəfə mənə dedi ki,
yazmaq mənim üçün danış-maqdan rahətdir.
Nemət Laneyi.
S.C.Pişəvərini mən Gilan inqilabi dövründən tanıyırdım. O zamandan ki, o ədalət
yolunu tutdu ədalətsizliyi, zülmü rədd etdi, dəfələrlə daş imarətin eyvanından və ya
giləklər demişkən daş imarətdən insanların toplaşdıqları yerdə irad etdi : O, oradakı
58
ağaların əksinə olaraq ədalətdən danışdı və fars dilini ordakılardan yaxşı bilirdi. Yenə
də mənim onunla tanışlıgım Gilanda oldu. O zamandan ki, mən onlarla həmkarlıq
etməyi qəqaqa aldım və sonradan bu həmkarlar aydınlaşdı və davam elədi ta Təbriz
məclisinin dördüncü seçkilərinə qədər.
Mən dedim ki, mənim qəzetçi (və ya jurnalist) təcrübəm var idi və Gilan
inqilabında da ki, adı Seyid Cəfər Cavadzadə idi və sonralar Pişəvəri kimi məşhurlaşdı,
ondan çox şey öyrəndim.
Biz “Ajir”də həqiqətən çox mülayim bir şəraitdə yaşayır və yuxarıdan getnirdik.
Hətta müəyyən qədər yol gedənlərdən ehtiyay edirdik. Bəzi cavanlar ki, hay-küy
salırdılar, onlardan uzaq gəzirdik. Bəzi ətrafda olan adamlar “Ajir” qəzetini ağıllı qəzet
kimi tanıyırdılar. Bu qəzetin satışı çox deyildi. Səbəbi də bu idi ki, məncə bir həmkarlar
təşkilatı və ya buna bənzər bir dəstə qəzet satanlardan idi, və ya mövcud idi. Onun da
rəisi ki, adını unutmuşam onun rəisi daxili işlər idarəsində Abbas Məsudi idi o da
itilaata tabe idi və qəzet ki, o deyirdi onu satışa buraxırdılar. Və müxtəlif şöbələrə
bölüşdürürdülər. O qəzet ki, Məsudi onunla müxalif idi necə deyərlər başından
vururdu. Biz “Ajir” qəzetçiləri eyni zamanda Hizb Tudeyi İranın bəzi müxtəlif üzvlərinə
ehtiyatla davranırdıq, nəinki Hizbi Tudənin yuxarı məqamlardakı müxaliflərə lakin
onların bəziləri bizə qarşı müxalifətdə idilər. Və bu mövzu hətta Pişəvərinin
etibarnaməsi bir və ya iki səs çatmırdı və məlum oldu ki, o bir və ya iki nəfər Hizb
Tudeyi İranın yəni parlamentinin iki üzvü səs verməməsi nəticəsində olmuşdu. Hətta
məclisin bitərəf üzvləri də ona səs vermişdilər. Ancaq iki nəfər ona səs vermədi. Mən
bu söhbətə, xəbərə zəmanət vermirəm. Ancaq o iki nəfərdən Eyrəc İsgəndəri olmuşdur.
Və nəticədə də Pişəvərinin etibarnaməsi rədd edilmişdir. Yəni belə hesablaşmışlar ki,
Pişəvəri bir və ya iki səslə seçilərsə bu məsələ əlbətdə onlara aydın idi. Buna görə də
ona səs vermədilər. Səsvermə gizli olduğundan ikinci rəy verməyən şəxs və Pişəvəriylə
zindanda müxalifətdə idi Aradşəs Ovenisyan idi. Bəlkə də necə deyərlər pərdə arxasında
oyun gedirdi ki, mən və məmin kimilərin bu barədə məlumatımız yox idi. Mənim
“Ajir”la həmkarlığım o vaxtdan başlamışdı ki, mən “Kanpsaks”da idim. O zamandan
59
ki, mən İran və sovet mədəni və əlaqədar cəmiyyətdə işləməyə başladım. “Ajir”də bir
müddətdən sonra bağlandı. Və Azərbaycan demokrat partiyası təşkil oldu və Pişəvərinin
vasitəsilə hadisələr qarşıya çıxdı ki, hər biri bir tarixdir. Və mənim o hadisələrlə heç bir
əlaqəm yox idi. Pişəvəriylə bizim dostluğumuz davam edirdi. Ancaq mən partiya
işlərinə müdaxilə etmirdim. Əvvəlki kimi İran və sovet mədəni əlaqələr cəmiyyətində
işləyirdim. Ancaq o zaman ki, demokratlar Təbrizdə idilər, Azərbaycanda idilər mənə
elə gəlir ki,iki dəfə işimlə əlaqədar Təbrizə getdim.
Amma “Ajir” qəzeti “dad” mətbəəsində , yəni başqa bir qəzetdə Əmidi Nurinin
başçılığı ilə nəşr olunurdu. Mənə elə gəlir ki, Pişəvəri həbs edilməmişdən və Kaşanda
sürgündə olarkən onunla tanış olmuşdu. Qəzetin mətni Pişəvərinin və mənim vasitəmlə
hazırlanırdı. Iki nəfər korrektorumuz var idi. Birinin adı Əlmati və digərinin adı isə
Mati idi. Savadlı cavanlar idi. Qəzetin səhifələrini düzəldirdilər. Mən isə Pişəvəri ilə ta
gecədən xeyli keçənə qədər mətbəədə olurduq. Və qəzetin son sə- hifəsinədək yoxlayır
və düzəlişlər aparırdıq. Ağayi Əlmati həmin şəxs idi ki, sonralar məclis vəkili oldu və
dövlətin fraksiyasının rəisi oldu və nəhayət ən uca mərtəbələrə çatdı.
Amma Mati təbii bir inkişaf yolu keçdi. Belə hesab edirəm ki, bir qədər təhsilini
artırıb bir qədər də irəli getedi, bir məktəb müdiri kimi vəzifəyə yüksələ bildi. Güman
edirəm ki, o zaman ağayi Almati Əmidi Nurinin yeznəsi idi. Yəni Əmidi Nurinin bacısı
ilə evlənmişdi və bu da onun inkişafına səbəb oldu. Əmidi Nuri Mazandaranlı idi.
Mənimlə da tanış idi.
Yəni o zamanlar ki, “Ajir” nəşr olunurdu, o vaxtdan tanış idik. Bu tanışlıq da bir
müddət davam elədi. Gah ümumi məclislərdə və başqa yerlərdə bir- birimizi görürdük.
Ancaq sonralar bu görüşlər bir dəfəlik qət edildi. Mən belə güman edirəm ki, 1976-cı
ildən sonra görməmişəm. Bir iki il bundan öncə radiodan eşitdim ki, onu yaxalayıblar,
ancaq bilmirəm nə günaha onu “Savakda” güllələmişlər. O artıq əldən düşmüş bir qoca
idi. Mən gərək Pişəvəri haqqında ətraflı danışam. O, çox hafizəli, çox təmiz və
mütərəqqi adam idi. Güman edirəm ki, bir müddət iranlıların Bakıdakı məktəbində dərs
demişdi. Sonralar –Böyük inqilabdan sonra baxmayaraq ki, “Ədalət” partiyasının üzvü
60
idi - bir ali ictimai məktəbi ki, adını unutmuşam-Moskva şəhərində bitirmiş və orada
qəzetçilik peşəsinə də yiyələnmişdir.
Pişəvərinin ömrünün sonuna qədər heç nəyi olmamışdır-deyə bilərəm ki, heç nəyi
olmamışdır. Mühəndis Şəqaqinin evinin yaxınlığında, bugünkü (Zəldə) Cənubşərq
“Vəliəsr” meydanında kiçik bir evi var idi. Bilmirəm indi qiyməti var, ya yox, 200 metr
sahəsi var idi. Və Pişəvəri zinbdanda olanda mühəndis Şəqaqi onun torpağını onun
qadınının ondan istifadə edib dərzilik edirmiş. Conra iki ya üç otaqdan ibarət
birmərtəbəli ev tikir. Bunun Pişəvəriyə dəxli yox idi. Pişəvəri zindandan çıxıb Kaşana
gələndə bu evi yenicə görürdü.
Pişəvəri qələm adamı kimi çox istedadlı idi. Ancaq onun yaxın dostlarından
birinin fikrincə və mənim fikrimcə o heç bir ədəbi məktəb bitirməmişdir. Onun zindan
xatirələri ki, “Ajir” qəzetində nəşr edilirdi, onun ən kamil əsəri idi. O da 100 səhifədən
artıq deyildi. Ədalət partiyasının tarixi və habelə 53 nəfər haqqında yazı belə meydana
gəldi.
