Bir daha muğamlar haqqında
Muğamlarımız nə haldadır? Bu sual bizim əsrimiz başlanan gündən demək olar
ki, bu günə qədər bütün muğam
ifaçıları, muğam tədqiqatlarını və eləcə də
muğamsevərləri çox maraqlandırır.
1920-ci il çevrilişindən əvvəlki dövrdə muğam ifaçılığı Azərbaycanda çox yüksək
bir zirvədə durmuşdu. Muğama çox böyük hörmət vardı. O dövrün sənətkarları və
sənətsevərləri muğama təkcə musiqi kimi yox, ona bir “elm” kimi də yqanaşırdılar.
Yaşlı musiqiçilərin dediklərinə görə, o vaxtlar musiqi məclislərində ifaçı əgər dəstgahda
bir şöbəni və ya guşəni düz oxumurdu, ya heç ifa etmirdisə, ya da artıq boğaz və
gəzişmələr edirdisə, həmin ifaçıya irad tutulurdu. Həmin ifaçı bir də bu məclisdə
oxumaqdan mərhum edilirdi. Muğamın özünə görə forma quruluşu vardı, onu pozmağa
heç kimə icazə verilmirdi.Ən kiçik muğam 5 şöbə və guşədən, ən böyüyü isə 40-50
şöbə və guşədən ibarət olurdu. Əsl sənətkarlar və muğamşünaslar demək olar ki, hər bir
dəstgahı, muğamı nöqtə-vergülünə qədər tamam-kamal bilirdilər. Onların ardınca gələn
gənc ifaçılar nəsli isə ustadlara baxıb muğamları öyrənirdilər. Çevrilişdən sonra, yəni
keçmiş sovet hakimiyyəti dövründə muğam “elmi” yavaş-yavaş buraxılıb. Proqramlara
diqqətlə baxsaq görərik ki, xalq mahnıları, oyun havaları, aşıq havaları, bəstəkar
mahnıları və klassik musiqi muğam ifaçılığını demək olar ki, əlli faiz aradan çıxarmışdı.
Bu da o dövrün tələblərindən irəli gəlirdi. Düzdür, böyük muğam ifaçılarımız hələ var
79
idi. Amma onların səsi daha çox toy şənliklərindən gəlirdi. Artıq 20-ci illərə qədər olan
muğam məclisləri, muğam konsertləri keçirilmidi. Elə bunun da nəticəsi idi ki, muğam
musiqi növü kimi qalaraq, “elm” kimi yoxa çıxmağa başlayırdı. Düzdür Üzeyir
Hacıbəyli o vaxtlar “Azərbaycan musiqisinin əsasları” əsərini yazır. Həmin əsər o
vaxtlar konservatoriyada avropasayağı təhsil alan bəstəkar və musiqişünaslar üçün bir
dərslik kimi yazılmışdı. Bu əsərdən başqa muğamın tarixi, nəzəriyyəsi və təhlili üzrə nə
bir kitab, nə də bir məqalə yazılmırdı. O ki, qaldı muğam ustası Mirzə Mənsurun çalğısı
əsasında Rast, Dügah və Zabulmuğamlarının nota köçürülməsi, o da bir eksperiment idi
ki, görək muğamı bilməyənlər notla muğamı necə çalırlar və gələcəkdə bu üsulla
muğamı qeyri-millətlərə öyrətmək olarmı? Necə deyərlər, hər dövrün özünəməxsus öz
qanunauyğunluqları var...
XX əsrin ikinci yarısından başlayaraq muğam ifaçılığı yeni tərzdə inkişaf etməyə
başlayır. Yeni xanəndə və sazəndələr ortaya çıxır. Lakin onlar da muğamın nə tarixini,
nə də nəzəriyyəsini dəqiq bilmir, ancaq müəllimlərindən öyrəndiklərini ifa edirlər.
Muğam klassiklikdən müasirliyə doğru addımlamağa başlayır. Artıq muğam ifası ilə
yanaşı muğam “elmi” də müasirləşir. Muğam əsrin əvvəlindəki formadan uzaqlaşır. Ən
böyük dəstgah 10-12 şöbə və guşədən ibarət olur. Orta və ali təhsilli musiqi
məktəblərində tar və kamançaya ilk növbədə not, sonra isə muğamı öyrədirlər.
