Çağdaş Tehran mətbuatında haqqında xatirələr
M.C.Pişəvərinin çox sahəli fəaliyyətini öyrənmək sahəsində Güney
Azərbaycanda, eləcə də ümumən İranda da müəyyən işlər görmüşdür. Güneydə yazılmış
məqalə, xatirə, publisist əsərlər əslində onun zəngin irsini, gələcək nəsillərə örnək
olacaq həyat yolunu bir daha öy-rənmək sahəmizdə uğurlu sayıla bilər. Bu yönüşdən
ictimai-siyasi xadim, yazıçı, tərcüməçi, ədəbiyyatşünas, qüdrətli publisist və mühərrir,
dövlət xadiminin həyat yolunun, ədəbi-bədii və publisistik irsinin geniş miqyasda
öyrənilib qiymətləndirilməsi, xalqa çatdırılması çağdaş azərbaycanşünasülıq elminin
qarşısında duran mühüm vəzifələrdəndir.
M.C.Pişəvəri Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində M.F.Axundov ,
C.Məmmədquluzadə, F.B.Köçərli, N.Nərimanov, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə,
Ə.Hüseynzadə, Ə.Cəfəroğlu, Y.Vəzir, C.Hüseyn kimi şəxsiyyətlər qrupuna daxildir.
Onlar bir tərəfdən xalqın ədəbiyyatını, mədəniyyətini davam etdirib zənginləşdirmiş,
digər tərəfdən həmin ədəbiyyat və mədəniyyətin keşiyində durub onu təhlil və təbliğ
etmiş, üçüncü bir tərəfdən xalqın sabaha səadəti, xoşbəxtliyi yolunda mübarizə
aparmışlar.
Xalxali (Pişəvəri – V.Ə) bir tərəfdən Nərimanov kimi geniş, ictimai-siyasi iş
aparmış, M.Ə.Rəsulzadə kimi müstəqil dövlət yaradıb onun baş naziri olmuşdur.
Cavadzadə (Pişəvəri-V.Ə) memuar janrını özünün siyasi ictimai motiv və məzmunu,
müxtəlif çalarlı, zahiri və daxili portret cizgili obrazları ilə zənginləşdirən xatirə-
povestin, hələlik əldə olmayan, lakin yazıldığına şəhadət verilən bir neçə nəsr əsərinin
müəllifidir. Nəhayət, M.C.Pişəvəri siyasi-ictimai mətbuat tariximizdə prinsipial,
obyektiv və qüdrətli publisist, bacarıqlı redaktor kimi layiqli yer tutur. Onun publisist
mühərrirlik fəaliyyəti iki başlıca dövrü əhatə edir. Həmin dövrün birinci mərhələsi aprel
56
çevrilişindən əvvəlki və sonrakı illəri əks etdirir. Publistik fəaliyyətinin ikinci dövrü
1943-cü il mayın 23-dən başlayır və 1946-cı ilə mqədərki dövrü əhatə edir.
Bütün həyatını və fəaliyyətini xalqın mənafeyini qorumağa, azadlığa,
demokratiyanı müdafiə etməyə həsr etmiş Pişəvəri 1941-ci ilin sentyabrında Kaşan
zindanından buraxılır. O, Tehrana gəlir və öz məsləkdaşları, dostları ilə birlikdə İran
zəhmətkeşlərinin yeni qərargahını yaratmaq uğrunda işə başlayır. Böyük ictimai xadim–
demokrat mübarizənin intensiv və ardıcıl, məqsədəyönlü olması üçün fars dilində
“Ajir” (xəbər V.Ə) adlı qəzetin nəşri üçün axtarışlar aparır. Nəhayət, 23 ay 1943-cü ildə
“Ajir”in çoxmilyonlu oxuculara təqdim olunur.
Üç ilə yaxın nəşr olunan bu qəzet İranın mütərəqqi mətbuat tarixində
özünəməxsus görkəmli yer tutur.
Ilk aylarda qəzetin bütün işlərini Pişəvəri özü görür və ağır maddi
məhrumiyyətlərə baxmayaraq, nəşrini müntəzəm surətdə davam etməsi üçün ona maddi
yardımlar etmişlər, çünki “Ajir”qəzeti proqressiv cəbhə- nin əlində mürtəcelər əleyhinə
kəskin bir silah idi. Bu haqda Pişəvəri yazır: ”Hər kəs “Ajir”in bir neçə nömrəsini
oxumuş olsa bilər ki, İran zəhmətkeş kütlələrinin mənafeyini müdafiyə etmək, azad,
müstəqil və milli demokratik İran yaratmaqdan başqa bir məqsədimiz olmamış və
yoxdur. “Ajir” azadlıq düşmənləri və irtica tərəfdarlarına qarşı rəhmsiz, öldürücü və
amansızdır, azadixahların yanında isə əziz və mehribandır. (M.C.Pişəvəri “Seçilmiş
əsərləri”. “Elm”, 1984, səh 20 ).
“Ajir”də Pişəvəri ilə çiyin-çiyinə çalışan jurnalistlərdən biri də Kərim Keşavərz
olmuşdur. K.Keşavərz “Ajir”in səhifələrində məqalələri ilə yanaşı rus ədəbiyyatından
tərcümələri ilə də yadda qalmışdı.
Bu yaxınlarda K.Keşavərzin Tehranda çap olunan “Buxara” jurnalının 1997-ci
ildə çap olunan 2000-ci sayı əlimizə keçdi. Məqqalənin adı “Pişəvəri haqqında
xatirələr” adlanır. Xatirələr K.Kəşavərzin sağlığında öz səsi ilə lentə alınıb. K.Kəşavərz
1984-cü ildə dünyasını dəyişib. Ümidi adlı şəxs tərəfindən alınmış, bu xatirələr Nemət
Laleyi tərəfindən yazıya alınaraq kiçik təqdimatla “Buxara” jurnalının naşiri ağaye
57
(cənab V.Ə) Əli Dehbaşiyə ünvanlanıb. Xatirələr farsca çap olunurdu. Xatirələrin
Pişəvəi irsini və Cənub tariximizi, ədəbiyyatımızı, mətbuat tarixini araşdıran
ümumiyyətlə, oxucular maraqlı olduğunu nəzərə alıb bir Pişəvərişünas kimi lazımlı
bilib farscadan dilimizə çevirdim.
Xatirələri olduğu kimi oxuculara təqdim edirəm.
Vüqar Əhməd
Filologiya elmləri doktoru, professor
Dostları ilə paylaş: |