579) Mənzil fondunun sıxlığı nəyə deyilir?
A) Adambaşına düşən mənzil sahəsinə
B) Ərazidə yaşayan əhalinin sayına
C) 1 ha əraziyə düşən mənzil sahəsinə
D) 1 ha ərazidə yerləşən yaşayış binalarının sayına
E) Ərazinin ümumi sahəsinə
1 ha əraziyə düşən mənzil sahəsi
Mənzil fondunun sıxlığı yaşayış yerlərində 1 ha ərazidə olan ümumi mənzil sahə - sinə deyilir. Binaların mərtəbəliyi artdıqca mənzil fondunun sıxlığı da artır.
Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985 стр 342
580) Hamamlarda sanitar qaydaların pozulması hansı xəstəliklərə səbəb ola bilər?
A) Vərəm, revmatizm
B) Poliomielit, bronxial astma
C) Botkin xəstəliyi, dizenteriya
D) Epidermofitiya‚səpgili yatalaq
E) Malyariya, nefrit
Epidermofitiya səpgili yatalaq
Hamamlar sanitar profilaktik müəssisələrdən olub əhalinin sağlamlığında mühüm əhəmiyyətə malikdir. Hamamaların istifadəsinə dair əsas tələblərdən biri də otaqların gündəlik təmizliyinə riayət edilməsidir. Bu tələbə riayət olunmadıqda səpkili yatalaq, epidermofitiya və s kimi yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər.
Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммуналъная гигиена.Москва . «Медицина» 1985 стр 281
Dostları ilə paylaş: |