288) Vaksini ambardan poliklinikaya daşımaq üçün nə istifadə edilir?
A) Məişət termosları
B) İstənilən qab (yeşık, qutu, kisə və s.)
C) Termoçanta (çanta - soyuducu)
D) Əl çantası
E) Termostat
Ədəbiyyat:Təcrübədə İmmunlaşdırma – “Soyuq zəncir” modulu, Bakı, 2007, səh. 13.
289) Vaksin preparatlarının saxlanıldığı temperatur rejiminin daha təhlükəli pozulması ən çox harada baş verir?
A) Vaksin hazırlanan zaman
B) Tibbi preparatların ərazi ambarlarında saxlanması zamanı
C) Tibbi preparatlar müalicə - profilaktik müəssisələrində saxlandıqda
D) Vaksinin daşınması zamanı, vaksinatorun iş yerində
E) Vaksin hazırlayan institutun ambarında
Ədəbiyyat:Təcrübədə İmmunlaşdırma – “Soyuq zəncir” modulu, Bakı, 2007, səh. 31.
290) Yoluxucu xəstəlikdən şübhələnən həkimin (tibb işçisinin) taktikası necə olmalıdır?
A) “Təcili bildiriş vərəqəsi” göndərməli
B) Vaksinoprofilaktika aparmalı
C) Təmasda olan şəxsləri aşkar etməli
D) Ocağın sərhədlərini təyin etməli
E) Yekun dezinfeksiya aparmalı
Ədəbiyyat:İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 93
Dostları ilə paylaş: |