398) Məhsulların xassələrini yaxşılaşdıran mikroorqanizmlərə hansı aid deyil?
A) Südturşulu diplokoklar
B) Streptokokkus thermophilus
C) Südturşulu çöplər
D) Südturşulu streptokoklar
E) Asidofil çöplər
Str.thermophilus yeyinti məhsullarını xarab edən mikroorqanizmlərə aiddir. Yeyinti məhsullarının xassələrini yaxşılaşdıran mikroorqanizmlərə südturşulu çöplər, diplokoklar, streptokoklar, asidofil çöplər aiddir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.104 - 105
399) Yeyinti məhsullarını xarab edən mikroorqanizmlər nəyə səbəb ola bilməz?
A) Yağ turşulu qıcqırma
B) Kifin əmələ gəlməsi (kifatma)
C) Sirkə turşulu qıcqırma
D) Spirtli qıcqırma
E) Çürümə
Yeyinti məhsullarını xarab edən mikroorqanizmlər sirkəturşulu, yağturşulu qıcqırma, çürümə, kifin əmələ gəlməsinə səbəb olurlar. Maya vasitələrilə spirtli qıcqırma olur ki, bu da karbohidratların etil spirti və karbon qazına qədər parçalanmasına səbəb olur (çörək bişirmədə, çaxırın, pivənin hazırlanmasında istifadə olunur).
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.105
Dostları ilə paylaş: |