148) Qrip ocağında təcili profilaktika məqsədilə nə tətbiq olunur?
A) Remantadin, interferon
B) Limonlu çay
C) Vitamin
D) Bakteriofaq
E) Vaksin
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 137
149) Yayılmış epidemiya dövründə qripin profilaktika vasitələri hansıdır?
A) Bakteriofaq
B) Anatoksin
C) Vaksin
D) Vitamin, immunoqlobulin, interferon
E) Antibiotik
Yayılmış epidemiya dövründə qripin profilaktika vasitələrinə vitamin, immunoqlobulin, interferon aiddir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 138
150) Qripdə infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Həşəratlar
B) Xəstə heyvan
C) Xəstə insan
D) Gəmiricilər
E) Virus gəzdirici
Qrip xəstəliyində xəstə insan infeksiya mənbəyi sayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 134
Dostları ilə paylaş: |