86
Ümumiyyətlə Mirbalabəyin əsərlərinin dilinə, leksikasına fikir verdikdə bir
aydınlıq görürük. Bəzi heca vəznində yazılan şeirlərdə, istər qəzəllərdə də yumor,
satirik ruh da müşahidə olunur.
Poetik topluda iqtisad elmləri doktoru, Moskvada yaşayan görkəmli Azərbaycan
oğlu, DAK-ın və MDB üzrə rəhbəri Hacı Mirəşrəfə həsr olunmuş şeiri də var.
Mərhum şair Moskvada olarkən Mirəşrəfin qonağı olub, qarşılanıb, yola salınıb,
hörmət görüb.
Oxuculara məlumat verim ki, bu kitabın da sponsoru Hacı Mirəşrəfdir. Allah
köməyi olsun. Allah əvəzin versin. Və onu da qeyd edim ki, bu kitabın çapını intizarla
gözləyən, bu işdə can yandıran Hacı Mirsəfərdir. Mirsəfər hal-hazırda infarktdan
xəstəxanada yatır. Həkimlər danışmağa şadağan eləyiblər. Bu sətirlərin müəllifinə
çətinliklə dedi: -Vüqar müəllim, «ön söz» hazırdır, daha sənə arxayınam, kitabdan
muğayat ol. Düzdür Mirbalabəylə yeznə-qayındırlar, bir nəslin övladlarıdır. Söhbət
qohumluqdan getmir. Rəhmətlik Mirbalabəy həqiqətən yaxşı insan olub. Həm gözəl
həkim, həm də yaxşı şair. «Heyif, dövran səni üstələdi» (S.Mirbalabəy). Allah səni
rəhmət eləsin, Seyyid Mirbalabəy, cəddinə qurban olum ay ağam, cəddin köməyimiz
olsun.
Dostları ilə paylaş: