Müqəddimə
62
Son illərdə Milli Konservatoriyamızın rektoru, xalq artisti Şəyavuş Kəriminin
xalq musiqimiz sahəsindəki işləri təqdirəlayiqdir. O, Norveç –Azərbaycan musiqi
əlaqələri sahəsində beynəlxalq aləmdə şöhrət tapmaqla dünya musiqi ictimaiyyətinin
diqqətini cəlb edir.
Ötən illərdə sənətşünaslıq namizədi Rafiq Musazadənin “Dügah” muğamı ilə
bağlı qiymətli elmi araşdırması muğamsevərlərə ərmağan edilmişdir.
Xalq artisti Alim Qasımovun muğamı dünya səhnələrində sevdirməsi bu
möhtəşəm mədəniyyət abidəsinin şöhrətlənməsinə əyani sübutdur.
Xalq artisti Ağaxan Abdullayevin də muğam ifaçılıq sahəsində xidmətləri
sevindiricidir.
Muğamın son illərdə dahd geniş şöhrət tapması, genişlənməsi “H.Əliyev”
fondunun prezidenti, ölkənin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın təəssübkeşliyi sayəsində
keçirilən muğam konsertləri, ifaçılara qayğı, beynəlxalq aləmdə respublikamızda
muğamın təbliği ilə bağlı gördüyü işlərin analoqu yoxdur. Şübhəsiz, bütün bunlar
hörmətli prezidentimiz İlham Əliyevin bütün sahələrə olduğu kimi, mədəniyyətimizə,
milli-mənəvi dəyərlərimizə qayğı və məhəbbətinin təzahürüdür.
2
X X X
Muğam xalqın bütövlüyünü , mənəvi böyüklüyünü, tarix boyu nəsil-nəsil özünə
çatdırır. Nizamini, Xaqanini, Xətaini, Sabiri, Vahidi bizə muğam verib. Muğam onların
canında, qanında olub. Onlar muğamı öz istedadları ilə birləşdirib hikmət xəzinələri,
söz inciləri yaradıblar. Və nəhayət, muğam sevgi, məhəbbət sədasıdır.
Muğam bütün musiqi növlərinin sintezidir. Muğam Ana Musiqidir. Bütövlükdə
Şərq musiqisinin və ərazicə Avropada yerləşən Yunanıstan muciqisinin deyil, o, Afrika-
Amerika mənşəli caz musiqisinin də kökündə duran ən qədim tarixi reallıqdır. Buna
görə də Muğamın yaşca əlahiddə qoca olduğunu deməyə tam haqqımız var. O, bəşər
tarixi ilə birgə yaranıb. Heç şübhəsiz dünyaya yeni gəlmiş və bilavasitə biz Azəri
türklərinin şaquli istiqamətdə birbaşa babası olmuş Adam muğam oxumurdu. Amma
63
Muğamın yaşı barədəki fikirlərimiz yazılı tarixi mənbəələrə əsaslandığımdan
dediklərimizdə böyük həqiqət var. (T.V.Nüvədili. Əcdad. Sietl. ABŞ. 1997. səh5.)
Bu mənbələrə kezməzdən əvvəl Muğam Ana musiqisi kimi bütün Şərqdə mövcud
olduğunu vurğulayaq. Bu mənada son illərdə çap olunmuş məşhur muğam bilicisi prof.
Rafiq İmraninin əsərlərinə müraciət edək. ”Muğam tarixi“ (Bakı, Elm, 1998, 280s) I
cild əsərinin 31-ci səhifəsində tərtib etdiyi 1-ci cədvəldə müəllif muğam janrlarının
yayıldığı əraziləri göstərmişdir. Orada barəsində heç zaman eşitmədiyimiz Uyğur
makamına rast gələndə təəccübümüzü heç cürə gizlədə bilməyən bu kitabın müəllifi,
Hind makamlarının cədvələ salınmasına da təəccüblənməyə bilmədim. Əslində Çin
Türküstanında muğamın mövcud olduğu xəbərini ilk dəfədir ki, bu əsərdən alırıq.
