256
İslamın, Mayısın həsrət nəğməsi,
Dönüb qəm selinə sinəmə alır.
Ruhən zəngin, mənəviyyatca həmişə yüksək olan şair öz qəlbinin səsini
dinləməyi bacarıb.
Qanad məndən, mənzil sizdən,
Uçun, uçun, nəğmələrim!
İlim-ilim itin gözdən,
Uçun, uçun, nəğmələrim!
Qanadlı bir quşa çox bənzəyir insan ömrü. Bəzən elə hey qanad çalır…
Bəzənsə həyat öz qəddarlığını, ayrılıq qılıncını çox erkən çapır, ayrılıq hər şeyə
son qoyur. Ürək döyünmür, ancaq qəlb çırpıntıları olan ürəkdən deyilən şair
sözü, şeirlər, nəğmələri o susan ürəyi həmişə dinləndirir. Elə olmasaydı, şair
Adil Əsgərin də ilk şeirlər kitabı əbədiyyət dünyasına qovuşduqdan sonra həyata
vəsiqə almazdı. Deməli, susan ürəkləri dindirməyi bacaran söz hər şeyə qadirdir.
Həmin sözədayaq olanlar isə kitabın təəssübçüsü – mərhum şairin qardaşı Kərim
Əsgərov, sponsoru isə mərhumun böyük qardaşının oğlu Əli Əsgərov oldu. Allah
ürəyinizcə versin.
Ruhun şad olsun, Adil sgər! Üzünü görmədiyin «Uçun, nəğmələrim» adlı
ilk şeirlər kitabın mübarək!
Dostları ilə paylaş: