577) Xəstəxanaların yoluxucu şöbəsində hər çarpayıya düşən sahə nə qədərdir?
A) 8 m²
B) 4 m²
C) 6 m²
D) 7 m²
E) 5 m²
- 7 m 2
Xəstəxanaların yoluxucu şöbələrində xəstəxanadaxili infeksiyanın qeyri - spesifik profilaktikası bokslar və yarımbokslar təşkil edilir. Onlarda çarpayıların sayı 2 - dən artıq olmamalıdır. 1 çarpayılıq boksun sahəsi 22m2, 2 çarpayılıq boksun sahəsi 27m2 olmalıdır.
Yoluxucu xəstəxanalarda hər çarpayıya düşən sahə 7,5m2 - dan olmamalıdır.
Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 316 - 318
578) Müalicə - profilaktika müəssisələrinin sanitar müayinəsi zamanı yuyuntu materialı hansı məqsədlə götürülür?
A) Radioloji müayinə üçün
B) Bakterioloji müayinə üçün
C) Orqanoleptik müayinə üçün
D) Fiziki müayinə üçün
E) Kimyəvi müayinə üçün
- Bakterioloji müayinə üçün
Müalicə - profilaktika müəssisələrinin sanitar - gigiyenik müayinəsi zamanı daha dəqiqi nəticələr əldə etmək üçün laborator müayinələr aparılır. Onlardan biri də baktetioloji müayinələrdir. Bu zaman otaqların havasının müxtəlif əşyaların, tibbi inventarların istifadə olunana qab - qacağın, tibb işçilərinin əlləri və geyimləri və s. mühitlərdən yuyuntu materialı götürülüb mikroorqanizmlərlə xüsusən bağırsaq çöpləri və stafilakoklarla çirklənməsi təyin edilir.
Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 333 - 334
Dostları ilə paylaş: |