“Ajir” qəzeti necəki qeyd elədim nəinki mürtəce ünsürlərin hücumlarına məruz
qalırdı. Bəlkə Hizbitudənin bəzi üzvləri də onunla müxalif idilər. Bəzi şayələr də o
zaman mövcud idi. O da bundan ibarət idi ki, Pişəvəri Rza şahın (Rza xanın) ölümüylə
əlaqədar “Ajir” qəzetində bir məqaqlə dərc etdirmişdi və yadımdadır ki, o cümlələrdən
biri Rza xana aid idi ki, o yazmışdı. Bu şəxs yəni Rza xan həddindən artıq intiqamçı,
kinli adamdır. Deyirlər ki, mətbəədə Tudə üzvlərindən (buna da zəmanət verə
bilmərəm) Nuşinbinin göstərişiylə fövqaladə sözünə bir “vav” artıraraq onu fövqüladə
etmişlər. Sonra guya Hizbitudə Pişəvəriyə hücum etmiş ki, o nə üçün Rza xanı
həddindən artıq kinli adam adlandırırmış. Pişəvəri çox təqribən fasiləsiz olaraq
inqilabdan sonra (Gilan inqilabından sonra) yəni bir neçə ay sonra Tehranda “həqiqət”
qəzetini nəşr etdi ki, bununla da xalqın və fəhlə sinfinin oyanmasına kömək etdi və
çoxlu oxucusu var idi. “Həqiqət” qəzetini güman edirəm ki, ya Qəvamülsəltənə və ya
başqası bağlatdırdı. Sonralar bu qəzetin müdiriyyətiylə həmkarlıq edir. Mərhum Ləsani
“iqtisadi İran” qəzetində məqalələrini nəşr edirdi.
61
Pişəvərinin ölümü ilə əlaqədar Azərbaycan demokrat firqəsindən sonra, Bakıya
getməsi şayələri nəinki ağızlarda, hətta bir neçə kitab və jurnallarda da qeyd olunmuşdu
ki, o öldürülüb. Onun Bağırovlan əlaqəsi, bir iclasın nəticəsi idi ki, o iclasda
Azərbaycan demokrat partiyasının nümayəndələri ki, onun da başında M.C.Bağırov
dayanırdı-təşkil olunurdu ki, görsünlər Azərbaycan demokrat partiyasının
məğlubiyyətinin səbəbləri nədən ibarət olmuşdu? M.C.Bağırov beləki sözə başlayır və
qəti şəkildə bildirir ki, bu məğlubiyyətin əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan
demokrat partiyası lazimi qədər Sovet Azərbaycanına söykənməmişdir.
Pişəvəri çox əsəbi bir adam idi. O ara vurmadan dedi: - Yoldaş M.C.Bağırov səhv
edir. Əsil səbəb bundan ibarət idi ki, Azərbaycan demokrat partiyası İranın fəhlə sinfinə
və azadxanlarına söykənmədi. O, bu sözüylə necə deyərlər öz qətlinə fərman verdi:
Pişəvəri bir az sonra Gəncə səfərinə çıxarkən maşını çevrilərək aşır. Güya sürücüsü
gecəni yatmadığından onu yuxu aparır və nəticədə maşın çevrilir. Pişəvəri ağır
yaralanır. Və huşunun itirmiş halda xəstəxanaya aparılır və orada dünyasını dəyişir.
Ancaq sürücüsü heç bir zərər çəkmir. Bu da çox qəribə, maraqlı və təəccüblüdür.
M.C.Bağırov Stalinin himayəsi altında idi. Nə təkcə Azərbaycanda həm də
Gürcüstanda və Ermənistanda da böyük hörməti var idi və sözü keçirdi. M.C.Bağırov
Stalinin ölümündən sonra, Xruşşovun dövründə, etdiyi xəyanətlərə görə gülləbaran
edildi. Daryuş Pişəvərinin yeganə oğlu idi və Bakıda yaşayırdı. Atasının ölümündən
sonra xəstələnir, illərlə Almanda və Avropada dərman qəbul etməklə yaşayır, xərcini isə
xalaları göndərir. Xülasə bilmirəm necə olmuşdu Pişəvərinin həyat yoldaşı bir, iki il
inqilabdan öncə (yəni İslam inqilabından söhbət gedir. V.Əhməd) icazə almışdılar ki,
İrana qayıtsınlar. Mənə elə gəlir ki, mühəndis Şəqaqi və dostları lazimi şərait
yaratmışdılar. O da nədənsə baş tutmadı. Mühəndis Şəqaqi bir neçə il öncə vəfat etdi. O,
çox istedadlı və xeyirxah insan idi.
Dostları ilə paylaş: |