620) Havanın hərəkət sürəti orqanizmə necə təsir göstərir?
A) Su – duz mübadiləsinin pozulmasına səbəb olur
B) Maddələr mübadilsəini sürətləndirir
C) İstiliyin xaric olmasını sürətləndirir
D) İstiliyin xaric olmasını çətinləşdirir
E) Maddələr mübadiləsini zəiflədir
– İstiliyin xaric olmasını sürətləndirir
Havanın hərək sürəti normadan az və ya cox olduqda orqanizmin istilik mübadiləsinə təsir edir.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 53 - 54
621) Nə üçün isti sexlərdə işləyən fəhlələrə 0,5% - li Na Cl məhlulu qatılmış qazlı su verilir?
A) Zəhərli maddələri zərərsizləşdirmək üçün
B) Karbohidrat mübadiləsini bərpa etmək üçün
C) Zülal mübadiləsini bərpa etmək üçün
D) Yağ mübadiləsini bərpa etmək üçün
E) Su – duz mübadiləsini bərpa etmək üçün
Su – duz mübadiləsini bərpa etmək üçün
İsti sexlərdə işləyən fəhlələr cox tərlədiyi üçün onlarda su - duz mübadiləsi pozulur. Bunun qarşısını almaq üçün fəhlələrə 0.5% - li NaCl məhlulu qatılmış qazlı su verilir.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 65 - 69
Dostları ilə paylaş: |