615) Xronometraj nədir?
A) Məhsulun keyfiyyətinin qiymətləndirilməsi
B) Texnoloji prosesin mərhələləri
C) İşin davam etmə müddəti
D) İş prosesinin ayrı – ayrı elementlərinə sərf olunan vaxtın ölçülməsi
E) İş müddətinin qısaldılması
– İş prosesinin ayrı – ayrı elementlərinə sərf olunan vaxtın ölçülməsi
Xronometraj – növbə ərzində və ya onun müəyyən hissələrində iş əməliyyatlarının və onun müəyyən elementlərinin davam etmə müddətinin ölçülməsidir.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 42 - 44
616) Mikroiqlim nədir?
A) Hakim küləklərin istiqaməti
B) Havanın tozlarla çirklənməsi
C) Havanın zəhərli qazlarla çirklənməsi
D) Atmosfer yağıntılarının miqdarı
E) Məhdud ərazidə və ya qapalı otaqlarda hava rejimi
Məhdud ərazidə və ya qapalı otaqlarda hava rejimi
Yer səthinin yerə yaxın qatlarının və qapalı binaların iqliminə mikroiqlim deyilir.
Ədəbiyyat: A.A.Каспаров «Гигиена труда и промышленности» Стp. 49 - 50
Dostları ilə paylaş: |