Bununla belə, Hind muğamlarının cədvələ salınmaması görünür onların ümumiləşmiş
məxsusi adı ilə əlaqədardır. Yəni prof. İmrani, yalnız muğam və ya makan adlanan
musiqi ərazilərini əhatə etməyə səy göstərib. Bildiyimiz kimi, hindlilər öz muğamlarını
Raq adlandırırdılar. Fəqət Hind raqlan da heç şübhəsiz qərbdən (Şumerdən) Şərqə -
Hindistan yarımadasma miqrasiyanın məhsulu olub, muğamın kökündən rişə almış özəl
musiqi formasıdır. Muğamın Hinducə tam və qəti transfprmasiyasıdır və biz Muğam
dünyasından danışanda bu nəhəng Muğam ərazisini nəzərə almaya bilmərik. Bununla
belə cədvəl muğamı ərazicə öyrənmək işində çox yaxşı vəsaitdir, kompasdır. R.İmran:
Muğam Şumerdən başlanır. Bakı, Elm 200, səh35.
Müəllif yazır: “Əvvəlki bəhsdə sxem şəklində göstərilmiş muğam cədvəlində
Azərbaycan, fars, özbək, ərəb,türk xalqlarının ərazilərində inkişaf tapmış muğam sənəti
müstəqil şaxəni təmsil edir. Müstəqil şaxə əsrlər ərzində artıq bir növ özəlləşmiş sənət
nümunəsidir ki, burada milli özünüdərketmə, milli çalar daha güclü və daha realdır.
Buna görə də Azərbaycan fars, ərəb, özbək muğam (makan) sənət nümunələrini
eşidərkən adi dinləyici o saat onun hansı xalqın musiqisi olduğunu asanlıqla
müəyyənləşdirir”. (R.İmrani. Muğam Şumerdən başlanır. Elm, 2000, səh35).
Hər hansı xalqın mənəviyyatına bələd olmaq istəyən, onun folkloruna nəzər
salmaq və musiqisinə qulaq asmaq kifayətdir. Xalqımızın bədii təfəkkürünün qiymətli
64
məhsulu olan musiqi folklorumuzda torpağımızın müqəddəsliyi, namus və azadlıq
uğrunda mübarizəmiz, heyrətamiz igidliklərimiz, sevincimiz, kədərimiz öz parlaq
əksini tapmışdır. Vətən məhəbbətindən, ağsaqqal-ağbirçək hörmətindən ürək dolusu söz
açan bu misilsiz təranələr, sözün əsl mənasında, elimizin mənəviyyat pasportu sayıla
bilər. Bu tükənməz xəzinəyə bələd olmaq vətən övladı kimi şərəfli ad daşıyan hər bir
elsevərin ümdə borcudur. Azərbaycan şifahi-professional musiqisinin aparıcı janrı
nuğamatdır. Qəliz sturukturuna , həcm və əhatə dairəsinə, fəlsəfi mahiyyətinə görə
muğamlar monumental və möhtəşəm sənət abidələridir.
Bəşər tarixinin müxtəlif taleli şəxsiyyətləri iki şeyə - ədəbiyyata və musiqiyə
böyük maraq göstərmiş, ona mənəvi qaynaq kimi baxmışlar. J.J.Russoya görə,
musiqidəki “harmoniya təbiətin özündə bir prinsipdir”: buna görə də o, bütün xalqlar
üçün ümumidir.
Dünya ədəbiyyatı salnaməsində qiymətli sənət inciləri ilə xüsusi yer tutmuş Höte,
Balzak,Tolstoy və başqaları musiqini ilham mənbəyi, qüssə və kədəri dağıdan qüdrətli
vasitə kimi yüksək qiymətləndirmişlər.
Əbdi bəy Şirazi yazmışdır: ”Musiqi cana səfa və ürəyə şəfa bəxş edəndir. Hey
ruha təsir edən, dəf dini-imanı aparan, ərqanun könüllərini qarət edən, cəng şur salan, ud
atəş vuran, tənbur aşiq oxşayan... bərbat bir Babil səhridir. Bax, budur musiqinin
qüdrəti”.
Musiqi insanın hiss və duyğularının harmonik ladlarda ifadəsidir. Çoxjanrlı,
müxtəlif formalı musiqi əsərləri həyat, təbiət və cəmiyyət hadisələri haqqında insan
duyğularıdır. Bu duyğular insana əxlaqi gözəllik, mənəvi saflıq; həyat eşqi bəxş edir,
insanı düşündürür, onu həyata bağlayır, humanizm və ədalətin təntənəsinə sonsuz inam
oyadır. Zəmanəmizin qüdrətli qəzəlxanı Ə.Vahid yazırdı:
Musiqi qəm dağıdır, zövq v erir insana,
Dərk etməz bunu onlar ki, səfalətləri var.
