305
«lapti» sözü var. Bu, ağac sıyrımından (qabığından) toxunmuş ayaqqabı mənasını verir.
Qafur Rəşad Tolstoydan etdiyi tərcümələrdə bu sözü çox düzgün olaraq əsl mənasına
uyğun «çarıq» kimi vermişdir. L.Tolstoyun «Malğçik i palğçik» nağıl-hekayəsində
«semiverstnıe sapoqi» ifadəsini Q.Mirzəzadə «yeddi verslik çəkmə» kimi tərcümə
etmişdir. «Sapoqi» sözü dilimizdə «uzunboğaz çəkmə» mənasını verir. Mütərcim
uzunçuluqdan qaçaraq «uzun» kəlməsini atmış və bədiiliyə nail olmuşdur.
Tolstoydan olan tərcümələrin dilində dini mahiyyət kəsb etməklə yanaşı, ən çox
işlək «slava boqu», «day boq», «prosti qospodi», «radi boqa» kimi ifadələrlə rastlaşmaq
mümkündür. Təsdiq etdiyimiz bütün nümunələrdə rus dilindəki sadaladığımız ifadələrin
çox düzgün, ədəbi və danışıq dilimizdə olan qarşılıqları verilmişdir: «şükür Allaha»,
«inşallah», «Allah qoysa», «günahımdan keç, Allah», «günahımdan keç, İlahi», «Allah
xatirinə» və s. Bu ifadələr tərcümə dilində həddən çox işlədiyindən konkret misallar
gətirməyə ehtiyac yoxdur.
Tərcümə zamanı əsərin mlli koloritini saxlamaq prosesi obyektiv çətinliklərlə
qarşılaşır. Bu zaman tərcüməçi əsərin orijinalına diqqət yetirməli və çalışmalıdır ki,
tərcümə əsərin orijinalında verilən səviyyədə olsun və edilən dəyişikliklər mənaca səhvə
və təhriflərə gətirib çıxarmasın.
Orijinalda olan sözləri başqa dillərə tərcümə edərkən hansı dilə tərcümə olunursa,
o dilin bütün xüsusiyyətlərini, ifadələrin o dildə hansı forma və məzmunda işlədildiyini
nəzərə almaq lazımdır. Zorakılıqla tərcümə olmaz və buna heç vaxt ehtiyac olmamışdır
və hal-hazırda da lüzum yoxdur.
Dostları ilə paylaş: