376) Qanın tərkibində daim hansı karbohidrat mövcud olur?
A) Qalaktoza
B) Qlükoza
C) Saxaroza
D) Laktoza
E) Fruktoza
Qanda daima qlükoza olur.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.35
377) Yağların tərkibinə hansı vitaminlər daxildir?
A) A, B1, PP
B) A, D, E
C) A, B1, B2
D) D, B1, B2
E) E, B1, B2
Yağın tərkibinə A, D, E vitaminləri daxildir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.34
378) Fiziki yüklənmə az olduqda karbohidratların artıq miqdarda orqanizmə daxil olması nəyə səbəb ola bilər?
A) Nişastanın parçalanmasına
B) Yağların zülallara çevrilməsinə
C) Zülalların yağlara çevrilməsinə
D) Karbohidratların zülallara çevrilməsinə
E) Karbohidratların yağlara çevrilməsinə
Fiziki yük aşağı olduqda karbohidratların artıq miqdarda orqanizmə daxil olması karbohidratların yağlara çevrilməsinə səbəb ola bilər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.35
Dostları ilə paylaş: |