Muğamın müasirləşməsi heç də pis proses deyil, bu həyatın tələbidir. Amma hər şeyin
ölçüsü, qanun-qaydası olmalıdır. Muğama yabançı xallar, barmaqlar, boğazlar,
zəngulələr calaq edilir. Musiqi alətlərində texniki ifaya böyük üstünlük verilir.
Muğamın ifasını “etüdə”, “çardaşa” bənzədən ifaçı böyük sənətkar səviyyəsinə
qaldırılır. Hamısı da onunla fəxr edir ki, “əjdaha” çalandır, qiyamət texnikası var.
Çevrilişdən əvvəl tar və başqa milli musiqi alətlərimiz yalnız muğama və xalq
musiqisinə bağlı idi. Indi isə artıq demək olar ki, bu alətlərin çoxu Avropa musiqisinə
qulluq edir. Xanəndə və sazəndələrin çoxu Azərbaycan muğamlarına fars, ərəb, hind və
sair bəzəklər vururlar. Ən maraqlısı budur ki, həmən bu ifaçılar xarici ölkələrdə konsert
verərkən Azərbaycan muğamlarını təmiz, klassik üslubda ifa etməyə çalışırlar ki,
ondqan qədimlik qoxusu gəlsin, öz torpağımızda isə ona başqa xalqların çalarlarını
əlavə edirlər ki, yəni bu “orijinal” ifadır.
Xanəndələrimizə gəldikdə isə, son illər fars və qismən osmanlı boğazları
dəbdədir. Bu müğənnilərdaha böyük auditoriyaya malikdirlər. Ən maraqlısı da odur ki,
fars oxuyanı bircə dəfə də Azərbaycan boğazı oxunmur. Görün bir son 30 ildə
muğamlar nə kökə düşüb. Bakının bir neçə kəndindən başqa muğam dinləyicilərinin
zövqü dəyişib. Belə güman etmək olar ki, bir az da belə getsək, toylardaq
muğamlarımızı “simfonik orkestr”, filarmoniyada – konsertlərdə isə “romansları”
xanəndə- lər və sazəndələr ifa edəcək.
Muğam tək o deyil ki, biri çaldı, oxudu, o birisi də qulaq asdı. Muğamda məntiq
var. Hər ifaçının da məqsədi o olmalıdır ki, bu məntiqi dinləyiciyə çatdırsın. İfaçı o
zaman sənətkar, ustad olur ki, dinləyici onun ifasındakı məntiqi anlayır, onu qəbul edir.
Həmən bu məntiq də muğamın əsas qanunudur.
80
Musiqişünaslığa gəldikdə isə, belə bir mənzərənin şahidi ola bilərik. Muğam elmi
ilə məşğul olan və ya maraqlanan hər bir kəs özünü bu işdə “bilici” sayır. Ən maraqlısı
odur ki, hər kəs öz fikrini Nyutonun qanunu kimi dəqiq, mütləq bir qanun sayır. Bir şeyi
inkar etmək olmaz ki, yaşlı nəsil ifaçılarımız hər biri ayrılıqda muğamlarımızı nöqtə-
vergülünə qədər muasir “bilicilərin” hamısından artıq dərəcədə çox bilirdilər.
Oxucu sual verə bilər ki, bəs bu sənətçilər hardan və kimdən öyrənsinlər? Bunun
da cavabı var. Klassik muğam ifaçıları özlərindən sonra böyük irs qoyub getmişlər. Bu
irs vallarda, maqnitafon və kino lentlərində, videoda, onların xatirələrində, muzeylərdə
və arxivlərdə olan əlyazmalarında qorunub saxlanır. Öyrənmək istəyən , istədiyini yerin
altından da axtarıb tapar.
Klassik ifaçılar
bildiklərini tələbələrinə, muğam həvəskarlarına və
tədqiqatçılarına həvəslə öyrədirdilər. Bir şeyi bilmədikdə isə heç vaxt demirdilər ki,
“belə şey yoxdur, filankəs özündən düzəldib deyir”. Çalışırdılar həmən şeyi öyrənsinlər.
Öyrənmək heç vaxt ayıb sayılmayıb. Bilməyib lovğalanmaq isə hələ heç kəsə nə xeyir,
nə də hörmət gətirməyib.
Dostları ilə paylaş: |