304
«Məktəb» jurnalında çap olunan L.Tolstoyun «Odin üarğ stroil sebe dvoreü»
əsərini Ə.Əliyev «Ədalətli padşah», A.Vəlixanov isə «Padşah və dayə» adı ilə tərcümə
etmişdilər.
Mütərcimlər «çar» sözünün dilimizdə həmin titula uyğun olan «şah»la əvəz
etmiş, bir növ azərbaycanlaşdırmışdır. Ə.Müznibin L.Tolstoydan nəzmlə etdiyi bir çox
iqtibaslar məlumdur. Bunlardan L.Tolstoyun «Bıl u duraka noj oçenğ xoroşo»
hekayəsini mütərcim «Bıçaq və dəli» adı ilə vermişdir. Bu ad məzmunu və mövzunu
əks etdirir.
Yenə də L.Tolstoyun Hacı İbrahimov tərəfindən «Boqu ili Mamonne» əsəri
«Rəhmanmı, yoxsa şeytana sitayiş etməli?» adı ilə verilmişdir. Başlıq düzgün
verilmişdir və məzmunu dolğun əks etdirir.
Tərcüməçi üçün əsərin adı və onun məzmunu, ideyasının vəhdəti zəruri
məsələlərdən biridir. Bu tərcüməçinin yüksək yaradıcılıq məharətini göstərir.
Dostları ilə paylaş: