990) Botuluzmin infeksiya mənbəyi hansıdır?
A) Bakteriya gəzdirənlər
B) Xəstə insan
C) İstiqanlı və bəzən soyuqqanlı heyvanlar
D) Ağcaqanadlar
E) Gəmiricilər, həşaratlar
Ədəbiyyat: N.Əliyev “Yolixucu xəstəliklər” 1993,səh 203
991) Polimelitin törədicisi hansıdır?
A) Göbələklər
B) Bakteriyalar
C) İbtidailər
D) Viruslar
E) Spiroxetlər
Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр. 510
992) Quduzluğa qarşı tədbirlər nə vaxt aparılmalıdır?
A) Dişlənəndən 40 gün sonra
B) Xəstəliyin ilk günlərində
C) Dişlənən gündən 16 - gün sonra
D) Quduz olması güman edilən heyvanla təmasdan dərhal sonra
E) Dişlənəndən 20 gün sonra
Ədəbiyyat: Э.П.Шувалова «Инфекционные болезни» 1999 стр.565 - 566
993) Evdə yoluxucu xəstə aşkar edildikdə tibb işçisinin vəzifəsi aşağıdakılardan hansı olmalıdır?
A) Dezinfeksiya işini təşkil etmək
B) Xəstəxanaya göndəriş vərəqəsi yazmaq
C) Təmasda olanların müşahidə etmək, peyvənd işlərini aparmaq
D) Xəstəlik tarixi yazmaq
E) Evdə xəstəyə müalicə təyin etmək
Ədəbiyyat: N.İ.Belova «Tibb bacısının məlumat kitabı», 1990 səh. 566
994) Spesifik profilaktik tədbirlərdə tibb işçisinin əsas vəzifəsi aşağıdaklardan hansı ola bilər?
A) Təcili tibbi xəbərdarlıq vərəqəsi doldurmaq
B) Kontaktda olanların müşahidəsi
C) GEM - ə dezstansiyaya xəbərdarlıq etmək
D) Xəstəni müayinəyə göndərmək
E) İmmunizasiya aparmaq, müalicə təyin etmək
Ədəbiyyat: N.İ.Belova «Tibb bacısının məlumat kitabı», 1990 səh. 566
995) Dezinfeksiyaedici məhlullar hansılardır?
A) Xloramin, lizol, xlorlu əhəng, hidrogen - peroksid, fenol B - propiolakton
B) Xlor, süleymani məhlulu, fenol, hemodez
C) Regidron, lizol, xlorlu əhəng, fenol
D) Xloramin, lizol, hemodez, poliqlükin
E) Lizol, xloramin, albumin, reopoliqlükin, B - propiolakton
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979 seh 25
996) İnfeksion xəstəliklərin izolyasiyasi dedikdə nə nəzərdə tutulur?
A) Xəstələrin xəstəxanadan çixdiqdan sonra tibbi nəzarətə götürülməsi
B) Xəstələrin ətraf mühitdən təcrid edilməsi
C) Xəstələrin xəstəxanaya yerləşdirilməsi
D) Xəstələrin peyvənd edilməsi
E) Xəstələrin vaxtaşırı müayinədən keçirilməsi
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами эпидемиологи» 1979 cтр 24
997) Hansı xəstəliklər antraponoz xəstəliklər adlanır?
A) Heyvanlardan insanlara keçən xəstəliklər
B) Müəyyən ocaqda təsadüf olunan xəstəliklər
C) Ancaq heyvanlar arasında təsadüf olunan xəstəliklər
D) Ancaq insanlar arasında təsadüf olunan xəstəliklər
E) Fəsli xarakter daşıyan xəstəliklər
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами эпидемиологи »1979 cтр 53
998) Brüsellyozun spesifik profilaktikasına nə aiddir?
A) Heyvanların yun və güzəmlərinin zərərsizləşdirilməsi
B) Baytar – sanitariya tədbirləri
C) Südün zərərsizləşdirilməsi
D) Karantin tədbirləri
E) Vaksinasiyanın aparılması
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами эпидемиологи »1979 cтр 53
Dostları ilə paylaş: |