Pivot 3.2.1. 3.3. pivot ərazisi üçün şərh edilən vəziyyət eyni ilə bu pivot sahəsinə də aiddir.
Pivot 6.1. Balaton sortu əkilib (16.10.2020). Çox çətinliklə sahənin kənarına qədər gedə bildik. Gözlə müşahidə edilə bilən hissələrdə çixış mövcud idi. Mütəxəssilərin fikirlərinə görə ərazidə çıxış alınmayan yerlər də mövcuddur. Razılaşdırıldı ki, ərazi imkan verən kimi təkrar baxış keçirilsin.
Pivot 4.7.1., 4.8., 4.9., 5..4., 5.5.Arpa əkilmiş pivotlardır. Bu pivot sahələrini yalnız kənardan (yoldan) müşahidə edə bildik. Əvvəlki illərlə müqayisədə bu pivot sahələrində kifayət qədər normal çıxışlar alınıb. Uzaqdan sahələrə baxış bitki sıxlığının optimal vəziyyətdə olmasını deməyə imkan verir. Bununla yanaşı qeyd edilməlidir ki, göstərilən pivot sahələrinin demək olar ki, hamısında saralma mövcudur. Saralma bəzən tala-tala, bəzən böyük bir massivdə yayılıb. Gəldiyim qənaət bundan ibarətdir ki, hazırki vəziyyətdə bu saralma torpağın şorlaşma əlaməti ilə əlaqələndirilməməlidir.
Birincisi, çıxışdan sonra həyata keçirilən suvarmalar torpağın üst qatında olan və suda asan həll oluna bilən duzların yuyularaq torpağın nisbətən aşağı qatlarına aparılmasını deməyə əsas verir.
İkincisi, bu günlərdə düşən yağıntı da duzların torpağın aşağı qatlarına aparılmasında mühüm rol oynamışdır. Ona görə də bitkilərin saralması torpağın şorlaşma xüsusiyyətləri ilə bağlı deyildir.
Arpa və buğda əkinlərində payız-qış dövrlərində əvvəlki illərin təcrübəsi, bitkidəki saralma əlamətləri torpaqda qida çatışmazlığı, xüsusilə azot çatışmazlığı ilə əlaqədardır.
Hava şəraiti imkan verən kimi, alaqlara qarşı dərmanlama, həm də gübrələmə proqramlarının gecikmədən icrası ilə bitkilərin saralmasının aradan qaldırılması və normal inkişafını təmin etmək mümkün olacaqdır.
M.Nəbiyev
Pivot 3.3. və pivot 3.2.1. sahələrində səpindən əvvəl texnoloji prosesləri qeyd etməyinizi xahiş edirəm
Yəni, səpindən əvvəl hansı işlər görülüb: Məsələn: Tiger, Joker, səpin/pronto