44) Askaridoza şübhə olduqda nə müayinə edilir?
A) Qusuntu kütləsi
B) Nəcis
C) Sidik
D) Bəlğəm
E) Burun seliyi
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 274
Nəcis və qan
45) Teniozun profilaktikasında hansı tədbir aparılır?
A) Toyuq ətinin lazımi termiki emaldan keçməsi
B) Meyvə və tərəvəzin yuyulması
C) İtlə təmasdan sonra əllərin yuyulması
D) Balığın lazımi termiki emaldan keçməsi
E) Ətin lazımi termiki emaldan keçməsi
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 286
46) Askaridozda invaziya mənbəyi kimdir?
A) İt
B) İri buynuzlu heyvanlar
C) Balıq
D) Donuz
E) İnsan
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 274
47) Opistorxozla insan necə yoluxa bilər?
A) Bişməmiş ətdən istifadə etdikdə
B) Yaxşı bişməmiş balıqdan istifadə etdikdə
C) Yuyulmamış tərəvəzdən istifadə etdikdə
D) Yaxşı bişməmiş quş ətindən istifadə etdukdə
E) Heyvanlarla təmasda olduqda
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 290
Dostları ilə paylaş: |