711) Hansı uşaqlar tez –tez xəstələnən uşaqlar sayılır?
A) İldə 1 dəfə xəstələnənlər
B) İldə 3 dəfə xəstələnənlər
C) İldə 2 dəfə xəstələnənlər
D) İldə 4 dəfə və daha artıq xəstələnənlər
E) Xroniki xəstəlikləri olanlar
- İldə 4 dəfə və daha artıq xəstələnənlər
İldə 4 dəfə və artıq xəstələnlər tez - tez xəstələnən uşaqlar sayılır.
Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.44
712) Uşaq müəssisələrində luminisent lampalar ilə suni işıqlanma səviyyəsi neçə lyuks olmalıdır?
A) 300
B) 150
C) 200
D) 400
E) 500
300
Uşaq müəssisələrində luminisent lampalarla işıqlanma zamanı işiqlanma səviyyəsi 300 lk olmalıdır.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.230
713) Uşağın belində cüzi əyriliyi var ,fiziki və psixoloji inkişafı yaşına uyğundur, müayinədən 1 il əvvəl 4 dəfə yuxarı tənəffüs yollarının xəstəlikləri ilə xəstələnmişdir.Uşaq hansı sağlamlıq qrupuna daxildir?
A) 5
B) 1
C) 4
D) 3
E) 2
– 2
Əgər həkim müayinəsi zamanı uşağın fiziki və psixoloji inkişafının yaşına uyğun olduğu,qamətin pozğunluğu və müayinədən 1 il əvvəl 4 dəfə yuxarı tənəffüs yollarının xəstəliyi ilə xəstələnməsi aşkar olunubsa,uşaq 2 sağlamlıq qrupuna aid edilməlidir.
Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.44.
Dostları ilə paylaş: |