974) Hansı helmintoz zamanı duodenal möhtəviyyat və nəcis müayinə edilir?
A) Difillobotrioz
B) Tenioz
C) Fassialioz
D) Askaridoz
E) Şistosomoz
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 69
975) Toksoplazmozdan şübhələndikdə hansı materialın müayinəsi aparılır?
A) Qan, onurğa beyin mayesi
B) Mədə möhtəviyyatı
C) Bəlğəm
D) Nəcis
E) Sidik
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991Səh: 53
976) İnsanın difillobotrioza yoluxması necə baş verir?
A) Krab əti ilə
B) Sürfələrlə yoluxmuş balıq əti ilə
C) Meyvə tərəvəzlə
D) Çirkli əllərlə
E) Mal əti ilə
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 79
977) Balıqçılar və su təsərrüfatı işçiləri arasında profilaktik tədbirlər hansı helmintoza qarşı aparılır?
A) Difillobotrioz
B) Nekatoroz
C) Askaridoz
D) Trixinelloz
E) Enterobioz
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 76
978) Teniarinxozlu xəstə tibb məntəqəsinə müraciət edibsə, feldşer diaqnoz məqsədilə hansı üsuldan istifadə edilməlidir?
A) Berman
B) Sulman
C) Sorğu üsulundan
D) Qoryaçev
E) İsupov və Broxorov
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 83
979) Profilaktik tədbir olaraq hansı helmintoz zamanı otun, yem sahələrinin nəcisi ilə çirklənməsinin qarşısı alınmalıdır?
A) Teniazinxoz
B) Opistorxoz
C) Paroqonimoz
D) Fassialyoz
E) Klonorxoz
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 84
980) 7 nəfərlik ailədə 4 uşaqda bizquyruq aşkar edilibsə tibb işçisinin vəzifəsi nə olmalıdır?
A) Xəstə uşaqları müalicə etmək
B) Ailəsinin bütün üzvlərini müalicəyə cəlb etmək
C) Xəstə uşaqların paltarlarını dezinfeksiya etmek
D) Digər 3 nəfəri müayinə etmək
E) Xəstə uşaqları ailədən ayırmaq
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 98
981) Bronxial selik, bəlğəm hansı ibtidai paraziti aşkar etmək üçün müayinə edilir?
A) Agız triximonadı
B) Leyşmaniya
C) Balantidiya
D) Lyambliya
E) Plazmodium
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 38
982) Öskürmə sinədə ağrılar, təngənəfəslik və s. hansı helmintoz zamanı müşahidə edilir?
A) Exinokokkoz
B) Trixenelloz
C) Humenolepidoz
D) Enterobioz
E) Trixosefalyoz
Ədəbiyyat: Медицинская паразитология. Москва « Медицина» 1991 Səh: 91
Dostları ilə paylaş: |