Zəif cəhətlər:
Keçən ilin müvafiq dövrü ilə müqayisədə ərazinin çox hissəsi optimal vaxt çərçivəsində səpilsədə bitkilərin ümumi inkişafı o cümlədən, kollanma və yarpaq əmələgəlmə tempi zəifdir;
Kollanma və ümumi inkişafın zəifliyi həm oktyabr əkinlərində, həm də noyabr əkinlərində müşahidə edildi;
Belə vəziyyət, yəni bitkilərin ümumi inkişafının zəifliyi əsasən hava şəraitinin, xüsusilə temperaturun keçən ilin eyni dövrü ilə müqayisədə aşağı olması ilə şərtləndirilməlidir;
Bir çox pivotlarda taxıllar fəsiləsinə aid olan nazik yarpaq alaq otları, həm də gəmirici yuvaları (ziyan vurmaqla) müşahidə edildi.
Prioritetlər
Qısa müddətdə herbisid, həmçinin digər zəruri insektisid və fungisidlərin tədarükünə nail olunması;
Azot gübrəsi ehtiyatı yaradılması;
Gübrəsəpən və çiləyicilərin saz/işlək vəziyyətə gətirilməsi;
Hava şəraiti imkan verən kimi zəruri tədbirlərin, xüsusilə dərmanlama və gübrələmə proqramlarının icrasına başlanılması.
Tədbirlər:
Müşahidə edilən zəif cəhətlər üzrə insan amilindən asılı olan işlər, o cümlədən alaqlara qarşı, gəmiricilərə qarşı kimyəvi mübarizə və gübrələmə proqramının həyata keçirilməsi aqronomlar üçün məlumdur, aydındır. Mal - materiallar əldə edilən və hava şəraiti imkan verən kimi müvafiq tədbirlərin (xüsusilə alaqlara və gəmiricilərə qarşı mübarizə, gübrələmə proqramının tətbiqi) həyata keçirilməsinə başlanılacaqdır.
Tovuz ərazisi
Müşahidə günü Tovuz rayonu ərazisində Agro Dairy Operations MMC-nin istifadəsində olan 2021-ci ilin məhsulu üçün əkilmiş 5311,57 ha sahənin 4236,63 hektarında (79,8%) çıxış alındığı, 1075,24 ha (20,2%) sahədə isə çıxış alınmadığı qeyd edildi;
Çıxış alınmayan pivotlara baxış zamanı müəyyən edildi ki, onların əksəriyyəti 24-29 noyabr tarixlərində əkilmiş pivotlardır (111, 112, 121, 122, 124, 126, 146, 155, 156, 172, 221, 231, 235, 236, 325);
Göstərilən pivotlarda torpaqda toxumların olması və torpaq altında cücərtilərin baş verdiyi müşahidə edildi;
Tovuz ərazisində keçən ilin müvafiq dövrü ilə müqaisədə ərazinin çox hissəsi optimal vaxt çərçivəsində səpilsədə, noyabr ayında həyata keçirilmiş cəpinlərdə və çıxış alınmış sahələrdə bitkilərin inkişafı ötən ilin eyni dövrü ilə müqayisədə zəifdir və bu bilavasitə hava şəraiti ilə əlaqələndirilməlidir;
Sahələrdə müşahidə edilən bitki sıxlığı normal vəziyyət kimi dəyərləndirilir;
Bir çox pivotlarda taxıllar fəsiləsinə aid olan nazik yarpaq alaq otları, həmçinin gəmirici yuvaları və onların ziyanları müşahidə edildi.
Həm Samux, həm də Tovuz ərazilərində əkinlərin ümumi vəziyyəti qənaətbəxş kimi dəyərləndirilə bilər.
Tovuz ərazisinin zəif cəhətləri, prioritetlər və həyata keçirilməli olan zəruri tədbirlər Samux ərazisində olduğu kimidir.
Müşahidə zamanı çəkilmiş bəzi şəkillər əlavə olunur.
Dostları ilə paylaş: |