310
«Ruscadan tərcümə» qeydi ilə tərcümə olunan «Dövlətli Marqo və bədbəxt
Vasili» («Məktəb», 1913, №12-15) nağılının mürtəcimi Həmzə Qasımzadədir. Tərcümə
rus nağılından edilmişdir. Nağıllardakı süjet gedişinə uyğun olaraq müsbət mənfi
surətlər qarşı-qarşıya durur və nağıl xeyrin – müsbətin qələbəsilə tamamlanır. Əsər şirin
bir təhkiyə ilə tərcümə olunmuşdur. Əsərdə adından nəzərə çarpmasa da, maraqlı odur
ki, pis niyyətlərlə yaşayan dövlətli Marqonun ilk səfərlərdə kişi və qadın olması
naməlum qalır. Çünki «marqo» bir şəxs adı kimi xristianlarda qadına məxsus
antroponimdir. Lakin hadisələrin gedişində Marqonun arvadına yazdığı məktub
«səhnə»sində ani olaraq oxucu çaşır. Yəqin ki, ötən əsrlərdə bu şəxs adı oğlan
uşaqlarına da qoyulurmuş, qız uşaqlarına da. Bizdə olan Sayad, Tərlan və bir çox başqa
adlar kimi. Mütərcimin əsərin surətlərinin adlarında dəyişiklik etməsinə şübhə ola
bilməz. Çünki nağıldakı digər surətlər – Vasili və Anastsiya ruslara məxsus şəxs
adlarıdır.
Tərcümə nöqsanlardan xali deyildir. Tərcümənin dilindəki «boçka», «kuçer»,
«lodka», «lodkaçı» sözlərinin dilimizdə qarşılıqlığı var: «çəllək», «faytonçu», «qayıq»,
«qayıqçı». Nədənsə mütərcim rus sözlərini olduğu kimi saxlamış və «lodkaçı» kimi
əcaib neologizm yaratmaq istəmişdir.
Tərcümədə belə bir cümlə ilə rastlaşırıq: «Monastrın böyüyü isə bədbəxt Vasilini
çox sevdiyi üçün onu monaçtrda açarçı qoymuşdu». Burada «açarçı» əvəzinə mütərcim
«qapıçı» işlətsəydi, yəqin ki, daha təbii səslənərdi.
Dostları ilə paylaş: