479) Havada tozların miqdarını təyin etmək üçün hansı cihazlar istifadə edilir?
A) Anemometr
B) Aspirator
C) Kondensator
D) Spirometr
E) Aerometr
Aspirator
Hava nümunəsi götürmək üçün aspirasıya üsulundan istifadə edilərsə, bu zaman havasoran vasitələrdən əsasən aspiratorlardan istifadə edilir.
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 75
480) Çəkisi 845 mq olan filtrdən 25 l/dəq. surətlə 20 dəq ərzində hava sorulduqdan sonra filtrin sonrakı çəkisi 850 mq olmuşdursa, 1m³ havadakı tozların miqdarı nə qədərdir?
A) 15 mq/ m³
B) 25 mq/ m³
C) 20 mq/ m³
D) 5 mq/ m³
E) 10 mq/ m³
10 mq/ m3
Vahid həcmdə olan tozların miqdarını təyin etmək üçün hava sorulmasından əvvəl və sonrakı çəkilişi arasındakı fərqi sorulan havanın həcminə bölmək lazımdır. Hesablama belə aparılır. X= (850 - 845) 1000/500 = 10 mq/m
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 88 - 89
Dostları ilə paylaş: |