65
Musiqimiz çoxjanrlı, müxtəlif formalıdır. Fərəhli milli qürur hissi doğuran budur
ki, Azərbaycan musiqisi “bir çox xalqların qəlbinə yol aça bilir. Bu musiqi, xüsusilə,
Zaqafqaziya və Orta Asiya xalqlarına daha yaxındır. (Ü.Hacıbəyov).
Xalqın mənəvi sərvəti olan musiqimizin yaşaması, təbliği və inkişafında
musiqiçilərimizin əməyi böyük, rolu misilsizdir. Onların həyatı bir sıra məziyyətləri ilə
qeyri-adidir, hisslərin axarında söz və hərəkət musiqidən bir özgə qüvvət alaraq günəş
kimi hərarət verir. Bu yanğını, sevinci, kədəri, xalqın tarixini, eşqini, amalını yaşaya-
yaşaya çatdirmaq özü yanğınlardan salamat çıxmaq deməkdir.
Əhsən yqaradana... (esse).
Muğam bir xəzinədir,açarıdır duyğular,
Muğamda sevinc də var, muğamda kədər də var.
Muğam mənim xalqımın misilsiz kamalıdır,
Tarixidir, eşqidir, arzusu, amalıdır.
B.Vahabzadə.
“ Musiqi ilə muğam dinləyirəm mən”
Musiqi ilə muğam dinləyirəm mən,
Muğamat nəğmələr xəzinəsidir.
Təmiz məhəbbətlə sevən, sevilən
Odlu ürəklərin vurğun səsidir.
“Rast”inda məna var göylərdən dərin,
“Şahnaz”sədasıdır düşüncələrin.
“Şur” Xəstə Qasımın, böyük Mirzənin,
Aşıq Ələsgərin zənguləsidir.
“Zabul”yada salır hicran qəmini,
“Qatar” xatırladır vüsal dəmini.
66
“Mahur”arzuların silsiləsini,
Məcnunlar, Kərəmlər nəşidəsidir.
“Bayatı-İsfahan”, “Bayatı-Şiraz”,
“Hicaz”dəsgahından heç doymaq olmaz.
Diqqətlə, həvəslə qulaq as bir az,
Ürək tellərinin dəfinəsidir.
“Segah”ı nə zaman dinləyirəm mən,
Duyğular karvanı keçir qəlbimdən.
Gözəl “heyratı”nı elə bil ki, sən,
Qoç Koroğlumuzun cəngi səsidir.
Çıxıb seyrəngaha bir al səhərdə,
Qulağını bir ver “Bayatı kürdə”.
Dayan “Səmayi-Şəms” oxunan yerdə,
Gör: Necə kamanın inləməsidir?
Bu yurdun kamança, qaval səsi də,
Çoban tütəyinin gur nəfəsi də.
Şirin “Gəraylı”sı, “Şikəstə”si də,
Coşğun bir musiqi şəlaləsidir.
Səs salmayın, bacılar,sakit olun, qardaşlar, əl saxlayın, uşaqlar... musiqi ilə
muğam dinləyirəm mən. Maraqlı, təsirli, mənalı bir hekayət dinləyirəm mən, muğam
dinləyəndə... lazım deyil, yazmayın Dədəm Qorqudun tarixini, yanıla bilərsiz, yalnış
yazarsınız. O vaxt yaşamamışsız, ancaq muğam yaşayıb. O mənə hər şeyi söyləyir,
67
nurani aşıq sazını öz doğma balası kimi bağrına basıb simlərin dillərilə mənə Dədəm
Qorquddan danışır. Qəm karvanı Fizulinin qürbətdə keçmiş həyatından danışmayın,
çünki bir az öncə qoca xanəndə Fizulinin məhəbbət və kədər dolu qəzəlini muğam üstə
oxuya-oxuya ulu şairin özünü buraya “gətirmişdi”.
Mən o müdrik insanı lap yaxından gördüm, əlçatmaz sevgisi önündə səcdə
elədim, ətəyindən öpdüm. O sanki bahar günəşi idi. Hərarəti məni yandırmadı, odlu
nəfəsi qəlbimi, varlığımı isindirdi və..... məni birdə sevmək üçün məhəbbətin qucağına
atdı.
