421) Heyvanın daxili orqanlarını nə vaxt çıxartmaq lazımdır?
A) Qansızlaşdırdıqdan sonra 30 - 40 dəqiqədən gec olmayaraq
B) Ət soyuduqdan sonra 1saat ərzində
C) Ət soyuduqdan sonra 30 - 40 dəqiqədən gec olmayaraq
D) Ət yetişdikdən sonra 2 saatdan gec olmayaraq
E) Ət yetişdikdən sonra 1 saatdan gec olmayaraq
Heyvanın daxili orqanlarının qansızlaşdırdıqdan 30 - 40 dəqiqədən gec olmayaraq çıxartmaq lazımdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.175
422) Heyvanın qanı hansı məqsədlə istifadə olunur?
A) Yalnız texniki
B) Yalnız tibbi
C) Qidalanma, tibbi, texniki
D) Yalnız tibbi və texniki
E) Yalnız qidalanma
Heyvanların qanı qidalanma, tibbi və texniki məqsəd ilə istifadə olunur.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.175
423) Hansı heyvanın əti trixinellyozun mənbəyi ola bilər?
A) Dovşan
B) İnək
C) Donuz
D) Qoyun
E) Quş
Donuz əti trixinellyozun mənbəyi ola bilər.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.169
Dostları ilə paylaş: |