296) Metaldan olan şpatelləri hansı məhlulda dezinfeksiya edirlir?
A) 3% - li hidrogen peroksiddə
B) 5% - li xloramində
C) Buxar - hava kamerasında
D) 10% - li hidrogen peroksiddə
E) Buxar - formalin kamerasında
Metaldan olan şpatelləri 3% - li hidrogen peroksiddə dezinfeksiya edirlər
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 103
297) İmalə üçün ucluqlar (şüşə, plastmas) necə dezinfeksiya edilir?
A) 2 saat qaynatmaqla
B) 70% - li etil spirtində saxlamaqla
C) Avtoklavda
D) 3% - li hidrogen peroksiddə 45 dəqiqə
E) Təmizləyici vasitələrdə
İmalə üçün ucluqları (şüşədən, plastmasdan) 3% - li hidrogen peroksiddə 45 dəqiqə dezinfeksiya edirlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. Bakı, 2011, səh. 103
Dostları ilə paylaş: |