Hər şeyi, hər sirri mənə muğam öyrədib və muğam öyrədir: Vətəni, xalqı
sevməyi, böyüyə hörməti, Allaha tapınmağı, ədəbi-ərkanı, bu böyük dünyanı....
Beşiyimiz başında analar muğam üstə layla dedilər. Hər gün müəzzin bizi Allah
yoluna – həqiqətə muğam üstə səsləyir, bizi ulu yaradanla musiqinin gücü ilə
qovuşdurur. Toylarımız da muğamla başlayır, muğamla yaşayır, muğamla sona yetir.
Muğam təmizlikdir, muğam haqq və ədalətdir. Muğam saflıqdır, paklıqdır,
qeyrətdir, namusdur. Muğam vətənin keşikçisidir, muğam xalqın özüdür. Muğam
olsaydı xalqımız öz tarixini, türklüyünü, əqidəsini, dinini, dilini itirib kim bilir nəyə
çevriləcəkdi....
Muğam xalqın bütövlüyünü, mənəvi böyüklüyünü tarix boyu nəsil-nəsil özünə
çatdırır. Nizamini, Fizulini, Nəsimini, Xəqanini, Xətaini, Seyid Əzimi, Sabiri, Vahidi
bizə muğam verib. Muğam onların canında, qanında olub. Onlar muğamı öz istedadları
ilə birləşdirib hikmət xəzinələri, söz inciləri yaradıblar və nəhayət, muğam
sevgi,məhəbbət sədasıdır.
Ah, muğam sədası gəldi, hər şey gözəlləşdi, çiçəklər boy atıb pöhrələndi, dağ
şəlaləsi axıb çağladı,bülbüllər cəh-cəh vurdu, səhrada çiçək açdı, qurumuş düzənlərə
göy dolu su çiləndi, göydən zər səpələndi. Muğam sədası gəldi, mələk kimi ucaboy,
incəbel qızlar qızılgüllərin, çiçəklərin arasıyla, üstlərinə zər səpələnərkən, yağış onları
islada-islada gülüşərək qaçışdılar, səsləri bülbüllərin cəh-cəhinə qarışdı. Donları
yağışdan islanıb bədənlərinə yapışdı. Qızılı saçlardan süzülən yağış damlaları qönçə
68
qızılgüllərin ləçəklərində mirvariləşdi,qönçələr körpə dodaqları tək açıldı.... Muğam
sədası gəldi. Müqəddəs torpağımıza göz dikənlər musiqinin gücü, sehri qarşısında
məğlub olurlar. Muğam yenilməz bir ordu kimi hücum çəkir; muğam bir torpağın
təkindən çıxır və düşmənlərə qarşı bir qəzəb seli kimi axıb gurlayır. Muğam şimşək
saçan qılınc kimi onları kəsir.
Muğam sədası gəldi. Azərbaycanın tarixini nəyin bahasına olur-olsun İslam
dininə qarşı çevirən, onu mərkəzə yarınmaq məqsədi ilə türkü türklərin düşməni kimi
göstərmək istəyən üzdəniraq tarixçilərin bağrı çatladı. Muğam sədası gəldi, hər şeyi
rüşvətlə ölçən, pulu kilolarla rüşvət alanların əli qurudu. Muğam sədası gəldi, özündən
vəzifəcə kiçiklərə ağalıq eləmək istəyən, vəzifəcə böyüklərə yeddi qat əyilən
simasızların sifəti dəyişib daha qorxulu oldu.
....Sakit olun qardaşlar, bacılar, əl saxlayın cavanlar, uşaqlar, muğama qulaq
asıram, siz də qulaq asın. Qulaq asmaq azdır, sevin muğamı və bu sevgidən dostlarınıza,
özünüzdən kiçiklərə, övladlarınıza pay ayırın. Inanın mənə, hamımız muğamı sevsək,
torpaqlarımızda humanizm və ədalət bərqərar olacaq, xəbislik ürəklərdən silinəcək,
daşlar da gül bitirəcək.
Muğam ən yaxşı əxlaq dərsidir, muğam bir-birimizə hörmət etməyi, bir-birimizin
qədrini bilməyi, alicənablığı, müdrikliyi öyrədəcək. Çünki muğam məhəbbətdən
yaranıb. Məhəbbəti, eşqi ulu Tanrı hələ həyat yox ikən Aləmdə icad edib, muğamı
sevmək Tanrını sevməkdi, sevin muğamı.
Dostları ilə paylaş: |