716) Uşaq müəssisələrində göbələk xəstəliklərinin yayılma yolları hansıdır?
A) Xəstə insanla təmas, qida məhsulları
B) Su
C) Qida məhsullar
D) Danışıq, öskürmə və asqırma
E) Xəstə insan və heyvanla təmas
- Xəstə insan və heyvanla təmasda olduqda
Uşaq müəssisələrində göbələk xəstəliklərinin yayılma yolları xəstə insan və heyvanla təmasda olduqdadır.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.196
717) Uşaq müəssisələrində enterebiozun ən çox təsadüf edilən yoluxma yolu hansıdır?
A) Təmas
B) Hava damcı
C) Döl yanı maye ilə
D) Transmissiv
E) Aerogen
– Təmas
Uşaq müəssisələrində enterobiozun ən çox təsadüf edilən yoluxma yolu təmasdır.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.198
718) Orqanizmin müqavimətinin yüksəldilməsinə təsir edən qeyri spesifik üsullara hansı aiddir?
A) Spesifik seroloji profilaktika
B) Bədən tərbiyəsi ilə məşğul olma
C) İmmunonpofilaktika
D) Orqanizmin möhkəmləndirilməsi
E) Vaksinoprofilaktika
- Orqanizmin möhkəmləndirilməsi
Orqanizmin müqavimətinin qaldırılmasına təsir edən qeyri - spesifik üsullar orqanizmin möhkəmləndirilməsidir.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.125
719) Yoluxucu xəstəliklərinin profilaktikasında hansı üsullar spesifik hesab edilir?
A) Səmərəli qidalanma
B) Orqanizmin möhkəmləndirilməsi
C) Vaksin və zərdabların qəbulu
D) Optimal hərəkət rejimi
E) Bədən tərbiyəsi ilə məşğul olma
Vaksin və zərdabların qəbulu
Yoluxucu xəstəliklərinin profilaktikasında vaksin və zərdabların qəbulu spesifik üsul hesab edilir.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.197
720) Otaqlarda kompyüterlərin yerləşdirilməsinin optimal variantı hansı hesab edilir?
A) Mərkəzi yerləşdirmə
B) 3 sıra üzrə yerləşdirmə
C) Sıra üzrə yerləşdirmə
D) Perimetr üzrə yerləşdirmə
E) Dairə üzrə yerləşdirmə
Perimetr üzrə yerləşdirmə
Kompüterlərlə təchiz edilmiş otağın masaları perimetr üzrə yerləşdirmə variantı optimal sayılır.
Ədəbiyyat: M.S.Kasımov, İ.P.Əhmədov. Azərbaycanda orta ümumi təhsilin yeniləşdirilməsi və maarifləndirmə texnologiyasının tibbi - gigiyenik cəhətləri, metodik tövsiyələr. Bakı. Qismət 2007 səh.25
721) 6–12 yaşında olan uşaqların bioloji yaşını təsdiq edən əsas göstəricisi hansıdır?
A) Daimi dişlərin sayı
B) Bədən uzunluğu
C) Bədən çəkisi
D) İkincili cinsi əlamətlərin inkişafı
E) Döş qəfəsinin dairəsi
Daimi dişlərin sayı
6 - 12 yaşında olan uşaqların bioloji yaşının təsdiq edən əsas göstərici daimi dişlərin sayıdır.
Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.40
Dostları ilə paylaş: |