395) 8 № pəhriz stolu hansı xəstəlik zamanı məsləhət görülür?
A) Piylənmə
B) Şəkərli diabet
C) Həzm sistemi xəstəlikləri
D) Böyrək xəstəlikləri
E) Ürək-damar xəstəlikləri
8№ pəhriz yeməyi piylənmə zamanı məsləhət görülür.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.96
396) 10 №li pəhriz stolu hansı xəstəlik zamanı məsləhət görülür?
A) Böyrək xəstəllikləri
B) Piylənmə
C) Ürək-damar xəstəlikləri
D) Şəkərli diabet
E) Həzm sistemi xəstəlikləri
10№ pəhriz yeməyi ürək xəstəliyi zamanı məsləhət görülür.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.96
397) Səmərəli qida rasionunda zülalların, yağların və karbohidratların energetik dəyərinin % nisbəti necə olmalıdır?
A) 11 - 14%; 33%, 53 - 56%
B) 53 - 56%; 31 - 33%; 11 - 14%
C) 17 - 18%; 37%, 45%
D) 20 - 22%; 40%; 35 - 40%
E) 40%; 25 - 30%; 30%
Səmərəli qida rasionunda zülalların energetik dəyəri - 11 - 14%, yağların - 33%, karbohidratların - 53 - 56% olmalıdır.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова, Гигиена питания «Медицина» Москва 1987 səh.63
Dostları ilə paylaş: |